AĞ ADAMIN QAYITMASI
İşıq gəmiləri gələndə gizli gəlir.
Hamının gözünə görünmür ki!
İsa
Muğanna işıq gəmilərini hamıdan çox
gözləyirdi. Bir dəfə Ağstafadakı
evindən məni ötürəndə gecənin gırt yarısıydı.
Darvazanın küçəyə açılan
qapısının yanında dayandı, göyə
boylandı, dedi:
-Bunlar harda qaldı belə? Niyə gəlib
çıxmadılar, görəsən?
“Kimi deyirsən?” deyəndə, “İşıq gəmilərini
deyirəm dana!”-deyib mənimlə sağollaşdı.
O, inandığı kimi mən də inanırdım
(və inanıram!) İşıq gəmilərinin
olduğuna,
yer üzünə gəldiyinə.
Gəldi o gəmilərdən biri yenə də.
İçindən bir işıqlı, üzü nurlu,
gülərüzlü bir
Kişinin düşdüyünü öz gözlərimlə
gördüm. Tanıdım o saat, o idi, Səməd Seyidov idi!
Göylərə çox güman ki, yerlər
üçün işıq yığmağa gedibmiş.
Və əslində yerlərdə,
xüsusən, Vətəni təmsil etdiyi bütün
görüşlərdə çıxış edəndə
özündən
qabaq danışan göylərdən əxz etdiyi,
yığıb gətirdiyi o işıqdı, o enerjidi! Ona
görə də harda çıxış etməsindən
aslı olmayaraq çıxışları təsirlidir,
yüksək vətənpərvərlik ruhundadır, milli və
bəşəri dəyərlərə xidmət edir.
Yenilməzdir,
məğlubedilməzdir! 44 günlük vətən
müharibəsinin şəhidlərinin,
qazilərinin səsi, sədası kimi! Çünki adi işıq deyil,
Saf Ağ işıqdı! İ.Muğanna dediyi Saf Ağ
İnsanın
işığıdı! Nadir işıqdı! Kamil
işıqdı! Təkcə bizim millət, dövlət
üçün yox, bütün bəşəriyyət
üçün lazımlı olan işıqdı!
Bu işıqdan əminəm
ki, Səməd Vurğunda da olmuşdu. Necə ki,
İ.Muğanna bu işığın nəinki aşiqiydi, həm
də daşıyıcısı və yaraşığıydı!
Səməd
Seyidov da məhz belə aşiq və işıqdı.
Azərbaycanın
böyük ziyalısıdı, İctimai xadimidi.
Deputatdı – seçiciləriylə görüşə
hər dəfə gələndə həmin Ağ
İşığıyla gəlir.
Döyüşçüdü –beynəlxalq səviyyədə
hər dəfə Avropada bizə
qarşı olan hücumları və
çıxışları
Ağ İşığıyla –Həzrət Əlinin
haça qılıncıyla doğrayıb tökü.
İ. Muğanna işığa qardaş demişdi.
Mən də qardaşımızı-belə bir Saf
Ağ işığı Saf Ağ adamı 60 illik yübileyi
münasibəti ilə təbrik edirəm və ona həsr
edtiyim şeiri də oxucuların və onu sevənlərin
diqqətinə çatdırıram.
TRİBUNLAR.
Biri şair oldu, o biri alim,
Amma hər ikisi bir dərddə çıxdı.
Biri Strasburqda, biri Londanda
Danışanda eyni xislətdə çıxdı!
Qazaxlı üçündü Tribunalar,
Sanan nahaq özün tribun sanar.
Yanarmış, hər iki tribun, yanar,
Məsləkləri günəş qüdrətdə
çıxdı!
Nə gözəl yurdların var Azərbaycan,
Çox şükürlər! Qazax adlanan yurddan
Yarandığı zaman, çıxdığı
zaman,
Elm də yarandı, sənət
də çıxdı!
Tanrım! Qismətinə,
payıma qurban,
Xalqımın adına, soyuna qurban!
Hər iki Səmədin boyuna qurban,
Çıxdı, sevincimiz son həddə
çıxdı!
Hər ikisi fəxr, qürurdu bizə,
Heç biri heç zaman
gəlməsin gözə!
Hansını axtarsaq, qənşərimizə
Çıxanda ən əvvəl sərhəddə
çıxdı!
Nə vaxt ürək olur cahanda ürək?
Vətənə, torpağa qoyanda ürək!
Hər biri əlçatmaz ustad, şagirdtək
Ha baxdılar, mələk surətdə
çıxdı!
Namərdlər! Siz kimsiz? Gözü götürməz!
Mən kiməm?
Söz gəldi –sözü ötürməz!
“İki Səməd çıxmaz!” deyirdiniz bəs,
Qazaxdan ikinci Səməd də çıxdı!
Barat Vüsal, AYB-Qazax Filialının sədri,
Əməkdar İncəsənət Xadimi
Ədalət.- 2024.- 19
yanvar,¹2.- S.10.