Qəmin eşqi,
eşqin qəmi
İlham Qəhrəman – bu gün müasir
poeziyamızın istedadlı nümayəndələrindən
biridir və bənzərsiz, özünəməxsus poetik səsi
və nəfəsi ilə seçilir. Əgər ŞAİR
sözünü səsləndirirsə, İlham Qəhrəman
da yada düşən,
xatırlanan şair olur.Tənqidçi-ədəbiyyatşünaslaronun
yaradıcılığına qətiyyən biganə
qalmayıblar. “Qəmin eşqi” şeirlər kitabına
ön söz yazan Məti Osmanoğlu İlham Qəhrəmanın şeir dünyasını səciyyələndirərkən
onun öz fərdi dünyasını, insan, zaman və
ömür haqqında poetik düşüncələrini,
yaddaşının özümlülüyünü
doğulduğu torpağa, yurd yerinə məhəbbətini
xüsusi vurğulayır. İlham Qəhrəman
laçınlıdır və ötüb-keçən, amma
yaddaşımızda ağrıya çevrilən
Laçın haqqında elə şeirlər yazıb ki, o
şeirlərdə sən Laçınlı olmasan da
özünü o dərdin ortağı hesab edirsən.
Laçına gedə bilsəm,
evimizin daşları tanlyar məni.
Çəpərimiz tanıyatr məni.
Kolunu qırıb
yabada vəlısini daşımışam.
Ağaclar tanıyır məni
Dəhnədən arxını vurub
suyunu gətirmişəm.
Körpə olanda Həkərinin
ovcumdakı suda üzən
balıqları tanıyacaq məni.
...Bircə Laçına getsəm.
İlham Qəhrəman üçün indi
Laçın qadağası yoxdur. Çünki
Sevinir daşın, torpağın,
Hülür ağacda yarpağın.
Başının üstə bayrağın,
Gözün aydın olsun, Laçın!
Mən İlham Qəhrəmanın Laçına necə
bağlı olduğunu təkcə təkcə neçə
illər bundan öncə qubarlı gözlərində deyil,
həm də şeirlərində çox aydın
görürəm, təkcə təbiət aşiqi,
Laçın vurğunu deyil, həm də Laçından
çıxan neçə-neçə şairin şeir
dünyasına bələdliyini
və günlərin bir günündə tərtibçi
olduğu “Laçın antologiyası” kitabını oxuculara
təqdim etməsini görürəm. Böyük zəhmətdir
bu antologiyanı hazırlamaq...
İlham Qəhrəmanın “Qəmin eşqi”
şeirlər kitabı (2025) və özünün ərsəyə
gətirdiyi “Dəyirmanın su dərdi” (2024) bayatılar
toplusunu onun son illərdəki poetik
yaradıcılığının uğurları hesab edirəm.
İlham Qəhrəmanın poeziyası Sarı
Aşıqdan üzü bəri klassik şeir örnəkləri
ilə sıx bağlıdır. Hətta deyərdim ki,
Sarı Aşıq onun şeirlərinə təsir edən
birinci şairdir.
Mərhum deməyə dilim gəlmədiyi filologiya
elmlər doktoru İradə Musayeva onun “Dəyirmanın su dərdi”
bayatılar kitabına mükəmməl ön söz yazıb: “İlham Qəhrəmanın bayatılarında təmiz bir təbiət,
milli koloritli, nazlı-qəmzəli, saf üzlü,
açıq sözlü gözəllər və aşiqlər
var.
...Bu poeziyada sözlər səs
oxşarlığına görə bəzən bir-birini
tapıb tanıyırmış kimi görünür.
Alliterasiyalar, assonaslar, səs təqlidləri fonetik səviyyədə
poetikləşir”...
O bayatılardan misallar gətirək və görəcəyik
ki, İlham Qəhrəmanın bayatıları heç
klassik bayatılardab geri qalmır.
Dağdan bir qaya düşüb,
Çobanlar haya düşüb.
Gecə ayamı baxdın!
İşığın aya düşüb?
Kim kimin həyatıdı,
Nimdaşı, boyatıdı.
Oxuya bilsən, ömrüm
Bir qəmli bayatıdı.
Gözəllər zinət sevər,
Mömünlər cənnət sevər.
Nə su murdar götürər,
Nə sevgi minnət çəkər.
Ah çəkdim, yeri qaldı,
Kövşənin vəri qaldı.
Mən öldüm Laçın adlı
Həsrətim diri qaldı.
Yıxılmışam tar-maram,
Pay qoyma aparmaram.
Səndən gələn kədəri
Qapıdan qaytarmaram.
İlham Qəhrəmanın “Qəmin eşqi”
şeirlər kitabı müasir poeziyada xalq şeirinə, bu şeirin
özəllikləri və gözəlliklərinə
bağlılığın ən bariz nümunələrini özündə
əks etdirir. XXI əsrin şairi xalq açıq şeirinin ən
gözəl ənənələrini müasir poetik təfəkkür
işığında yenidən ehya
edir:
İlham Qəhrəman qoşma, gəraylı və təcnis
ustalığına yaxşı
yiyələnib.
İçimdə biri ağlayır,
Elə zülümlə ağlayır.
Ağlayan kimdi bilmirəm,
Mənim gözümlə ağlayır.
İçimdə biri ağlayır,
ağlayır düşən axşamla,
ağlayır açan sabahla.
Başqa bir misal:
Bu dünya sevgi üstədi,
Kimi bilər, kimi bilməz.
“Bu dünya sevgi sevgi üstədi” – fikrimcə,
İlham Qəhrəmanın sevgi şeirləri bu poetik hava
üstə köklənib.
Təcnis yazmaq da şairdən ustalıq tələb
edir və İlham Qəhrəman bu mənada məharətini
göstərə bilib.
Baxın:
Könül istəyir ki, bir rəssam ola,
Eləcə dağların çəkə
başını.
Əhdim var bir usta yar gələnətən
Gələ bu divarın çəkə
başını.
Məclis tutmayanda heç baş açmadım
Qışı soyuq keçdi, heç baş
açmadım,
Bu işə mat qaldım, heç baş
açmadım,
Kimsə də demədi: - çək e
başını.
“Qəmin eşqi” şeirləri kitabında İlham Qəhrəman
günün reallıqlarını, məftun olduğu təbiətin
gözəlliklərini, ayrı-ayrı insanlara hesn-rəqbətini
əks etdirir. Onun “Şəhid də allah amanatı”,
“Döyüşçü nəğməsi”şeirləri də
bu günün poeziyasında tez-tez səslənən motivlərdir.
“Şəhid Şahhüseynin şeiri”, “Döyüş
adamı” şeirləri də Qarabağ müharibəsinin
poetik notlarıdır.
İlham Qəhrəmanın şeirləri barədə
çox danışmaq olar. Ən əsası odur ki, o, bir
şair kimi artıq böyük poeziya karvanında yol gedir.
Elə bil bu canım söz budağıdır,
Canımda ilhamın durur yuvası.
Yaxşı söz şairi göyə ucaldar,
Yaxşı söz şairin qürur yuvası.
Uğurlar arzulayıram.
Vaqif Yusifli
Ədalət .- 2025.-21 noyabr(¹).- S.11.