Bəhmən Mirzənin
17- ci oğlu: Çar
ordusunun general-mayoru,AXC hərbçisi
Əmənulla Mirzə Qacar
Azərbaycan tarixinin şanlı bir hissəsində
mühüm yer tutan Qacarlar nəslinin nümayəndələrinin
xidmətləri hələ də xalqımıza hərtərəfli
şəkildə təbliğ olunmayıb.
Bu gün sizə
Çar ordusunun və Azərbaycan Xalq Cümhuriyyəti
Milli Ordusunun general-mayoru, İran Milli Məclisinin üzvü,
İran-Sovet İttifaqı Dostluq Cəmiyyətinin rəhbəri
Əmənulla Mirzə Qovanlı-Qacar haqqında məlumat verəcəyik.
Bu məlumatların arxivlərdən toplanmasında,
yazılmasında böyük əməyi olanmərhum
araşdırmaçı -jurnalist Ənvər
Çingizoğlunu hörmətlə anırıq və onun
qiymətli materiallardan ibarət araşdırmasından
seçmələri nəzərinizə
çatdırırıq.
Əmənulla mirzə Qovanlı-Qacar haqqında
söhbətimizə başlamaışdan əvvəl
Qacarların kim olduğuna bir nəzər yetirək. Deməli,
Qacar Xanədanının banisi Ağa Məhəmməd
şah olub. Onun qardaşı Hüseynqulu Xan Cihansızın
oğlu isə Fətəli şah Qovanlı-Qacar olub. Fətəli
şahın oğlu Abbas Mirzə, Abbas Mirzənin oğlu Bəhmən
Mirzə Qovanlı-Qacar, Bəhmən Mirzə
Qovanlı-Qacarın oğlu isə Əmənulla mirzə
Qovanlı-Qacardır.
Ə. Çingizoğlunun araşdırmasına
görə, Əmənulla mirzə Bəhmən mirzə
oğlu 8 yanvar 1862-ci ilin yelizavetpol quberniyasının
Şuşa şəhərində anadan olub. O, Cənubi Azərbaycanın
hakimi olan Abbas Mirzə oğlu Bəhmən Mirzə ilə
Çiçək xanımın evliliyindən dünyaya gəlib
və ailənin on yeddinci oğlan övladı olub.
Döyüşə və hərb sənətinə
həsr edilən ömür
Ruhu , canı, iliyi döyüşdən
yoğrulmuş Qacarların nümayəndələri də hər
zaman meydanlara, döyüş və müharibələrə
can atıb. Beləki, Sankt-Peterburqdakı hərbi kadet korpusunu
bitirən bu on yeddi yaşlı gənc poruçik rütbəsi alır.
Bununlada ömrünü hərbiyə həsr edir.
Əmənulla Mirzə 1879-cu il iyulun 19-da Zaqatalada yerləşən
164-cü piyada alayında xidmətə başladıqdan cəmi
4 il sonra - 1883-cü ildə baş leytenant rütbəsinə
yüksəlir. 20 noyabr 1886-cı ildə o, Kuban
Kazaklarının II taboruna transfer edilir və sonradan həmin
taborun komandiri olur. Yəqin ki, Əmənulla Mirzənin
çar ordusunda necə bir böyük çətinliklərlə
üzləşdiyini təsəvvür edirsiniz... Axı,
bütün dövrlərdə Rusiya təəbələrinə,
xüsusən türk millərinə məxsus təəbələrinə
qarşı hədsiz dərəcədə qısqanc olub və
onları ali məqamlara yaxın buraxmamağa
çalışıb. Amma yuxarıda qeyd etdiyim kimi
qanı-canı, ruhu, iliyi ilə anadan
döyüşçü doğulan Qacarlar nəslinin
nümayəndəsi o qədər peşəkar, mübariz
olur ki, çar ordusunun bütün əngəllərini
aşmağı bacarır.
1900-cü il mayın 6-da nizami kazak batalyonundakı
nümunəvi xidmətinə görə Əmənulla Mirzə
yesaul (mayor) rütbəsi verilir. 1909-cu ildə isə IX Kuban
plastun taborunda ordu yesaulu rütbəsinə yüksəlir.
1915-ci ildə üçüncü Kuban kazak-piyada divizionuna
komandirlik edən Əmənulla Mirzəyə həmin il aprelin
25-də polkovnik rütbəsi verilir. Birinci Dünya müharibəsi
başlayır. Bu zaman Əmənulla xan Avstriya-Macarıstana
qarşı olan cənub-qərb cəbhəsində
döyüşür. Güclü döyüşlər
zamanı ayağından ağır yaralanan Əmənulla
mirzə arxa cəbhəyə göndərilsə də hərbi
fəaliyyətini dayandırmır.
1916-cı ildə bu yaralardan sağalmış və
yenidən cəbhəyə geri dönmüşdür.
Özünün komandanlıq etdiyi taboru ilə birlikdə
Avstriya-Macarıstan ordusu ilə savaşarkən Marhonovka kəndi
yaxınlığında düşmən səngərlərini
ələ keçirir və düşmən ordusunun atəş
gücünə ağır zərbələr vurur.
1916-cı ilin 5 noyabr əməliyyatı zamanı göstərdiyi
igidliyə görə Müqəddəs Georgi
Qılıncı ilə mükafatlandırılır. Kuban
kazak nizami hissələrindəki nümunəvi xidmətlərinə
görə Əmənulla Mirzə Qacar 1917-ci ildə general-mayor
rütbəsi alır. III dərəcəli
"Müqəddəs Anna" ordeni, III dərəcəli
"Müqəddəs Vladimir" ordeni, III dərəcəli
"Müqəddəs Stanislav" ordeni, İgidliyə
görə Georgi Qılıncı.
1917-ci il fevral inqilabından sonra vətəninə
geri dönür, Tiflis və
Şuşada yaşamına davam edir.
Ə. Çingizoğlu qeyd edir ki, Azərbaycan Xalq
Cümhuriyyəti Milli Ordusunda 1918-ci ilin 28 may tarixində Azərbaycan
Xalq Cümhuriyyətinin yaradıldığı elan edildi. Bu
zaman Şuşada yaşayan Əmənulla xan 1 dekabr 1918-ci ildə
yeni yaradılan dövlətin müdafiə nazirliyinə rəsmi
şəkildə müraciət edərək onun ordu
sıralarına qəbul edilməsini istədi. Ordu
sıralarında xidmətdən başqa, AXC ondan diplomatik məqsədlər
üçün də istifadə edir. Beləki Əmənullah
xan İsmayıl xan Ziyadxanovun rəhbərliyində Qacar imperiyasına
göndərilən rəsmi nümayəndəliyin bir
parçası olur.
O, bu diplomatik nümayəndə heyətində hərbi
qrupun rəhbəri hesab edilirdi. Azərbaycana geri
döndükdən sonra o, Azərbaycan Xalq Cüumhuriyyətinin
Milli Ordusunun I Piyada Diviziyasının komandanının
müavini təyin edildi. Bu diviziyanın qərərgahı
Xankəndi və Şuşada yerləşirdi. O, 22 – 23 mart tarixlərində erməni
silahlı dəstələrinin Azərbaycan ordusuna
qarşı təşkil etdiyi hücuma qarşı
vuruşub və erməni üsyanının
yatırılmasında iştirak edib.
1920-ci ilin 28 aprelində Azərbaycan Xalq Cümhuriyyəti
bolşevik qüvvələri tərəfindən
işğal edildi. Bolşevik təzyiqinə dözməyən
və bolşevik təhlükəsini əvvəlcədən
hiss edən Əmənulla Mirzə 1929-cu ildə İrana
mühacirət edir. Tehranda yerləşən general-mayor
Əmənulla Mirzə Qacar Pəhləvi İranının
ordusunda hərbi məktəbdə işləyir, İran
nizami ordusunun yaradılmasında yaxından iştirak edir.
Bundan başqa, siyasi fəaliyyətlə də məşğul
olan Əmənulla xan İran parlamentində vəkil də
olur. Bu çərçivədə İran-Sovet dostluq cəmiyyətinin
rəhbəri vəzifəsində çalışır.
Əmənulla mirzə Nəvvab bəyim Hacı
Hüseynəli bəy qızı ilə yaşam qurmuşdu.
Səyəvuş mirzə, Xosrov Mirzə adlı
oğulları, Səfiyyə xanım adlı qızı
vardı.
General-mayor Əmənulla Mirzə Qacar 1937-ci ildə -
80 yaşında Tehranda vəfat edir.
P.S.Tariximizi bilmək, yaxın keçmişimizi
öyrənmək hər bir soydaşımızın borcudur!
Təəssüf ki, Azərbaycanın paytaxtında Qacarlar nəslinin
igid oğlunun adını əbədiləşdirəcək
nəinki bir barelyef, heç dəftər
vərəqi boyda bir lövhə də yoxdur.
Əntiqə Rəşid
Ədalət.- 2024.- 12
yanvar,¹ 1.- S.9.