QƏLBİ
TORPAQLA SƏSLƏŞƏN ŞAİR
Bu bir həqiqətdir ki, sözə,şeirə
könül verən ruh adamları
ölümsüzlüyü haqq edirlər. Onların
yaşayan sözü özlərini də yaşadır və
beləcə ölümsüzlük qazanan bu insanlar
seçilənlərdən
olurlar. Öncə Allahın seçdikləri, sonra da
oxucunun. Bax bu mənada üzü geriyə, 99 il bundan öncəyə boylananda bu
zaman kəsiyində minlərlə, milyonlarla adamın doğulub ölməsi
faktını təsdiq etmiş oluruq. Amma bu minlərin,
milyonların içində cismən
torpaqlaşıb ruhən yaşayanlar da var. Onlardan biri də
Azərbaycan ədəbiyyatı
tarixində izi, sözü olan Adil Babayevdir...
Bəli, hələ orta məktəb illərindən
tanımışam bu insanı. Daha doğrusu, sözlərinə yazılmış mahnılardan Adil
Babayev adlı bir şairin, bir dramaturqun
yaşadığını,millətinə aid olduğunu
bilmişəm. Və özüm də sözə meylli
olduğumdan sonra sözün işığında kitablarını əldə
etmişəm, şeirlərini oxumuşam. Xüsusilə onun
sonetləri həmişə məni
özünə çəkibdir. Bu yığcam
şeirlərdə Adil Babayev mənim
üçün həm şair, həm rəssam,həm də
indiki baxış bucağımdan desəm, operator kimi
görünüb. Çünki o, sonetlərində sözü rəsm kimi çəkib.
O, rəsmi də operator kimi lentə köçürüb
göstərib mənə. Buüç məqamın hər
biri ayrı-ayrılıqda
istedad nümunəsidir, peşəkarlıq göstəricisidir.
Görünür, Allah Adil Babayevi seçdiyi insanlardan etdiyi
üçün onu belə şərəfləndirib-
üç qabiliyyəti ona bir anda veribdi! Təbii ki, bu mənim
fikrimdi, mənim mülahizəmdi. Və mən də bu fikrə,
bu mülahizəyəonun öz söz dünyasından
baxaraq, o dünyaya istinad edərək
gəlib çıxmışam.
Adil Babayev yazır ki:
Əbədi tərk edəndə bu işıqlı həyatı,
Fikrimizin vüsəti, eşqimizin qanadı
Sözün varlığı ilə
görünsün bu dünyada.
Bu sonetdə demək olar ki, hərşey var.
İnsanın olumdan ölümə gəlməsi,
buişıqlı dünyanı tərk etməsi. Ammabəs,
qalan izlər? Bax elə qalanlar da fikrimiz, əməlimiz,
eşqimiz və nəhayət,onların hopduğu
sözdür. Bu söz bizi, indiki
məqamda isə Adil Babayevi yaşadan sözdür!
Şair yaşadığı dünyanın hər üzünü görməyə,
hər üzündən işıqlı nə isə
götürüb onun təravətini,odunu, gözəlliyini və
eyiblərini öz sözünə büküb oxucuya təqdim
edir. Amma buelə-belə təqdimat deyil,
düşündürücü və nəticə
çıxarılmasını tələb edən təqdimatdı.
Bu sonetin ifadə etdiyi mənaya, məqama diqqət yetirək.
Şair yazır ki:
Qalsaydı indiyəcən ilk od tapan insan
Baxıb geniş aləmə odların arasından
Yəqin həm sevinərdi, həm xəcalət
çəkərdi.
Əgər diqqət yetirsəniz burdaodu ilk tapan
insanın simasında bütün insanların oda münasibəti
ifadə olunub.Çünki o od insanın yaşamasına zəruri
olan bir vasitədir.
Amma insan odu həm də
yaşadığıdünyanı cəhənnəmə
çevirmək üçün dəistifadə edir.
Özünün isindiyi ilə başqalarını
yandırıb-yaxır. Məhz bu mənada da şairin dediyi həmin
o ilkin nüansortaya çıxır: insan və od! O həm
isidir,həm də yandırır. İkisini də idarə edən
isə insandı. Bax elə oxucunu düşündürəndə,
baxışlarının formalaşmasına kömək edəndə
şairin sadə, amma qətiyyətli məntiqidi.
Şair Adil Babayev öz
yaradıcılığında demək olarki, mövzu məhdudiyyətini
hiss etməmişdi.O istər əmək adamından, istər
təbiətdən, istər sevgidən, istərsə də
adi biruşaq təbəssümündən də şeir
yazanda özü kimiyazıb. Öz səmimiyyətini, öz
duyğularınıortaya qoyub.
Təsəvvür edin ki, hər bir valideyn, hər bir insan birmənalı
şəkildə olumun
ölümlə başa çatacağını bilir. Amma hər
kəs ölümdən sonra
övladlarına nə qoyub gedəcəyini düşünmür. Adil Babayev isə
yazır:
Heyrətə salmasın sizi sözlərim,
O gün gələ bilər, lap bu gün,sabah.
Solmasın qızımın
qara gözləri,
Oğluma düşməsin
tdiyim günah.
Görün nə qədər sadə, səmimi etirafdı bu, istəkdi bu.
Əslində Adil Babayev kimi insanların hamısı bu əxlaqla,
bu düşüncəylə baxıblar
cəmiyyətə, zamana. İstəməyiblər ki, özlərindən
sonra övladları onların
günahlarının acısını, xəcalətini çəksinlər.
Şükürlər olsun ki, Adil Babayev kimi insanlar
düşündüklərini özlərindən
çox-çox uzaqtuta biliblər. Yəni onların nə
övlad üçün, nə
millət üçün "üz qaraları"
qalmayıb.
Belə olan halda Adil Babayevin sevgilisinə, eləcə
dəoxucusuna üz tutub bu misraları söyləməsi həm səmimidi, həm də
inandırıcıdı.
Biz nəyik, sevgilim? Bir can,bir ürək,
Sevincim də sənsən, nisgilim dəsən.
Qəlbim illər boyu həsrət çəkərək
Tək səni seçibdi qızlar içində.
Çox səmimi, çox duyğusal bir poetik nümunə. Elə bu misraların işığında
dünyanın ən gözəl
qızına da Məcnun sevgisin etiraf etmək olar. Çünki bu
misralardakı ruhun mayası paklıq və bir də sevgiyə
inamdı. Məhz həmin
müstəvidə dayanıb başqa bir şeirə üz
tutanda düşüncələrimdə
yanılmadığıma bir daha əmin oluram. Şair yazır ki:
Getdin, elə bildin unutdum səni,
Küsdün, elə bildin etibarsızam.
Eşqimin bu həzin xatirəsini
Gərək ahım ilə qəlbimə yazam.
Təbii ki, bu cür sevgisi, bucür səmimiyyəti
olan şairin həsrəti də,çəkdiyi ah da səmimidi.
Ona görə ki, hər şey Tanrıdan gəlir.
Tanrıdan gələn isə aşiqin, bu yerdə isə
şairin həmilham mənbəyinə çevrilir, həm də
səmimipıçıltılarına.
Bəli, şair Adil Babayev
özünün bütün
yaradıcılığı boyu sözün
qayğısına elə qalıb, sözdən elə istifadə
edib ki, oxucu onu axtarıb,
söz oxucudan qaçmayıb.
Bunu Adil Babayevin bütün
yaradıcılığı boyu izləmək mümkündü. Hətta
şair yazanda ki:
Bir gün insanlara biganə olsam,
Bir gün qayğılardan kənarda qalsam,
Bir canlı meyidə dönmüşəm demək.
Düşünürəm ki, bu bəndin özündə mənim dediklərim, daha
doğrusu, Adil Babayevin yaradıcılığından
çıxartdığım nəticə özünü təsdiq
edir. Deməli, şair sözü oxucu sözünə
çevrilmək haqqını qazanır.
Yanvarın 27-də dünyayagəlib Adil Babayev. 1925-ci
ildəNaxçıvanda doğulan Adil Babayevin 99yaşı
tamam olur. Mən qəsdən bu xatırlamaya üz tuturam. Demək istəyirəm
ki,Naxçıvanda doğulan şairin ilk yaradıcılıq nümunələri
Tbilisidə oxuduğu iki illi
insanın bir şəxsiyyət kimi də
bütövlüyünü xüsusi vurğulayıblar. Mənə
onu şəxsən tanımaq nəsib
olmasa da, oxuduqlarımdan gəldiyim
qənaət budur ki, Adil Babayev özünün bütün
yaradıcılığını ədəbiyyatımızın,
sözümüzün xidmətinə veribdir. İstər etdiyi tərcümə əsərlərində,
istər dramaturgiya sahəsində onun yeri, sözü olubdur. Buradaca onu da vurğulayım
ki, Adil Babayevin layiqli varisi olan,
Azərbaycanın ədəbi ictimaiyyəti tərəfindən
sayılıb-sevilən, dəyərli aydınımız
Etibar Babayevin bir canlı
nümunə kimi göstərdiyi xidmətlər Adil Babayevə
məni bir köynək də
yaxınlaşdırıb. Həm bu ailə bağlılığından
şairi bir az da dərindən
tanımaq imkanı qazanmışam. Ona görə də
ədəbiyyatımızın cəfakeşlərindən
olan Adil Babayev 99 yaşının işığında ruhu b
qarşısında baş əyməklə onun söz
ömürlü olacağına inamımı məhz öz
misraları ilə ifadə edirəm:
İnsanla torpağın qəlbi səsləşir,
Torpaq insan ilə müqəddəsləşir.
Torpaq insan varsa
dönür Vətənə!
Bəli, şairimiz haqlı deyir, həqiqətən boş səhralar heç də Vətən
olmur, o zamana qədər ki, ora insan ayağı dəyir.
Sözdə o vaxt urvatlı olur ki, onu xiridarı şeirə çevirir. Bu
torpağın şeir
ustalarından biri də unudulmaz Adil Babayevdir.
Ruhu şad olsun!
Əbülfət MƏDƏTOĞLU
Ədalət.- 2024.- 19
yanvar,¹2.- S.8.