Xəstəxana divarına simfoniyanı kim yazdı?
Asəf Zeynallının
vəsiyyətini heç
kim yerinə yetirməyib
Azadses.org saytının maraqlı araşdırmaları olur. "Ədalət" qəzeti oxucularının tələbkar olduğunu nəzər alıb belə araşdırmalardan zaman-zaman istifadə edir. Bu dəfə də ənənəmizə sadiq qalıb həmkarımız Sevda İsmayıllının incəsənətimizin nəhəng simalarının sənət gizlinlərindən hazırladığı reportajı diqqətinizə çatdırırıq. Bəyənəcəksiniz.
... Həbsxanada divar yazıları haqqında çox eşitmişəm: kimi təqvim yazıb, kimi etiraflarını, kimi sevdiyi insanların adını, kimi ittihamlarını və s. və i.a.
... Ağac
yarpaqlarına yazanlar da var. Məsələn, baba Müslüm Maqomayev belə yarpaqlarda xanımına məktub yazıb.
... Bağ
evinin divarlarına rəsm çəkənlər
haqqında da eşitmişəm. Səttar
Bəhlulzadə kimi.
O, ürəyini sənət
həmkarı Oqtay Sadıqzadənin bağ evinin divarına "boşaltmışdı". Amma
çox yazıqlar ki, dənizin rütubəti-nəmi, yeli-rüzgarı
həmin rəsmi silib-aparıb.
... Bir suvaqçının böyük
bir otelin divarlarına çəkilmiş
rəsmi qaşıyıb-təmizləməsi
haqqında da eşitmişəm. Otelin adı "Moskva", rəsmin müəllifi Toğrul Nərimanbəyov
olub.
... Ancaq xəstəxana divarına
simfoniya yazıldığını
ağlıma da gətirməz, bəlkə
eşitsəm - inanmazdım!..
Olay bir xəstəxanada
vaqe oldu
Bakı. 1932-ci ilin
oktyabrı. Bir xəstəxanada yatalağa
tutulmuş bəstəkar
yatır. Vur-tut 23 yaşı var, amma yaradıcılığı
ilə ad çıxarmağa
macal tapıb. Skripka və fortepiano üçün "Muğamsayağı"
yazıb. Məxsusi
fortepiano üçün "Çahargah" və
"Durna"nı, "Uçaq"
süitasını bəstələyib.
Ölkənin musiqi tarixinə ilk romansların
müəllifi kimi adını yazdırıb:
"Sual"
"Çadra"
"Seyran"
"Ölkəm".
Əlbəttə, Asəf
Zeynallını tanıdınız.
Cəfər Cabbarlının
sözlərinə yazdığı
"Ölkəm"i kim
eşitməyib ki?!. Elə ölüm yatağında xəstəxana
divarlarına simfoniya yazan da odur!..
Dərbənd. 1909-cu il. 5 aprel
O gün
Asəf Zeynallı dünyaya gəlib. Anası Həspənd xanım yaxşı qarmon çalırmış.
Musiqi, beləcə,
lap körpəlikdən Asəfin
qanına hopub və o, Dərbənddəki
real gimnaziyada oxuyarkən
artıq məktəb
orkestrində klarnet ifaçısı imiş.
Yaşı 11-i haqlayanda
ailəsi Bakıya köçür.
Asəf Zeynallı
ilk Türk Musiqi Məktəbində oxuyub
Bu məktəbin
bir özəlliyi də bilirsiniz nə olub? Oğlanlarla
qızların bir yerdə təhsil alması. Bəs təşəbbüs kimin
olsa yaxşıdır?
- Üzeyir bəyin! İlk Türk Musiqi Məktəbinin müdiri elə Üzeyir Hacıbəyovun
özü olub. Yeniyetmə Asəfin nəzəriyyə müəllimi
də Üzeyir bəy imiş: "Şagirdimin diqqətini türk xalq musiqisi ladlarının əmələ gəlməsinə
və 2 musiqi sistemi (ərəb-fars və Avropa) arasındakı fərqlərə
yönəldirdim" (Asəf
Zeynallının ölümündən
1 il ötəndən
sonra Üzeyir Hacıbəyovun məqaləsindən).
İlk Türk
Musiqi Məktəbində
oxumağı o qədər
adam arzulayıb ki (1-ci il 500 adam burada təhsil
almağa iddia edib), həmin məktəbi texnikuma çevirmək lazım gəlib. Asəf buranı uğurla bitirir və konservatoriyaya daxil olur.
Alt mərtəbə texnikum,
üstdə konservatoriya
Konservatoriya indi Asəf Zeynallının adını daşıyan
məktəbin 2-ci mərtəbəsində
yerləşirmiş. O, bu
mərtəbədə oxuyur,
alt mərtəbədə dərs
deyirmiş.
Asəf Zeynallının
hansı tələbələri
olub?
Həmən cavablayaq:
Qara Qarayev, Tofiq Quliyev, Cövdət Hacıyev!.. Konservatoriyada oxuya-oxuya Asəfi Türk İşçi Teatrının
musiqi rəhbəri təyin ediblər. Orada müxtəlif tamaşalara musiqi yazıb. Azərbaycan Proletar Musiqiçiləri
Cəmiyyətinə (ada
baxın, e!) sədr də seçilib. "İbtidai Not Savadı"
kitabının da 3 müəllifindən biri olub.
1932-ci ildə "Bakı
simfoniyası" yazmaq
istəyir
O dönəmlər
"Böyük Oktyabr"ın
15 illiyinə hazırlıq
gedirmiş. Sənət
adamlarından bu yubileyə, təbii ki, "töhfə" umurlarmış. Asəf Zeynallı da bir simfoniya yazacağını
söylər, hətta
adını da deyərmiş: "Bakı
simfoniyası"nı yazacağam.
... Sən
saydığını say, talenin başqa hesabları varmış.
1932-ci ilin yayında
"El mahnıları"nı toplamaq üçün bölgələrə səfərlər
təşkil edilir. Bu
işə Asəfin məktəb dostu Bülbül başçılıq
edir (Bülbülün
"Ölkəm"i nədən
elə oxuduğunun bir səbəbi də bu deyilmi?):
"Asəf, gedək
Qarabağa, oradakı
mahnıları toplayıb
gətirək, nota alaq".
Asəf razılaşır.
Şuşada Xan əmiylə rastlaşırlar.
Xan Şuşinskinin
"
Asəf Zeynallı
niyə müalicə
olunmayıb?
Deyirəm, mütləq
araşdırmaq lazımdı.
Axı, yatalaq xəstələrini sağaldırdılar.
Axı, bu, mümkün idi. Asəf Zeynallı niyə öldü? Bəlkə onu başlı-başına buraxıblar?
Bəlkə özü
xəstəliyinə ciddi
yanaşmayıb? Bəs
dostlar, yoldaşlar, qohum-əqrəba? Bu suallar
cavabsız qalıb və qalır. Bir gerçək var ki, 1932-ci ilin oktyabrında Bakıda xəstəxanada
yatan Asəf son günlərini yaşayırmış.
Və... hər dəfə xəstə Asəfi yoluxmağa gələn qardaşı
onun divara nə isə yazdığını görürmüş.
Nə yazırmış?
Bu sirr ölüm
günü açıla
bilərdi
Asəf Zeynallı
ölüm günü
qardaşına deyir:
"Bu, mənim simfoniyamdır.
Öləcəyimi bilirəm.
O əsəri divardan kağıza köçürün,
qoymayın elə divarda qalsın"... Söhbət bəlkə də "Bakı simfoniyası"ndan gedirmiş...
... Onun vəsiyyətini heç kim yerinə yetirmir. Niyəsi bilinmir. Heç nə yazılmayıb, heç nə deyilməyib, heç nə araşdırılmayıb.
Biganəlik daha bir qəsdə, daha bir unutqanlığa
imkan verib. Tamam başqa görkəmli şəxslərə,
tamam başqa önəmli olaylara tamam başqa dönəmlərdə göz
yumduğu və qulaq qapatdığı kimi...
Asəf Zeynallı
100 yaşına çatdı!
Bu 100 yaşın,
vur-tut 23-nü özü
yaşadı. Və düz 77 ildir "xəstəxana divarına
yazılan simfoniya"nın
sirri elə sirr olaraq qalır.
O divar yazısı necə oldu? Bəlkə bilən, bəlkə kimdən nəsə eşidən və bu sirrə
işıq salan kimsə tapıldı? Görəsən, "Bakı
simfoniyası" da
"Ölkəm" kimi
yayılıb-seviləcəkdimi?
Ədalət.- 2009.- 7 aprel.- S. 8.