ELM VƏ TƏHSİL YOLUNDA QADIN GÜCÜ
Hər bir xalqın gələcəyi onun təhsilə
və elmə olan münasibətilə
ölçülür. Təhsildə və elmdə
qadınların rolu isə bu mənada xüsusilə fərqlənir.
“Təhsil millətin gələcəyidir”, - deyən Ulu
öndər Heydər Əliyev Azərbaycanda digər sahələr
kimi təhsil sahəsinə də mühüm önəm
verirdi.
Dahi şəxsiyyət
Heydər Əliyev xüsusilə vurğulayırdı ki, təhsil
nə sənayedir, nə kənd təsərrüfatıdır,
nə də ticarət. Bu, cəmiyyətin xüsusi intellektual
cəhətini əks etdirən sahədir. Heydər
Əliyevin təhsil siyasəti onun siyasi kursunun layiqli
davamçısı Cənab Prezident İlham Əliyev tərəfindən
uğurla davam etdirilir.
Azərbaycanda təhsil
və elm sahəsində son illər görülən işlər,
onun qanunvericiliklə təkmilləşdirilməsi bu sahənin
dövlət siyasətinin prioritet istiqamətlərindən
biri olduğunu deməyə əsas verir. Sözsüz ki, elmə
aparan yol təhsildən keçir. Bu istiqamətdə Elm və
Təhsil Nazirliyi, Təhsilin İnkişafı Fondu
mühüm işlər görür, səmərəli layihələr
həyata keçirir.
Tələbəsi
olduğum Azərbaycan Dövlər Mədəniyyət və
İncəsənət Universitetinin nəzdində Humanitar
kollec elm və təhsil istiqamətində bir sıra uğurlu
addımlara imza atır. Bu addımlarda qadınların
payı və əhəmiyyəti diqqət çəkir.
Kollecin direktoru, sənətşünaslıq üzrə fəlsəfə
doktoru Nərmin Qaralovanın rəhbərliyi ilə kollecdə
müəllim və tələbələr üçün əlverişli
imkanlar yaradılıb. Bu imkanlar bizi daha peşəkar və məsuliyyətli
olmağa səsləyir.
Humanitar kollecdə təhsil
alan tələbələr ümidlidir. Bu ümidin adı gələcəkdir.
Çünki hər bir tələbənin gələcəklə
bağlı arzuları var. Müəllimlərimiz bizim elmi, mədəni
dünyagörüşümüzün artırılması,
Vətənə, millətə sədaqətli vətəndaş
kimi formalaşmağımıza dəstək olurlar. Təhsil
aldığım kollecdə qadınların elmi və mədəni
gücü, əməyi və bacarığı yeni
uğurlara doğru bizi ruhlandırır.
Humanitar kollecdə həm
elmi, həm də mədəni mühit kifayət qədər
əlverişlidir. Bu mühiti formalaşdıran və onun
inkişafına təkan verən kollec rəhbərliyi, müəllimlər
və tələbələr Azərbaycan təhsilinin
öncüllərdindən hesab olunur. Hər dərs tarixə
və mədəniyyətə yeni baxış, yeni yanaşma
kimi başa düşülür. Zəngin kitabxanası və
peşəkar kollektivi ilə təhsilimizin inkişafına
öz töhfəsini verən Humanitar kollecin tələbəsi
olmaq sevindirici bir haldır. Kollecdə tədris olunan fənnlər
kadr hazırlığı və hər bir tələbənin
potensialının aşkarlanması üçün zəruridir.
Bu zəruriyyət həm də yeni elmi biliklərin əldə
olunmasına imkan yaradır.
Bildiyimiz kimi gender
siyasəti həyatın müxtəlif sahələrində
qadın və kişilərin bərabərliyini özündə
ehtiva edir. Ölkəmizdə gender tendensiyasının
başlanmasının tarixi çox əvvələ gedir. Bu,
özünü ilk növbədə XIX əsrin
ortalarından başlayaraq qadınların savadlanması, sonra
onların ictimai həyata xeyriyyəçi kimi
qatılması ilə göstərib. Bütün müsəlman
dünyasında qızlar üçün ilk dünyəvi məktəb
123 il əvvəl məhz Bakıda yaradılıb. Bu məktəbi
açan Azərbaycanın xeyriyyəçi və maarifpərvər
sahibkarları, ziyalılar başa düşürdülər
ki, qızların təhsil alması çox vacibdir. Təhsilli
qadın təhsilli millət, təhsilli nəsil deməkdir.
Müsəlman Şərqində
qadınların hüquqlarının tanındığı,
onlara seçki hüququnun verildiyi ilk ölkə də məhz
Azərbaycandır və biz bununla qürur duyuruq.
Qadınsız heç bir cəmiyyəti, sosial təsisatı
təsəvvür etmək mümkün deyil. Çünki
qadın ailənin möhkəmliyini qoruyan, yeni nəsil
böyüdən, tərbiyə edəndir. Qadın, ana,
xanım – triadasının fəlsəfəsi bu rolun mahiyyətini
açır. O da faktdır ki, uğurlu insanların həyatında
bir savadlı xanım, ana mütləq vardır.
Qızların təhsil
alması cəmiyyətdə gender bərabərliyinin,
qadınların iqtisadi
iştirakçılığının təmin olunması
və ölkənin bütün sahələrdə
inkişafı baxımından mühüm əhəmiyyət
kəsb edir. Milyonçu, mesenat, müsəlman Şərqində
ilk qızlar məktəbinin yaradıcısı Hacı
Zeynalabdin Tağıyevin dediyi kimi, bir oğlana təhsil verməklə
təhsilli bir insan, bir qıza təhsil verməklə təhsilli
bir ailə qazanmış oluruq. Məhz bu düşüncənin
fərqində olan H.Z.Tağıyev müsəlman Şərqində
ilk qızlar məktəbini tikdirərək onların təhsil
almasına yaratdığı imkanlarla əslində bir
neçə nəslin təhsil almasına şərait
yaratmışdı.
Elmin müxtəlif sahələrində
qadınların iştirakı özünəməxsus cəhətlərlə
səciyyəlinir. Belə ki, qadın cəmiyyətin
güzgüsü və sabahıdır. Təhsilli qadın, təhsilli
gələcək deməkdir. Bu baxımdan cəmiyyətimiz
üçün qadınların təhsil alması və müxtəlif
sahələrdə fəaliyyət göstərməsi vacib
amillərdən biridir.
Humanitar kollecdə həm
elmi, həm də mədəni mühit kifayət qədər
əlverişlidir. Bu mühiti formalaşdıran və onun
inkişafına təkan verən kollec rəhbərliyi, müəllimlər
və tələbələr Azərbaycan təhsilinin
öncüllərdindən hesab olunur.
Tarixə ekskurs etsək,
görərik ki, Azərbaycan qadını tarixin və cəmiyyətin
inkişafının müxtəlif mərhələlərində
fəal iştirak ediblər. Bu mənada adını tarixə
yazdıran Azərbaycan qadınlarından bir neçəsinin
adını çəkmək kifayətdir. Əhəminilər
sülaləsinin qəddar hökmdarı Kiri məğlub edən,
Türk dünyasının xanım hökmdarı Tomris xatun,
şahları mat qoyan, gözəlliyi, istedadı, şeirləri
ilə dillərdə dastan olan Məhsəti Gəncəvi,
Atabəylər dövlətinin birinci xanımı, müdrik
və uzaqgörən Möminə xatun, adı Azərbaycanın
dövlətçilik tarixinə ilk xanım diplomat kimi
düşmüş Sara xatun, xeyriyyəçi xanım, Təzəpir
məscidini tikdirən Nabat Aşurbəyova,
dövrünün məşhur şairlərindən olan Fatma
xanım Kəminə (Aşıq Pəri), tarixçi alim
Sara Aşurbəyli, ilk maarifçi qadınlardan biri,
Bakıda ilk qız məktəbinin rəhbəri Hənifə
Məlikova, görkəmli oftalmoloq-alim, akademik Zərifə
Əliyeva, Azərbaycanın Birinci vitse-prezidenti, Heydər
Əliyev Fondunun prezidenti Mehriban Əliyeva. Bu
siyahını uzatmaq da olar.
Əsas odur ki, adını tarixə yazdıran bu qadınlar fəth
etdikləri zirvələrə ancaq elm və təhsilin,
yüksək dünyagörüşünün sayəsində
çıxa biliblər.
Bu gün Azərbaycan
təhsilinin inkişafında xidmətləri olan fədakar
qadınlar dövlət və cəmiyyət tərəfindən
rəğbətlə qarşılanır və yüksək
qiymətləndirirlir. Bu rəğbətin və qiymətin dəyəri
yoxdur.
Türkan Cəfərli
ADMİU-nin nəznində Humanitar kollecin I kurs tələbəsi
Ədalət . 2025.- 14 noyabr (¹43).-S.10.