Dünyada yaddan
çıxmayan adamlar...
Bu dünya bir pəncərə olsa da, hər adam o pəncərədən
baxıb, iz qoya, yadda qala bilmir! Amma insanların ürəyinə
yol tapan, qəlblərdə xatirə yaradan insanlar həm
dünyanın yaddaşında, həm də
tanıdıqları adamların qəlbində əbədi
yaşayır! Yazıçı - publisist, jurnalist , dostumuz və qardaşımız
Surxay Əlibəyli də belə ziyalılardan, belə
insanlardan olub.
O, dünyasını dəyişə də , bizim
üçün, dostları üçün və əzizləri
üçün həmişə sağdır! Onunla "
Ədalət" qəzetində uzun müddət bir yerdə
işləmişik, dostluq eləmişik,
çörək kəsmişik. Hətta ezamiyyətə də
bir neçə dəfə bir yerdə getmişik! Çox
iş yoldaşımızda olmayan səmimiyyəti,
halallığı və dürüstlüyü ondan
görmüşük. Onun haqqında keçmiş zamanda
danışmaq olmur və elə bilirəm ki, bu dəqiqə deyəcək ki, Qismət
kişinin oğlu dur gedək, yeyib- içməyə!
Düzdür, mən elə də yeyib - içən insan
deyiləm, amma Surxay Əlibəyli deyəndən sonra
ağzım nə idi ki, durub getməyim. Deyirdim ki, qardaş,
bəlkə Pərviz Əliyevi, Lətif
Süleymanlını, Məhəmmədəli Mustafanı da
aparaq.
Gözlərini qıyıb diqqətlə mənə
baxıb deyirdi ki, onlar da gəlsinlər. Həmişə
getdiyimiz kafedə oturardıq! O ki, var məndən başqa
dostlarımız möhkəm yeyib- içərdi! Bizim
kollektivdə elə bir adam yox idi ki, Surxay
qardaşımızla zəngin xatirəsi olmasın.Surxay
Əlibəyli o adamlardandır ki, çörəyini iki yerə
yox ey, beş yerə bölüb! Bu addımı atmaq
üçün insanda böyük ürək
olmalıydı və bu ürək də onda var idi. Onun qədər
dostu- tanışı olan adam çox az idi. Pərviz
Əliyev, Əbülfət Mədətoğlu, Süleyman
Qaradağlı, Elman Məmmədov...
və bir çoxları Surxayla yaxın dostlar idilər.
Hansı birindən Surxay Əlibəyli haqqında nə isə
soruşsan saatlarla danışa
bilərlər.
Çünki onunla bağlı bizim hər birimizdə
zəngin xatirələr var... Surxay qardaşımız 2018-
ci il noyabrın 5- də Allahın dərgahına qovuşmuşdu. Elə hər il də
bu vaxtlar bütün dostları onu xatırlayır. Surxay
Əlibəylini yada salanda qəzetimizdə
çalışmış və dünyalarını dəyişmiş
bütün iş yoldaşlarımızı
xatırlayırıq! Pərviz Əliyevi, Nazim Ağamirovu, Lətif
Süleymanlını, Məhəmmədəli Mustafanı, Qələndər
Xaçınçaylını da yaddan
çıxarmırıq ! Hamısının yeri Cənnət
olsun! Onsuz da bizim dostların yarpaq tökümü çoxdan
başlayıb.
Bu yaxınlarda isə istedadlı şair , dostumuz
Əlisəmid Kürü və yazıçı - jurnalist
Nizami Rəhmanlını
itirdik... Amma bizə təhsillə olan odur ki, Surxay
Əlibəyli başda olmaqla adını çəkdiyimiz bu
yazarlar Azərbaycan mətbuat tarixində yeni bir səhifə yazıblar.Və
biz nə vaxta kimi sağıq
Surxay Əlibəyli də yaşayacaq! Çünki o,
bir yazıçı, bir jurnalist olaraq həmişə
xalqın, elin, insanların arasında olub. Xalqını sevən,
millətinə xidmət edən adamları nə dünya
unudur, nə də insanlar! Və Surxay Əlibəyli də belə
bir gözəl , mənalı ömür yaşayıb.Ona
görə də, yadımızdan çıxmır!!!
Faiq QİSMƏTOĞLU
Ədalət .- 2025.- 7 noyabr (№42) .- S.6.