HAVADA  QALAN QOLLAR...

 

Ürəyimdəkiləri kağıza köçürmək cəhdi

 

Illərin axarında əlimi günlük edib baxıram.   baxa-baxa da düşünürəm. Arxada qalan bu illər mənə, çevrəmə nələr verdi məndən, çevrəmdən nələr aldı. Əslində həm mənim özümlə etdiyim sorğu-sualdı. Bu sorğu-sualın  ikinci iştirakçısı da illər, yəni zamandı. Bax, bu zamanın məhəng daşı o qədər ağır, həm dürüstdür ki, onu sallaşıb, çəkib əymək mümkündü, nizamını pozmaq. Deməli, elə mizan-tərəzi anlayışı da heç təsadüfi deyilmiş. Onun da canında-qanında bax elə həmin o zaman daşının hökmü varıymış. Mən həmin o hökmün qarşısında susmağa çalışıram. Çünki başqa bir addımı atmağa, müqavimət göstərməyə gücüm yoxdu, o güc olsa belə axına qarşı üzmək divara baş vurmaqdı. Bunu bir az da çılpaqlasam, deyə bilərəm ki, lap iynə ucu boyda ağlı olan kəs başını divara vurmaz. Təbii ki, dəlidən intihar etmək istəyəndən başqa...

 

, söhbət dəlilikdən düşmüşkən... Bununla bağlı mənim dünya görüşüm Məcnun sayaqdı. Ona görə hərdən özümü lap Məcnundan da Məcnun sayıram. Şair demişkən, özümü yeni əsrin Məcnunu kimi hiss edirəm.

 

bu məcnunluğu da vurğulamaqda məqsədim odur ki, dəliliklə məcnunluğun kökündəki eyniliklə fərqliliyin barəsində  imkan olduqca birlikdə düşünək. Məncə düşünmək heç vaxt gec deyil, ziyanlı da deyil.

 

Əksinə, düşündükcə, qarşında yeni çalarlar, yeni mənzərələr açılır. Həmin mənzərələrin özünün ifadəsi, özünün təqdimatı adamın ruhunu da çəkir, ürəyini çəkir. Bir görürsən ki, qədər yeniliklə üz-üzəsən, baş-başasan. ...

 

Bəli, bütün bu dediklərim təbii ki, zamanın içərisində əriyən ömrün özünün daxilində baş verir. Bunu bir sən bilirsən, bir Allahın bir səni dəli edən, Məcnuna çevirən. Doğrudur, belə bir fikir var ki, iki adamın bildiyi heç vaxt sirr olmur. Ona görə Allahın sənin ikinci şəxsin bildiyi təbii ki, sirr donundan çıxıb sevgi donuna bələnir. yaxud da nifrətə bürünür.

 

Deməli, bütün bu prosesin başvermə proseduru, cərəyan etmə anları da zaman məsələsidi. Bu da yenə zamana, əriyən ömrə hopur. Yekun olaraq belə bir məntiq ortaya çıxır: baş vermişlər, olanlar olacaqlar zamanla ömrü, yəni insanı gah paralelləşdirir, gah qarşı-qarşıya qoyur, gah da yollarını ayırır.

 

, mən ömrün elə nöqtəsindəyəm ki, bu daha çox yol ayrıcını  keçməkdi. Kəsişən yollardan ayrılan yollara olan məsafə həmin o illərin yaddaşındakı ömür payımdı. Adətən payın azlığı, çoxluğu önəmli olmur. Normal insan üçün adının anılması, qapısının döyülməsi, varlığının xatırlanması bütövlükdə diqqət göstərilməsi özü-özlüyündə artıq ən böyük paydı, ən böyük mükafatdı. Bu mükafat da anlayışlı olana kifayət edir. Ona görə :

 

 

 

Sən bir ümid, bir güvən

 

Əllərindən tutmuşam...

 

Sənə sığınan andan -

 

Dünyanı unutmuşam...

 

 

 

Gözümün göz gəzməsi

 

Bəbəkdə közərməsi...

 

Dolaraq gözləməsi -

 

Deyir ki, buludmuşam!..

 

 

 

Ruhum odda, həm buzda

 

Odda  ərimir buz  da...

 

Kipriklərimi   duzda -

 

Isladıb qurutmuşam...

 

 

 

Haqdan halal olanı

 

Sevdim, qəlbə dolanı!..

 

Ömür adlı solanı -

 

Xərcləyib qurtarmışam...

 

 

 

***

 

Heç vaxt kiminsə haqqına göz qoymadım, müdaxilə etmədim, əl uzatmadım. Heç vaxt da Allahımı Allahım qədər sevdiyimi yadımdan çıxarmamışam. Ona görə gördüyüm sayğısızlıq, etinasızlıq, qarşılaşdığım haqsızlıq ən vacibi diqqətsizlik mənə ən ağır yara, ən kəskin xəncər kimi sancılıb həmişə. Onun ağrısını sinirə bilməmişəm, həzm etməyi bacarmamışam. qədər unutmaq istəsəm , meymun kimi həmişə gözümün önündə olubdu. anlamışam ki, yaşadığım bu illərin, doğranan kəsilib üst-üstə yığılan bütün ağrılı hissəsi məhz mənim öz günahlarımdı, mənim hamı kimi ola bilməməyimdi. Təklənmək, təkliyə çəkilmək, özün, Allahın sediyinlə birgə olmaq sən demə bu cəmiyyətin, bu zamanın yemi deyilmiş, ona uyğun gəlmirmiş. Uyğun gəlməyənlər həmişə sıxılır zaman ləpəsi onu sahilə qovur. Mənim üçün indi həmin o uzaq sahillər addım-addım yaxınlaşır. Bəlkə ləpə-ləpə. Qoy bir az poetik olsun.  Bu yerdə mən o ləpələrin pıçıltısına qoşulmaq, o pıçıltının ruhuna uyğun olaraq mən ruhumun səsinə qulaq asıram. Ruhum deyir ki:

 

 

 

Ruhum elə göynəyir

 

Elə bil dağ basılıb...

 

Isa kimi çarmıxdan -

 

Dipdiri sağ asılıb...

 

 

 

Gözlərim qıyılır

 

Əhvalım da sıyılır...

 

Nəsə, nəsə duyulur -

 

Od üstdən yağ asılır...

 

 

 

Qəfil tutuldum,  doldum

 

Sən gəlib-gedən yoldum...

 

Bəylə bostançı oldum -

 

Çiynimdən tağ asılıb...

 

 

 

Ümid bitir içimdən

 

Allandım bu biçimdən...

 

Yatağımın küncündən -

 

Üç arşın asılıb...

 

 Bu şeir ruhun pıçıltısı idi. Onu necə  ifadə etdim, necə araya-ərsəyə gətirdim, heç xəbərim olmadı. Amma bir balaca nəfəsim genəldi. Ona görə ki, "üç arşın " söhbəti həyat gerçəkliyidi. Doğrudur, o bəzən hamıya nəsib olmur. Amma bütün hallarda nəticə eynidi, istəyir zəlzələdən, istəyir vəlvələdən olsun...

 

... Yazının bu məqamında ovqatıma soğan doğrayan bir hal yaşadım. Onu yaddaşın bir küncünə atıram. Qoy qalsın orda... Həyatdı, onsuz da soğansız-sarımsaqsız da keçinmək olmur. Özü indi   virusların    "at  oynatdığı" şəraitdə. Axı bu virus söhbəti çıxanda marketlərdə sarımsağın, zəncəfilin qiyməti kəllə-çarxa qalxmışdı. Indi bir az özünə qayıdıb. Bu "özünəqayıdış" böyüklük demək deyil. Sadəcə, öz yerinə dönməkdi. Bu mənada düşünürəm ki, mənim kimi düşünənlərin özündən çıxıb getməsi yoxdur, biz elə öz yerimzidəyik. Öz yerində olanlar da özünü sevdiyindən artıq Allahını sevir. Çünki onun yerində qayim-qədim edən elə Allahıdır!..

 

bir unutmaq lazım deyil ki, hər şeyin başlanğıcı, sonu olduğu kimi, qaranlığın da aydınlığı, gecənin səhəri var. Çalışıb hər ikisinin havasına öz havanı qata biləsən. Öz simində, öz sazında çalasan havanı. Özgə havasına oynayanın qollarının göydə qaldığını o qədər görmüşəm ki.

 

 

Əbülfət   Mədətoğlu

 

Ədalət.- 2025.- 19 sentyabr (¹35).- S.12.