SUMQAYIT: GÖZƏL
ŞƏHƏR!
Azərbaycanda elə bir şəhər, elə bir
rayon, elə bir qəsəbə və elə bir kənd yoxdur
ki, orada son 20 ildə bir-birindən gözəl tikililər
inşa edilməsin, abadlıq və quruculuq işləri həyata
keçirilməsin. Təbii ki, bütün bunlar
hamısı dövlətin və şəxsən cənab
Prezident İlham Əliyevin böyük köməkliyi və
dəstəyi ilə gerçəkləşdirilir.
Aydındır ki, ölkənin bütün regionlarında bu
qədər möhtəşəm quruculuq və abadlıq
işlərinin görülməsi üçün milyardlarla
manat vəsait ayrılır və bu vəsaitlər də ilbəil
qarşıya qoyulmuş vəzifələrin icra olunmasına
yönəldilir. Eyni zamanda bu işləri zaman-zaman görmək
və həyata keçirtmək üçün hər bir vəzifə
sahibindən, hər bir vətəndaşdan çox
böyük məsuliyyət, işə vicdanlı münasibət
olmalıdır. Bu isə o deməkdir ki, ölkəmizdə
gedən möhtəşəm tikinti işlərində hər
bir Azərbaycan vətənadşı da qolunu
çırmayıb bir iş görməli və öz
töhfəsini verməlidir.
Bu gün sevinirici haldır ki, ən ucqar dağ kəndlərində
belə hər şey yenidən qurulur, yenidən tikilir və
başqa sözlə demiş olsaq, dünya standartlarına
cavab verə bilən sosial
obyektlər, səhiyyə ocaqları, məktəblər və
digər möhtəşəm tikililər həyata
keçirilir. Bunlar hamısı Azərbaycan xalqının və
Azərbaycan dövlətinin sürətli inkişafı,
rifah halının yaxşılaşması deməkdir.
Bakının iki addımlığında yerləşən
Sumqayıt şəhərində də son 20 ildə çox
möhtəşəm abadlıq, quruculuq və tikinti işləri
görülüb və görülür. Bu yaxınlarda
yolumuz Sumqayıta düşmüşdü. Sözün
düzü, şəhəri tanımadıq. Çünki
neçə illər idi bu şəhərə getmirdik. Amma
bu yaxınlarda getdik və gördük ki, elə Sumqayıt
da Bakı kimi son vaxtlar çox möhtəşəm və
gözəl görünür. Bu gözəlliyisə yaratmaq
elə də asan deyildir. İlk baxışdan adamn diqqətini
cəlb edən güllü-çiçəkli, təmiz və
yaraşıqlı parklar, xiyabanlar, küçələr,
prospektlərdir. Adam bu şəhərin hər bir gözəlliyinə
tamaşa etdikcə bundan zövq alır. Ən
başlıcası odur ki, bu gün Sumqayıta abadlıq və
quruculuq işləri təkcə şəhərin mərkəzində
deyil, bütün mikrorayonlara və yaşayış massivlərində görülür. Bu isə o deməkdir
ki, hər bir Sumqayıt sakini şəhərdə gedən dəyişiklikləri
öz yaşayış yerində, öz həyatında və
güzaranında görür.
Əgər Sumqayıtda son illərdə
görülmüş abadlıq və quruculuq işlərinin
siyahısını tərtib etsək, uzun bir siyahı
alınar. Bayaq dedik axı, bu şəhərdə o qədər
möhtəşəm işlər görülüb ki, adam
istəyir ki, onlara baxdıqca, yenə baxsın. Ən möhtəşəm
işlərdən biri Xəzərin sahilində son vaxtlar
yaradılmış və inşa edilmiş qeyri-adi
bulvardır. Heç 20 il bundan qabaq burada belə bir gözəllik
yox idi. Amma indi neçə kilometr sahədə yeni bulvar tikilib,
orada gözəl ağaclar, güllər, çiçəklər
əkilib, yerə mərmər daşlar döşənib,
uşaqların əylənməsi üçün atraksionlar
və müxtəlif oyuncaq yerləri
quraşdırılıb. Bununla yanaşı, bulvar boyu
insanların istirahət etməsi üçün müasir
üslubda tikilmiş və inşa edilmiş kafelər və
eləcə də digər istirahət mərkəzləri
vardır. Əlbəttə, Sumqayıt bulvarında təmiz
hava almaq üçün burada istər isti yay günlərində,
istərsə də payız və qış
mövsümündə çoxlu sayda insanlar istirahət edirlər. Sovet dönəmində
Sumqayıtın havası çox çirkli idi və onun
ekoloji təmizliyinə ikir verən yox idi. Amma bu gün şəhərin
təmizliyinə və ekoloji durumuna çox böyük
dövlət qurumları tərəfinddən önəm
verilir.
Biz bulvarda olarkən bir neçə Sumqayıt sakini
ilə söhbət elədik. Onlardan biri də Sumqayıt
sakini Nərminə Nəbi qızı Məmmədovadır.
Nərminə xanım dedi ki, səhiyyə ocaqlarının
birində işləyirəm, evimiz də bulvara çox
yaxındır, işdən çıxanda və yorulanda gəlib
yarım saat burada gəzir, təmiz hava qəbul edir və
istirahət eləyirəm. Bundan sonra həm əsəblərim
sakitləşir, həm də yorğunluğum canımdan
çıxır. Vallah, şəhərimiz çox gözəlləşib,
son 20 ildə isə tanınmaz dərəcədə hər
şey yenidən inşa edilib. Bütün bunlar biz insanlar
üçün olunub. Çünki biz Sumqayıtda uzun
müddətdir yaşayırıq və burada çox dəyişikliklər
görmüşük. Dolanışığımız da
lap yaxşıdır. Mən həm təqaüd alıram, həm
də işləyirəm. Oğluma, nəvələrimə
maddi dəstək dururam. Bütün bunlara görə və
həyatıımızın firavanlığı
üçün ölkə prezidenti cənab İlham
Əliyevə öz minnətarlığımızı
bildiririk. Çünki cənab Prezident dəfələrlə
Sumqayıta səfər edib, biz sakinlərlə
görüşüb və qayğı göstərib. Hər
dəfə Prezident gedəndən sonra Sumqayıtda abadlıq
və quruculuq işlərinə milyonlarla manat vəsait
ayırıb. Bu vəsaitsə İcra Hakimiyyəti və digər
qurumlar tərəfindən şəhərimizdə möhtəşəm
tikililərin inşa edilməsinə yönəldilib. Mən
bu gün Sumqayıtda yaşamaqla qürur duyuram.
Çünki Sumqayıt artıq dünyanın ən gözəl
şəhərlərindən birinə çevrilib. Əlbəttə,
yenə deyirəm, nə gözəllik varsa, nə inkişaf
varsa, nə tərəqqi varsa buna görə xalqını və
millətini sevən və ona xidmət etməklə qürur
duyan cənab İlham Əliyevə borcluyuq!
Bir faktı da deyək ki, son vaxtlar Sumqayıt şəhərində
neçə-neçə möhtəşəm səhiyyə
ocaqları, məktəblər, uşaq bağçaları və
digər sosial obyektlər inşa edilib. Ən sevindirici hal odur
ki, şəhərdə ASAN xidmət də fəaliyyət
göstərir və eyni zamanda çoxlu sayda təhsil
ocaqları və səhiyyə müəssisələri əsaslı
surətə təmir edilərək əhalinin istifadəsinə
verilib. Əlbəttə, bütün bunlar onu deməyə əsas
verir ki, Sumqayıtda təkcə yol inrastrukturu inşa edilmir,
həm də digər infrastrukturlar yenidən tikilərək, əhalinin
xidmətinə yönəldilir. İnsanlarsa birmənalı
olaraq şəhərdə gedən və görülən bu
işlərdən çox məmnundur.
Onu da qeyd edək ki, Sumqayıtda son 20 ildə çoxlu
sayda fabrik, zavod və istehsalat sahələri tikilib. Onların
bir hissəsi dövlət və özəl şirkətlər
tərəfindən inşa edilsə də, bir neçəsi
xarici investorların sərmayəsi ilə inşa edilib. Bu isə
o deməkdir ki, xarici iş adamları və şirkətlər
Sumqayıtda gedən abadlıq,
quruculuq, tikinti işlərində yaxından iştirak
edir və bu işlərə sərmayə qoyur. Heç
şübhəsiz, Sumqayıtda istehsal olunan məhsullar
ölkəmizlə yanaşı, xaricə də ixrac edilir.
Bunun nəticəsində iş adamları öz qoyduqları
sərmayənin artıq maya dəyərini çıxarmaqla
yanaşı, xeyirini də görürlər. Üstəlik də
bu müəssisələrdə yüzlərlə
Sumqayıtlı sakin yeni iş yeri ilə təmin edilib və
onlar ailələrini buradan qazandıqları əməkhaqqı
ilə dolandırırlar.
Bu gün Azərbaycanda o qədər möhtəşəm
işlər görülür ki, saymaqla qurtaran deyil. Həm
işğaldan azad olunmuş rayonlarımızda, həm də
digər şəhər və kəndlərimizə bu qədər
abadlıq və quruculuq işlərini gerçəkləşdirmək
elə də asan deyildir. Bunun üçün hər bir
ölkədə ağıllı dövlət
başçısı və güclü iqtisadiyyat
olmalıdır. Azərbaycan xalqı xoşbəxt xalqdır
ki, onun İlham Əliyev kimi dünya şöhrətli
müdrik rəhbəri var və onun həyata keçirtdiyi
böyük islahatlar nəticəsində güclü Azərbacyan
iqtisadiyyatı yaranıb və güclü iqtisadiyyatsa -
güclü dövlət deməkdir. Güclü dövlətin
güclü ordusu, güclü siyasəti və güclü də
rəhbəri olur. Heydər Əliyev kursunu uğurla davam etdirən
prezient İlham Əliyevin siaysəti bu xalq tərəfindən
həmişə dəstəklənir və bundan sonra da dəstəklənəcək.
Dostlarımız ölkəmizə baxıb sevinəcək,
düşmənlərimizin isə paxıllıqdan ürəkləri
partlayacaqdır.
Faiq QİSMƏTOĞLU
Ədalət.- 2024.- 19
yanvar,¹2.- S.15.