Şərəfli ömür yolu - Aqrar elmlər doktoru, professor Hamlet Qurbanəli oğlu Aslanov  

 

Hər bir insan qismətinə düşən ömür payını yaşayır. Yaşanan ömrün yaddaşlarda necə iz qoyması, cəmiyyət tərəfindən yüksək dəyərləndirilməsi isə insanın özündən asılıdır. Bütün həyatı boyu ümumi məqsəd üçün çalışan, ömrün dövlətçiliyin daha da möhkəmləndirilməsi və inkişafına, elmə sərf edən adamların həyatda qoyduqları iz, açdıqları cığır, keçdikləri şərəfli ömür yolu gələcək nəsillər üşün bir örnək olur. Öz alicənablığı və təvazökarlığı ilə seçilən insan kimi Hamlet   Qurban oğlu Aslanov da   hər kəsə örnək  şəxslərdəndir. Daxilən gözəl, mənəvi cəhətdən zəngin olan insanlar hörmət və ehtirama layiqdirlər. Mənəvi zənginlik insanın ən ümdə xasiyyətidir. Hamlet    müəllim də mənəvi cəhətdən zəngin, daxilən xeyirxah insanlardan biridir. Bu da onun şəxsiyyətini, böyüklüyünü müəyyənləşirməyə imkan verir. Məhz buna görə də o ən təmiz hiss və arzularıyla, əməllərilə tanınır, əsl insan kimi sevilir.

İctimai həyatın aparıcı qüvvəsi insandır. O insan ki, bir-birindən müəyyən mənada tale müxtəlifliyi ilə fərqlənir. Zəhmətkeş, çöhrəsi daim təbəssüm işığına qərq olan nurlu şəxsiyyət, əsl ziyalı,  dəyərli insan aqrar elmlər doktoru, professor Hamlet   müəllim də öz zəkasını zamana uyğun əks etdirməyə müvəffəq olub. Onun ömür, həyat və seçdiyi peşə yolu hər birimiz üçün sözün əsl mənasında bir örnəkdir.

Uşaqlığını qarlı-zirvəli, uca dağlı, zəngin, mavi səmalı, büllur bulaqlı, güllü-çiçəkli, yaylaqlı qədim Oğuz eli-Qərbi Azərbaycanın Ağbaba mahalında keçirmiş Hamet Qurbanəli oğlu Aslanov 1950-ci ildə ailəsi ilə birlikdə Azərbaycana köçmüşdür. O, 1955-ci ildə Bakı Hidromeliorasdiya Texnikumuna daxil olmuş, 1959-cu ildə texnikumu fərqlənmə diplomu ilə bitirərək Azərbaycan Politexnik İnstitutnun Hidromeliorasiya fakultəsinin tələbəsi olmuşdur. O, institutun II kursundan təhsildəki müvəffəqiyyətlərinə və ictimai fəaliyyətinə görə Lenin təqaüdünə layiq görülmüşdür. Azərbaycan Politexnik İnstitutnun Respublika Həmkarlar Təşkilatının tələbə rəhbərlərindən olan H.Aslanov 1963-cü ildə Respublika Həmklarlar Təşkilatının XI Qurultayının nümayəndəsi olmuşdur. Həmin ildə o, Azərbaycan tələbə gənclərinin yeganə nümayəndəsi kimi Moskvada keçirilən SSRİ Həmkarlar İttifaqının XIII Qurultayının nümayəndəsi seçilmişdir. Elmə olan sonsuz marağı hələ tələbəlik illərində H.Aslanovu professor S.H.Rüstəmovun rəhbərlik etdiyi respublikamızın yerli çaylarınn hidrologiyasının, sonralar isə Azərbaycan SSR Nazirlər Soveti yanındakı Hidrometeroloji Xidmət İdarəsinin Böyük və Kiçik Qafqaz dağlarınn Azərbaycan hissəsindəki çay yataqlarına sel hadisələrini öyrənən ekspedisiyalarının iştirakçısı etmişdir.

1964-cü ildə AZPİ-ni fərqlənmə diplomu ilə bitirən H.Aslanov institutun “Hidromeliorasiya” fakultəsində müəllim saxlanılmışdır. Elmə olan marağı 1966-cı ildə onu “Moskvaya Ümumittifaq Su Təchizat, Kanalizasiya,     Hidrotexniki qurğular və Mühəndisi Hidrogeologiya” İnstitutunun aspiranturasına gətirmişdir. Aspiranturada apardığı tədqiqatlar onun böyük elmi fəaliyyəinin əsas istiqamətini müəyyənləşdirmişdir.

H.Q.Aslanov 1970-c ildə dissertasiya işini müvəffəqiyyətlə müdafiə edərək texniki elmlər namizədi alimlik dərəcəsini almış, Azərbaycan Politexnik İnstitutunda pedaqoji fəliyyətini davam etsirmişdir. 1975-ci ildə AZPİ-nin bazasında Azərbaycan İnşaat Mühəndisləri İnstitutu təşkil olunduqda, burada Hidromeliorasiya  kafedrasında dosent vəzifəsini tutmuşdur. 70-ci illərdə o, təhsildəki  pedaqoji fəaliyyətindən ayrılmadan Azərbaycanın xəritəsini bəzəyən bir sıra iri hidrotexniki komplekslərin, suvarma şəbəkələrinin, su amnbarlaının (Baş Mil Kanalı zonasında torpaqların meliorasiyası, Yuxarı Şirvan Kanalının Ağsu qolunun tikintisi, Naxçıvan MR-nin Vayxir su qovşağının tikintisi və s.) layihələrinin iştirakçısı olmuşdur.

Bu illərdə o, Azərbaycanın ayrı-ayrı coğrafi zonalarında ekosistenlərin vəziyyəti, insan fəaliyyətinin mənfi təsiri nəticəsində onların deqrodissiyası, ətraf mühitin çirklənməsi və mühfizəsi və digər mövzularda elmi məqalələrlə respublika və xarici ölkələrin nüfuzlu jurnallarında çıxış etmiş,  ali məktəblər üçün  dərslik, dərs vəsaiti və Azərbaycan  torpaqlarının meliorasiyasına və su ehtiyüatına həsr edilmiş bir sıra qiymətli monoqrafiya nəşr etdirmişdir. Bu dövrdə onu Azərbaycanın Xalq Təsərrüfatı üçün xüsusi əhəmiyyət kəsb edən bir məsələ-dağlıq ərazilərin torpaqlarının meliorasiyası probleminin həlli maraqlandırmışdır. Bu məqsadlə o, dağlıq və dağətəyi zonalarda kənd təsərüffatının xüsusilə kəndçiliyin potensial imkanlarını aşkara çıxarmaq,   suvarılan və dəmyə torpaqların məhsuldarlığını yüksəltmək, torpaq, iqlim və su ehtiyatlarından səmərəli istifadə etməklə ayrı-ayrı dağlıq rayonların istehsal və sosial infrastrukturunun inkişafna kömək etmək, buranın təbii ehtiyatlarını qiymətləndirməklə onlardan torpaqların yaxşılaşdırılması üçün aparılan meliorativ tədbrilərdə istifadə etməklə bağlı tədqiqatlara başlamışdır. Bu istiqamətdə aparılan  tədqiqatların “Dağətəyi torpaqların suvarma meliorasiyasının aqroiqlim baxımından əsaslandırılması”mövzusunu əhatə edən bir qismi 1986-cı ildə Sosialist ölkələrin Qarşılıqlı İqtisadi Yardım Şurası tərəfindən tətbiq üçün qəbul edilmişdir. H.Aslanov 1988-ci ildə apardığı uzunmüddətli tədqiqatlarını yekunlaşdıraraq “Azərbaycan respublikasının dağlıq ərazilərinin torpaqlarının meliorasiyasının hidrometeoroji baxımdan əsaslandırılması”  mövzusunda dissertasiya işini müdafiə etmiş, aqrar elmlər doktoru elmi dərəcəsi almışdır.

O, 2002-ci ilin noyabrında amerika Hidrologiya Akademiyasının (AHA) Azərbaycan Respublikası üzrə təmsilçisi seçilmişdir. Sonrakı illərdə o, bu qurumla sıx elmi əməkdaşlıq etmişdir. 2004-cü ildə AHA-sı səsvermə yolu ilə onu akademiyanın Sertifikat Şurasının qiyabi üzvü seçmiş və “Peşəkar Hidroloq” tituluna layiq görmüşdür. Həmin ili o, Beynəlxalq Ekoenergetika Akademiyasının üzvü seçilmişdir. 2005-ci ildə  Ali Attestasiya Komissiyasının tərəfindən təsdiq edilmiş professor elmi adına layiq görülmüşdür.

2016-cı ildə alimin elmi-pedoqji fəaliyyəti “Avropa Nəşr Mətbuat Evi”  mükafat komissiyasının qərarı ilə yüksək qiymətləndirilmiş, o, ən yaxşı vətənpərvər tədqiqatçı “    Qızıl medal”ı. və Fəxri fərmanı ilə təltif edilmişdir.

Kənd təsərrüfatı elmləri doktoru, Azərbaycan Memarlıq  və İnşaaat UniVersitetinin professoru, Beynəlxalq Ekoenergetika Akademiyasının akademiki Hamlet Aslanov 10-dan çox dərslik, monoqradfiya və kitabçaların müəllifidir. 

Saysız-hesabsız  davamçıları-ali məktəbdə 40 illik pedaqoi fəaliyyəti nəticəsində yetişdirdiyi fələfə doktorları, magistrlar və mühəndislər, mütəxəssislər hazırda yaxın və uzaq xarici ölkələrdə elmin və təsərrüfatın müxtəlif sahələrində çalışmaqdadırlar. O, respublika Prezidenti yanında Ali Attestasiya Komissiyasının kənd təsərrüfatı sahəsində fəaliyyət göstərdiyi doktorluq dissertasiyalar üzrə İxtisaslaşdırılmış Müdafiə Şurasının üzvüdür.

Görkəmli alim, hidrologiya və meliorasiya elminin tanınmış nümayəndəsi H.Aslanovun yüksək analitik təfəkkürü, elmi yeniliklərə marağı və onları qiymətləndirmə bacarığı, elmi təşkilatçılıq istedadı onu hidrologiya, meliorasiya və ekologiya kimi müxtəlif elm sahələrində tədqiqatlar aparmağa və sanballı elmi nəticələr əldə etməyə imkan verib. 

Həyat hər bir insana verilmiş mükafatdır. Bu mükafatın müqabilində hər bir kəs özünü, daha doğrusu, həyatını layiqli bir işə həsr etməli, fəaliyyət göstərməli, bütün ömrü boyu əzab-əziyyətdən, çətinlikdən qorxmamalıdır. Əzab-əziyyətin, zəhmətin sonunda insanı mükafat gözləyir. Mükafatı əldə etmək üçün dözmək və yenə də dözmək lazımdır. Ən böyük mükafat sahibləri öz işlərinin peşəkarı olub, bir peşəkar kimi bütün çətinliklərə dözüblər. İnsan həyatı möcüzələrlə dolu gerçək bir romandır. Həyatın hər bir anı, hər bir dövrü, hər bir mərhələsi böyük bir romanın bölünməz hissəsi və parçasıdır. Həyatda elə insanlar da vardır ki, istər uşaqlıq illərində, istər məktəb illərində, istər tələbəlik illərində, istər əsgərilik illərində, istərsə də ömrünün ahıl çağlarında bütün keçirdiyi günləri mənalı yaşamağı özünün həyat amalına çevirmməyə çalışır. Hamlet Aslanovun     adı gələndə istər-istərməz onu yaxından tanıyanların üzündə təbəssüm yaranır.  Hər insan ömrü bir kitaba bənzəyir. Bu kitab qalın, bər-bəzəkli kağızda, cilddə də ola bilər, adi kağızda da. Ancaq əsas məsələ, dəyər göstəricisi ömür kitabının məzmunu ilə bağlıdır. Necə yaşamışam? Ortada nələr var? Tarixə qovuşan illər hədər getnəyib ki?! Hamlet Aslanovun  keçdiyi ömür yoluna nəzər salarkən bir daha əmin oluruq  ki, yaşadığı illər hədər getməyib. Çalışdığı sahəyə bağlılığı, işini sevmək və məqsədlər naminə irəliləmək fonunda qazanılan uğurlar isə onun həyatını daha mənalı edir. Əməyin bəhrəsini gördükcə daha da mətinləşir, cəsarətlənir, yeni hədəfləri qarşıya qoyur, buna çatmaq üçün bütün qüvvə və bacarığınızı səfərbər edir, sonda əldə olunan nəticə yüksək dəyərləndiriləndə özünü xoşbəxt  hiss edir. Bu, hər bir insanın özünəməxsusluğnu təmin edən amillərdəndir. Hamlet müəllim fenomen insandır, peşəsinə və özünə dəyər verən şəxsiyyətdir, fitri istedada malikdir,    işıqlı ziyalıdır, alimdir, mənəviyyat sahibidir. Allah bu bəndəsindən insanlığa aid heç bir şeyi əsirgəməyib. O, müsbət aura, səmimiyyət və sadəlik təcəssümüdür. O adam xoşbəxtdir ki, qəlbini və zəkasını, əməlləri ilə zəngin mənalı ömrünü xalqının mənəvi inkişafına, hərtərəfli tərəqqisinə həsr edə bilir. Hamlet Aslanov da    ömrünü,  məsləkini böyük vətəndaşlıq ideallarının həyata keçirilməsinə həsr edən görkəmli ziyalılarımızdan biridir.   Onun yaxşı əməlləri, ictimai fəaliyyəti, dəyərli insani keyfiyyətləri bir insan ömrünə sığa bilməz. Məhz belə insanlar sağlam cəmiyyətin formalaşmasında, necə deyərlər, donor rolunu oynayırlar. Cəmiyyət belə insanlardan örnək götürərək, gələcəyə nikbinliklə baxır. Hamlet Aslanovun  ömür yolu nümunələrlə zəngindir, onu doğmalarına, dostlarına, cəmiyyətə sevdirən də elə bu zənginlikdir. O, buna baxmayaraq, hər zaman öyrənməyə, daha böyük zirvələrə can atır, uca zirvələr onu qoynuna çəkir. Başqa cür də ola bilməz. Məhz Hamlet    müəllim kimi insanlar həm həyatın, həm ömrün, həm də cəmiyyətin zirvələrində qərar tutaraq, başqalarına da nümunə olmağı bacarırlar. Bu, sadəcə olaraq, onun taleyidir. Hər bir insan öz taleyini yaşayır. Tanrının razılığını qazanan insanlar isə bu taleyi yalnız özləri üçün deyil, bəzən əsrləri adlayıb gələcək nəsillər üçün də yaşayırlar. Hamlet  müəllim  ziyalı olduğu qədər də analitik təfəkkürə malik cəfakeş müəllim, alimdir. Xoşbəxt o insandır ki, ona bəxş edilmiş həyatı şərəflə yaşasın, özündən arxaya boylananda əbəs yerə yaşamadığını görə, dərk edə bilsin, dünya həyatını və əbədiyyət dünyasını bəzəyəcək gözəl əməllərə sahib olsun. Bax, Hamlet   müəllim də  minlərlə  tələbələri üçün belə nümunəvi ziyalı, dəyərli alimdir.

 

Çingiz İbadov

Ədalət.-  2024.- 19 yanvar,¹2.- S.11.