Nəvəyə
baba-nənə hədiyyəsi
Gəlin etiraf edək ki, insanlar xüsusilə, biz azərbaycanlılar
övlada, ailəyə digər millətlərdən
xalqlardan fərqli olaraq, daha
çox bağlıyıq. Bu bağlılığı da
bizə sərgiləyən təkcə genimiz yox, həm də
bu genin ən qabarıq göstəricilərindən olan adət-
ənənəmizdir. Belə ki, biz hər şeydə, hər
bir hərəkətimizdə, hətta məişətimizdə
də min illərdən keçib gələnləri
qorumağa, yaşatmağa çalışırıq. Yəni
mühafizəkarıq. Hətta bu duyğularımızı
ata sözlərimizdə, məsəllərdə də
gerçəkləşdiririk, bir növ yaddaşa
yazırıq.
Mövzunu bu cür girişlə təqdim etmyimin əsas
səbəbi də məhz həmin o soy- kökə
bağlılığımızdan irəli gəlir. Ona
görə də çox böyük bir pafosla deyirik ki,
" Dövlətdə dəvə- övaldda nəvə.!"
Mən də bilirəm ki, nəvəsi olan hər kəs
yaşından- başından aslı olmayaraq bu hissi demək
olar ki, bütün səmimiyyəti ilə yaşayır.
Babalar, nənələr özlərini nəvə
üçün oda- közə vurur. Müəyyən mənada
övladı ikinci plana keçirirlər. Bu duyğuları söz
adamları biraz da qabarıq yaşayır. Uşaq şairlərinin
əksəriyyətinin şeirlərinin baş qəhrəmanı da məhz onların
öz nəvələridir.
Azərbaycan ədəbiyyatında uşaqlarla
bağlı yazılan şeir, hekayə , nağıl və digər janr
nümunəllərinin əksəriyyətini oxumuşam. Ona
görə də cəsarətlə deyə bilərəm ki,
həmin əsərləin qəhrəmanları öz yazar nənə-
babalarının ilham mənbəyidir. Bax elə indi sizə
barəsində bir neçə kəlmə çatdrmaq istədiyim
“İsaq belə İsaqdı” adlı kitabda da toplanan bütün poeziya
nümunələri məhz babanın nəvəyə
sevgisinin, güvəninin, arzularının tərənnümüdür.
Kitabın müəllifi oxucuların yaxşı
tanıdığı yazıçı, şair, publisist
Vaqif İsaqoğludur. Xatırladım ki, Vaqif İsaqoğlu
həm də Azərbaycan ordusunun birinci Qarabağ müharibəsini
işıqlandıran hərbi jurnalistlərimizdən biri olub və indi təqaüddədir.
Barəsində bir- birindən maraqlı şeirlər
yazılan İsaq isə təkcə babasının- nənəsinin deyil, həm də istedadlı
şair, tərcüməçi Tural Cəfərlinin
övladıdır. Bu maraqlı təqdimatı ona görə
etdim ki, öncədən məlumatlı olasınız. Biləsiniz
ki, söhbət SÖZlə yaşayan bir ailənin
övladından gedir. O ki, qaldı kitaba …
Kitaba ön söz yazmış müəllif bir növ bu məktubunda nəvəsinə ümidini,
inamını, həm də bir nəslin davamçısı
olmaq diləklərini çatdırıbdı. Və
xatırladıb ki, bu kitabdakı şeilər ona yazılmaqla
yanaşı, həm də ona bir yaşam vəsiqəsi verir.
Müəllif vurğulayır ki, “Bu kitabı sevə- sevə
oxu! Və unutma ki, sözlə isinən üşüməz.
Onu da unutma ki, söz ən güclü silahdır. Həmişə
sözünü kişi kimi de. Çünki kişinin
sözü də kişidir!”
Vaqif İsaqoğlunun nəvəsinə
yazdığı məktubun davamı olan şeirlər elə
bir bölgü ilə düzülüb ki, oxuduqca İsaqla bərabər
şeilər də sanki böyüyür. Onun dünyaya gəlişi,
beşikdəki mışıltısı, ilk kəlməsi,
iməkləməsi – bir sözlə bir uşağın
yeriyib, yüyürnəsi, məktəbə üz
tutmasına qədər… Artıq məktəbli olan İsaqla
bağlı onun doğum gününə yazılan şeirlə
də bir növ yaşına- başına
uyğunlaşıbdıır.
Burda bir fikri mütləq
qeyd etmək istəyirəm. Yəni sözün ən halal mənasında
adamın İsaqa bir az "
paxıllığı "
tutur. Axı onunla bərabər adına yazılan
şeirlər də püxtələşib,
böyüyür. Bu bir zarafat olsa da, kitabda bunu
aydın görmək
mümkündür. Belə ki, Vaqif İsaqoğlu nəvəsinə
yeddi il bundan öncə yazıb:
Şirin yuxuya gedib,
İsaq yatır beşikdə.
Boz sərçələr yenə də,
Hay-küy salır eşikdə.
Üç il sonra isə o, İsaqa belə üz
tutur:
Nənə nağıl danışdı,
İsaq yenə yatmayır.
Qızılgülün içndə,
Nədən yuxu tapmayır?
Mən kitabdakı şeirlərin hər biri
haqqında ayrıca fikir bildirmək niyyətindən
uzağam. Çünki hər kəsin bu kitabı
oxumasını, əldə etməsini istəyirəm. Axı
bu gün övladlarımızın, nəvələrimizin
gerçək sözə, səmimi duyğulara və bir də
mənasız şoulardan uzaq durmağa, qorunmağa daha
çox ehtiyac duyulur. Ona görə də biz böyüklər,
bir az geciksək də , heç olmasa bundan sonra balacalara, gələcəyimiz
olanlara daha diqqətli yanaşmalıyıq. Onları zərərli
vərdişlərdən, əxlaqa və sağlamlığa
ziyan olan hər cür problemlərdən uzaq tutmağa
çalışmalıyıq.
Xatırladım ki,
kitabla tanış olduğum müddətdə gəldiyim
qənaət bu oldu ki, uşaqla elə uşağın öz
dilində gerçəyi danışmaq, onlara həyatı
tanıtmaq daha
maraqlıdır , daha
doğrudur, nəinki onları hansısa vədlərlə
aldatmağa, həyatın ümidinə atmağa cəhd etmək…
Axı bu biganəlik bizim hamımızın bəlasına
çevriləcəkdir. Bunu bilmək zənnimcə o qədər
də çətin deyil.
Və sonda vurğulamaq istəyirəm ki,
babasının İsaqa yazdığı şeirləri kitab
halında ona təqaüdündən yatırım edən nənəsi
Bəyaz xanım hədiyyə edibdir. Məncə, nənə-babaların
ən gözəl hədiyyəsi
də məhz belə olmalıdır.
Əbülfət Mədətoğlu
Ədalət .- 2025.-21 noyabr(¹).- S.10.