Zəfər
tariximizin qəhrəmanı
Mənfur erməni dığaların işğal
etdiyi Qarabağın taleyi Lənkəran rayonu, Göyşaban
kəndində doğulub boya-başa çatan Sənan Nizami
oğlu Ağazadəni çox
düşündürürdü. Bunu heç cür
müdriklər beşiyi, qəhrəmanlar yurdu, canından
artıq sevdiyi doğma Azərbaycanın
qeyrətinə, şöhrətinə
sığışdıra bilmirdi . Odur ki, sinəsini yanar od
edib yağıdan öc almaq məqsədilə 2019-cu il iyulun 22-də hərbi xidmətə
yollanır. Əsgərliyi cəbhə
bölgəsinə düşən
Sənan hərbi paltar geyinib
müqəddəsliyini hər
şeydən əziz bildiyi Vətəninin daşına,
torpağına qurban deyib onun
keşiyində dayanır.
İlk gündən
adına öyündüyü
Azərbaycana nümunəvi
xidmət göstərməklə
hərbi hissədə zabitlərin, əsgərlərin
sevimlisi olur. Cəsurluğu, mərdliyi,
igidliyi, vətənpərvərliyi,
saflığı
qatıldığı təlimlərdə Sənana uğur qazandırır. Həmişə
də deyir ki,
Qarabağımızı işğalda saxlayan yağı düşməndən
tezliklə qisas
alınmalıdır. Bu yolda
ölmək belə hər bir qeyrətli oğul
üçün şərəfdir.
Çünki şəhid qanı axmayan torpaqdan Vətən olmaz.
Nəhayət Sənanın Vətənə olan sonsuz
məhəbbət hissi
İkinci Qarabağ müharibəsində tam özünü
göstərir. 30 il həsrətində
olduğumuz haqq
savaşımızın ilk
günündə Azərbaycan
Silahlı Qüvvələrin əsgəri Sənan
qeyrətli oğullar sırasında ölümün gözünə
dik baxmaqla, Vətənin harayına
səs verir, odlu-alovlu səngərdə yerini alır. İştirak etdiyi
bir-birindən ağır müharibə meydanlardan yalnız qələbə
sorağı gəlir. İgid əsgərin
Vətənə, torpağa bağlılığı sanki döyüşdən-döyüşə
ona yeni güc verir. Erməni dığalarına
qarşı sərraf tuşlayıcı kimi vuruşur, onlara
göz açmağa imkan vermir. Göstərdiyi hünər,
düşmənə vurduğu
sarsıdıcı zərbələr
gündən-günə artır. Cənnət-məkan
Qarabağımızın hər kəndi uğrunda gedən
qanlı müharibədə yağının
çoxsaylı canlı
qüvvəsini, saysız-hesabsız texnikasını məhv
etməklə ürəyində bəslədiyi qisasını ondan ala
bilir.
Sənanın
axırıncı
savaşı dığalarla
oktyabrın 14-də olur.
Füzuli rayonunda başlanan
ağır müharibə meydanında son damla qanına
qədər
döyüşür. Canını Vətəninə,
torpağına fəda edəndə
ömrünün 20-ci baharına qədəm qoymuşdu.
Bəli, milyonların ürəyində öz şərəfli
ölümü ilə mərdlik,
igidlik, simvoluna çevrilən Sənan Ağazadə dövlət tərəfindən “Vətən uğrunda”, “İgidliyə
görə”, “Füzulinin azad olunmasına görə” medallarla təltif edilib.
Zəfər Orucoğlu,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü
Ədalət .- 2025.-21 noyabr(¹).- S.11.