Rusların əmrilə ermənilərin güllələdiyi cərrah, nazir,cümhuriyyətçi Xudadat bəy Rəfibəyli

 

Bu gün oxucularımıza söz verdiyim kimi “Ömrünü rus işğalının, erməni məkrinin, cəhalətin

məhvinə həsr edən vətən təəssübkeşi: Ələkbər bəy Rəfibəyli” məqaləmin davamını təqdim edəcəyəm.

Gəncə xan nəslinin ləyaqətli nümayəndələrindən olan Ələkbər Rəfibəylinin oğlu Azərbaycan Xalq Cümhuriyyətinin Yelizavetpol quberniyasının general-qubernatoru, II Xoyski hökumətində əvvəlcə səhiyyə və sosial təminat naziri, daha sonra isə xalq səhiyyəsi naziri, Afanasyev adına Yelizavetpol xəstəxanasının direktoru, həkim Xudadat bəy Rəfibəylinin xalqımıza xidmətindən və sevgisindən söhbət açacağıq.

Ələkbər bəy Rəfibəylinin 39 yaşı olarkən -1878-ci il yanvarın 12-də onun bir oğul övladı olur. İndiki Gəncə şəhərinin Bala Bağman məhəlləsində doğulan bu oğlanın adını Xudadat bəy qoyurlar. Ziyalı ata oğlunun da ziyalı olması, xalqının işinə yaraması üçün eynən atası Kərbəlayi Həsən kimi qərar verir: Təhsil! Xudadat bəy Gəncə Kişi Gimnaziyasına daxil olur. Yeri gəlmişkən, bildirək ki, 1881-ci ildən 1920-ci ilə qədər Gəncə şəhərində mövcud olan kişi gimnaziyası odövrün aydınları və gələcək cümhuriyyətçilərinbir çoxunun təhsil aldığı tədris müəssisi olub.Əslində Yelizavetpol gimnaziyası 1870-ci ildə Yelizavetpolqəzanın məktəbi əsasında yaradılmışdı. 1881-ci ildən kişi qimnaziyası kimi fəaliyyət göstərməyə başladıvə təhsil almaq arzusunda olan imkanlı ailələrin uşaqları bura üz tutdular. Məsələn, Fətəli Xan Xoyski,Nəsib bəy Yusifbəyli , Xəlil bəy Xasməmmədov, Həsən bəy Ağayev, Aslan bəy Səfikürdski , Mahmud bəySəfikürdski, Heybət bəy Haqverdiyev, Mikayıl bəy İsrafilbəyov, Mirzə Məhəmməd Axundzadə, Teymurxan Xoyski, Həmid bəy Yusifbəyli , İsmayıl xan Ziyadxanov, Şahverdi xan Ziyadxanov, Xosrov bəySultanov, Paşa bəy Sultanov, Cavad bəy Rəfibəyl və başqaları ... Yəni, dövrünün bəy balaları belə birgimnaziyada oxumaq imkanına malik idi.Həmin vaxt çar Rusiyasının ağlına da gəlməzdi ki, bu bəy balaları

bir gün onun işğal planına qarşı çıxıb, ona qarşı cəbhə açacaqlar.

Xülasə, Xudadat bəy gimnaziyanı bitirir və təhsilini davam etdirmək qərarı alır. O, Xarkov İmperatorUniversitetinin Tibb fakültəsinə daxil olur. Həmin vaxt tələbə dostları ilə birlikdə "Həmyerlilər" dərnəyiniqurur. Bu yəqin ki, qərib eldə çətinliyə düşən gənclərə yardım, dəstək amacı ilə yaranıb. Axı orda daazərbaycanlıara qarşı erməni də vardı, rus da.Nəhayət, 1904-cü ildə həmin universiteti bitirir. Ammauniversitet belə bacarıqlı, savadlı tələbəsinə asanlıqla əldən buraxmaq istəmir.

Xudadat həkim universitetin qospital-klinikasının cərrahiyyə şöbəsində 3 il ordinator işləyir. Əlbəttəki, vətənpərvər atanın tərbiyəsini almış Xudadat bəyi Xarkovda uzun müddət saxlamaq gücü yox idi. 1907-ci ildə Gəncəyə dönən Bəy oğlu həmin ilin noyabrın 15-də o, Yelizavetpol Şəhər İdarəsinim təqdimatı,qubernatorun əmri ilə Afanasyev adına Yelizavetpol xəstəxanasına (6 nömrəli şəhər müalicəxanası) direktortəyin edilir. 17 il Gəncə xəstəxanasının baş həkimi olaraq çalışır.

Bu yerdə bir ştrix edək: Deməli, bəzi yazarlar qeyd edirlər ki, Xudadat bəy Azərbaycanda ilk alicərrahiyə təhsili almış azərbaycanlıdır! Bu belə deyil. Əslində şuşalı Kərim bəy Mehmandarov 1872-ci ildəBakı şəhər gimnaziyasını bitirdikdən sonra Sankt-Peterburq Tibb Cərrahlıq Akademiyasına daxil olub.

1877-ci ildə akademiyanı tamamlayıb Sankt-Peterburq klinik hərbi xəstəxanasında həkim işləyib. 1873-cüildə Azərbaycana dönən Mehmandarov Yelizavetpol quberniyasının Cavanşir qəzasında , sonra isə Şuşaşəhərində həkim kimi çalışıb.

Gəncəlilər Xudadat bəy Rəfibəylini niyə sevirdi?

Həkimlik sənətilə sıx bağlı olan xeyirxah əməllərindən qalmır hətta nüfuzundan istifadə edərək özhəmkarlarını: Həsən bəy Ağayevi, Həmzə bəy Zeynalovu, Musa bəy Rəfiyevi bu xeyirxah missiyayaqoşurdu. Beləki, onun təşəbbüsü və rəhbərliyi ilə 1914-cü ildə Yelizavetpol Tibb Cəmiyyəti yaradılır. Bucəmiyyətin əsas məqsədi Gəncədə yoxsullara, kimsəsizlərə pulsuz tibbi yardım göstərmək idi.

"Yelizavetpol Tibb Cəmiyyəti" Bakı, Şuşa, Şəki və şəhərlərdə fəaliyyət göstərən digər cəmiyyətlərlə daimsıx əlaqədə olur, cərrahiyə əməliyyatına ehtiyacı olan kasıb təbəqənin nümayəndələri Gəncəyə axışıbgəlirdi.

Nəinki, gəncəlilər, artıq Azərbaycanın bir çox bölgələri Xudadat bəy xilaskar kimi baxırdı, onu

sevirdilər. Bu sevgi cəmiyyəti yaratmamışdan əvvəldə olub. Ona 1909-cu ildə fəaliyyəti, xidmətləri nəzərəalınaraq titulyar müşavir, 1910-cu ildə kollej asessoru, 1912-ci ildə saray müşaviri rütbələri verilib və 1909-cu ildən Gəncə Mahal Məhkəməsində fəxri barışıq hakimi təyin edilib.

Xudadat bəy 1912–1913-cü illərdə Sankt-Peterburqda İmperator Kliniki İnstitutunda 6 ay məşhurprofessorların apardığı 12 ixtisas kursunun da dinləyicisi olub. Qazandığı bilgiləri xalqına xidmətə həsredirdi. Xudadat bəy gəncəlilərin təkidi ilə daha sonralar şəhər qubernatorunun vəzifəsinin icrasınabaşlayandan sonra da həkimlik fəaliyyətini davam etdirirdi.

Fevral inqilabından sonra Azərbaycan şəhərlərində çarizmə qarşı etirazlar dirçəlməyə başlayırdı.

1917-ci il iyunun 17-də müsavatçılar, Difai Partiyası Gəncə Milli Komitəsinin aparıcı şəxsləri, Nəsib bəyYusifbəylinin, Həsən bəy Ağayevin, Şəfi bəy Rüstəmbəylinin, Xasməmmədli və Şeyxzamanlı qardaşlarınınyaratdıqları Türk Ədəmi-Mərkəziyyət Firqəsi birləşərək "Türk Ədəmi-Mərkəziyyət Firqəsi Müsavat"ınəsasını qoyurlar.. Xudadat bəy bu tarixdən etibarən Müsavat Partiyasının üzvü olur.

Həmin il Azərbaycanın Bakı və digər şəhərləri ilə yanaşı, Gəncədə də Müsəlman Milli Komitəsi

yaradılır. Gəncədə də azərbaycanlıların vəziyyəti və onların müdafiəsi ilə əlaqədar bütün məsələlərbilavasitə bu komitə tərəfindən həll edilirdi.

Silaha olan ehtiyacı ödəmək üçün Gəncə Milli Komitəsi dekabrın 17-də şəhərdəki keçmiş çar

ordusunun 219-cu alayını, həmçinin Qafqaz cəbhəsindən Rusiyaya qayıdan bir neçə hərbi eşelonu tərksilah etməyə məcbur oldu.

Bu əməliyyat Zaqafqaziya Komissarlığının sədri Noy Jordaniyanın sərəncamı ilə həyata keçirildi.

Gəncə Müsəlman Milli Komitəsinə Nəsib bəy Yusifbəyli başçılıq edirdi. Ələkbər bəy Rəfibəyli, Xəlil bəyXasməmmədov, Həsən bəy Ağayev, Aslan bəy Səfikürdski, Məmmədbağır Şeyxzamanlı və başqaları MilliKomitənin üzvləri idilər. Komitənin silahlı mühafizə dəstələri yaradıldı.Hələ gənc ikən atası Ələkbər bəykimi istibdada və işğalçıya qəlbində dərin etiraz olan Xudadat bəy həmin Müsəlman Milli ŞurasınınMüvəqqəti İcraiyyə Komitəsinin üzvü seçilir.

Xudadat bəy 17 iyun 1918-ci ildə təşkil olunan II Xoyski hökumətində ilk dəfə yaradılan posta

səhiyyə və sosial təminat naziri təyin olunur.

Nazir olarkən onun göstərişi ilə ölkə ərazisində pulsuz müalicə göstərən bir neçə xəstəxana açılır,kənd yerlərində yeni müalicəxana və feldşer məntəqələrinin tikintisinə başlanılır, ekspertizalar üçünlaboratoriya təşkil olunur. Gəncə yaxınlığındakı Zurnabad kəndində taun əleyhinə stansiya yaradılır. 6oktyabr 1918-ci ildə hökumət kabinetində dəyişikliklər edilir və yeni vəzifələr yaradılır. Xudadat bəy xalqsəhiyyə naziri təyin edilir. 7 dekabr 1918-ci ildə hökumət istefa verir və Xudadat bəy vəzifəsini tərk edir.

1919-cu ilin may ayının 6-sında Azərbaycan hökuməti tərəfindən Xudadat bəy Gəncə quberniyasınıngeneral-qubernatoru vəzifəsinə təyin edilir.

O, 1920-ci ilin mayında həbsdə olarkən, istintaqa verdiyi ifadədə bildirir ki, qubernator əmrinin1919-cu ilin mayın 6-da verilməsinə baxmayaraq, fəaliyyətə atasının qırx mərasimi başa çatdıqdan, yənimayın 17-dən sonra başlamışdır: "Quberniyanı idarə etməyə başlayarkən məndən tələb olunmuşdu ki,

əmin-amanlıq yaradım.Görülən tədbirlər nəticəsində bütün quberniyadan quldur dəstələri təmizləndi və ləğv olundu, onlarınbəzi başçıları öz ayaqları ilə gəldilər, məhkəmə tədqiqatına və istintaqa qədər pulla zaminə buraxıldılar.

Nəticədə xeyli sakitlik yaranmağa başladı”

Çarizmə yaxud bolşevizmə (fərqi yoxdur, hər ikisinin arxasında işğalçı Rusiya dururdu)qarşı

mübarizə Azərbaycan xalqına baha başa gəldi. 100 minlərlə soydaşımız bu yolda erməni və rushəmrəyliyinin, işğalçılığının , vəhşiliyinin qurbanı olduar.Yeri yaradılmış Azərbaycan Xalq Cümhuriyyətitürk dünyasının bu iki düşməni tərəfindən yerindəcə boğuldu.

1920-ci il aprelin 25-dən 26-na keçən gecə rus qoşunları Azərbaycana şimaldan hücum etdilər.

Xaçmazı, Yalamanı tutdular və Bakının girəcəyində dayanaraq Azərbaycan hökumətinə hakimiyyəti təhvilvermək haqqında ultimatum göndərdilər. Ultimatumu müzakirə etmək üçün aprelin 27-də parlamentin iclasıkeçirildi. İclasda xeyli davam edən müzakirələrdən sonra qan tökülməməsi üçün müəyyən şərtlər daxilindətəslim olmağa qərar verildi.

Xudadat bəy Rəfibəyli aprelin 30-da Nuxa, Ağdaş, Zəyəm, Gəncə qəza rəislərinə teleqram yollayaraqhakimiyyəti bolşeviklərə təhvil verdiyini bildirdi. Sonra da öz müavini, polkovnik Hüseynqulu xan Xoyskiilə lazımi sənədləri imzalayaraq Gəncə İnqilab Komitəsinin 30 aprel 1920-ci il tarixli 67 və 68 nömrəliəmrlərinə uyğun qubernatorluğu 1920-ci il may ayının 1-də Gəncə İnqilab Komitəsinin sədri İbrahim

Əliyevə və onun köməkçisi (müavini) Fərhad Əliyevə təhvil verdi.

Tarix tarix elmləri doktoru, professoru Nəsiman Yaqublu yazır:"1920-ci ilin mayın 12-də - Xudadatbəyin həbs edildiyi gün Gəncə sakini Nikolay Qriqoryeviç Babakev-Xyants adlı bir erməninin XI Ordununxüsusi şöbəsinin müstəntiqinə ifadəsi: "...Rəfibəyov qubernator təyin edildiyi gündən xristianlara qarşıtörədilmiş bir cinayət də açılmayıb. Şikayətlərlə bağlı Rəfibəyova müraciətlər bir qayda olaraq yerinəyetirilmirdi. Son vaxtlar Gəncə qəzasının erməni kəndləri Rəfibəyov tərəfindən təşkil edilmiş müsəlmanquldur dəstələri tərəfindən talan olunur və yandırılırdı. Dəstələrin başçıları onun tərəfindən təyin edilirdilərvə onların adları Qaraçinar dəstəsinin Bakıda yerləşən keçmiş rəisi podpolkovnik Pnakadzeyə yaxşıtanışdır. 1917-ci ildə Türkiyə cəbhəsindən qayıdan rus eşelonlarını güllələyən müsəlman quldur dəstəsinin

başında Rəfibəyov dayanmışdı..."X.Rəfibəyov erməni müstəntiqi Safikyana belə cavab vermişdir: "Mənim fəaliyyətlərim barəsində

rəy və xasiyətnaməni isə yalnız ermənilər deyil, ruslar, almanlar, gürcülər, yəhudilər və digər millətlərdənolanlar, həmçinin, Həmkarlar İttifaqı, Gəncə Həkimlər İttifaqı, Qızıl Xaç kimi təşkilatlar verə bilərlər. Qatı

daşnak olduğu üçün dəfələrlə həbsxanaya salınmış Babakevxyansın ərizəsinə gəlincə, o, tamamilə vecsizdir

və həqiqətə uyğun deyildir".

Əslində düşmənimiz düşündüyümüzdən də əzazil və acımasız çıxdı. Baxmayaraq ki, Xudadat bəyheç bir etiraz etmədən vəzifəsindən getmişdi, amma erməni- rus kimi düşmən belə işıqlı, Azərbaycanxalqını sevən, sayğı göstərən qiymətli birini dinc buraxardımı? Əlbəttə yox!

X.Rəfibəylinin nəvəsi yazıçı Anar yazır: Xudadat bəy 1920-ci il mayın 12-də həbs edildi. Gəncəlilərhəyəcan içində idilər, şəhər qaynayıb qarışırdı. Rəfibəylinin Bakıya göndəriləcəyi dəmiryol stansiyasınaminlərlə adam toplaşmışdı. Xudadat bəy başında silindr, əynində qara plaş, əlində əsa, həmişə olduğu kimibaşını uca tutaraq və ətrafa boylanmadan üç nəfər silahli əsgərin müşayiəti ilə irəliləyirdi. Kimsə ona pul

təklif etdi. Keçmiş qubernator onun əlini kənara edərək:

Təşəkkür edirəm, lazım deyil,- dedi.

İzdihamdan bir nəfər aralanaraq ona yaxınlaşdı. O dedi ki, Xudadat bəyi azad etməkdə gəncəlilərəkömək üçün Şəmkirdən 400 nəfər silahlı süvari dəstə gəlir. Bu sözləri eşidənlərin bir çoxunun gözləriyaşardı. Xudadat bəy isə belə cavab verdi:

Mən razı ola bilmərəm. Mənim adımı biabır etmək lazım deyil. Şəhərimizin, nəslimizin,mənim

atamın adını bədnam etmək lazım deyil, qan tökmək lazım deyil. Məni heç nədə təqsirləndirə bilməzlər.

Burada mühafizəçilərə ermənilərin silahlı dəstələri də qoşuldu. Gəncəlilərin isə qabağını kəsibsaxladılar. Qatar Bakıya yola duşdu…

Xudadat bəyi bir neçə maddə ilə mühakimə etdilər. Bunların arasında 298 sayılı iş üzrə erməni

kəndərinin yandırılması və erməni əhalisinə divan tutulması da var idi. Əlbəttə, bu iftira idi və bu cinayətişi bir neçə erməninin yalan ifadələri əsasında qaldırılmışdı. Xudadat bəy Rəfibəyli özünü bu şəkildə

müdafiə etdi: "Mənim barəmdə irəli sürülmüş ittihamda özümü təqsirkar hesab etmirəm. Sənədləri, əlimdəolan bütün subutları təqdim edə bilsəydim, aydın olardı ki, mən təqsirkar deyiləm".

Ona bu imkanı vermədilər… Ona son sözü də deməyə imkan vermədilər. 1920-ci il iyunun 1-də

Xudadat bəyi təlsik, xəlvəti bir şəkildə Xəzərin kiçik bir adasına apardılar və güllələdilər. Mayın 20-də

başlanmış 298 sayılı işi isə bağlamadan əbədi saxlanmağa göndərdilər…

O, 43 yaşında həlak oldu. Həyat yoldaşı Cəvahir xanım üç uşaqla qaldı. Ataları dünyadan köçənzaman Kamilin 11, Rəşidin 9, gələcəyin böyük şairəsi Nigar Rəfibəylinin isə 7 yaşı vardı… Və atasız qalanbu ailəni qarşıda həyatın necə ağır sınaqları gözləyirdi…

Xudadat bəy Rəfibəyli təqsirkar olmadığı haqqında bəraəti isə ölümündən 70 il sonra qazandı.

" Xudadat bəy Ələkbər bəy oğlu Rəfibəyov barəsində PS-12663 sayılı cinayət işinə… cinayət

tərkibin olmadığına görə xitam verilsin.

Azərbaycan Respublikası Baş Prokurorunun birinci müavini, 3-cü dərəcəli ədliyyə müşaviri M.

Babayev02 iyul 1990-cı il".

Araşdırmamdan belə qənaətə gəldim ki, Xudadat bəyin məzarı yoxdu...Beləəə... erməni və rusdüşmənlərimiz bir aydınımızın, bir vətənpərvər, maarifpərvər, dəyərli həkimizin axırına belə çıxdı. Son 250ildə rusların və ermənilərin bədniyyətləri, türk qanına susamaları sayəsində həyatına son qoyular bütünsoydaşlarımızın ruhu qarşısında baş əyirəm!Təəssüf ki, bu proses hələ də davam edir. Müstəqil olduğumuzson 32 ilə nəzər salaq: Hələ də qiymətli soydaşlarımız, ziyalılarımız, qəhrəmanlarımız gözəgörünməzəllərlə fiziki olaraq öldürülür, şərə-böhtana məruz qalaraq mənən öldürülür . O “gizli əllər”in kim olduğunuanlayırsınızmı?

1918-ci ildə 31 Mart qırğınını Bakı şəhər kommunasının sədri Şaumyanın əmri ilə həyata keçirənəsas təşkilatçılar sırasında yer alanlardan biri, Bakının hərbi komendantı olmuş, "1920-ci ilin aprelindəOrconokidze və Kirovun tapşırığı ilə mən Mikoyan və Yefremovla birlikdə "Beynəlmiləl" zirehlisində,döyüşə-döyüşə Bakını ələ keçirdik” deyən Qəzənfər Musabəyovun Binəqədi rayonunda hələ də adına küçə

var. Bakıda isə X.Rəfibəylinin adına nəinki küçə, heç bir barelyef, bir dəftər vərəqi boyda məlumat lövhəsiyoxdur.

P.S. Əziz oxucularım, 11 yaşlı Kamilin, 9 yaşlı Rəşidin , 7 yaşlı Nigarın başına nələr gəldiyini

bilirsinizmi?70 il “vətən xaini” damğası ilə yaşamağa məcbur olan bu körpələrin qarşıda hansı taleyi yaşadığından xəbəriniz varmı?

 

Əntiq  Rəşid

Ədalət. -2024. -19 yanvar. - ¹ 2.- S.12.