Göytəpə - göy təpəliklər şəhəri

 

Yerli sakinlərin, ağsaqqalların, ziyalıların dediyinə görə bu yerin - Cəlilabad rayonunun Göytəpə şəhərinin - ilk adı "Sibilcan" yaylağı olub. Çox gözəl təbiəti, ormanları, meşələri, hündür təpələri olduğu üçün sonra bura "Göytəpə" adlanıb. Çar Rusiyasının Volqaboyu vilayətindən 1840- ildə Göytəpəyə köçürülən kəndlilər çoxluq təşkil etdiyindən digər səbəblərdən bu yerin adı "Prişib" kimi rəsmiləşib. Yerli sakinlərlə çox tez ünsiyyət quran ruslar ötən əsrin sonlarına qədər burda yaşayıb Cəlilabaddakı digər rus kəndləri ilə sıx əlaqə yaradıblar. İndi onlardan cəmi bir neçə ailə qalıb, çoxu da qocalardır. Bura öyrəndiklərindən harasa getmək haqqında heç fikirləşmirlər . "Prişib" 1967-ci ildə şəhər statusu alıb. Azərbaycan müstəqillik qazanandan sonra isə "Prişib" yenidən "Göytəpə" adlanıb. İndi burda sakinlərin sayı 13558 nəfərdir.

 

"Prişib" necə yaranıb?

 

Hələ yaşlıların uzun müddət "Prişib" deyəcəkləri bu adın necə yaranması barədə müxtəlif mülahizələr var. Bir qisim cəlilabadlıların dediyinə görə bu ad "prişlis" sözündən yaranıb. Guya bir qədər sonra bura gələn ruslara digər soydaşları narazılıq edərək "prişlis..." deyərək rişxəndlə müraciət ediblər.  

Digər versiyaya, mülahizəyə görə strateji əhəmiyyəti böyük olan Rusların dayanacaqları sayılan bu yer kazak dəstələrindən birinin başçısı Pristan Şilovun daimi nəzarətində olduğundan bura onun adına uyğunlaşdırılaraq "Prişib" adlanıb. Fakt odur ki, 1840-cı ildən 1993-cü ilə qədər bu yer "Prişib" adlanaraq müxtəlif vaxtlarda Biləsuvarın, Cəlilabadın ərazilərinə daxil edilib.

 

"Lap yaxşı yaşayırdıq..."

 

Əsasən əkinçilik maldarlıqla məşğul olan göytəpəlilər özləri demiş "zirəng" camaatdı. Həmişə zəhmətlə məşğul olduqlarından pis yaşamayıblar. Mal-qaraları, əkin-tikinləri, sosial-məişət qayğılarına çox böyük dəstək olub. Əksəriyyətinin kartof əkdikləri sahələrdə indi qızğın gedir. Ancaq ötən il o qədər yaxşı qazanc əldə edə bilmədiklərindən bir qədər həvəssizdirlər. Ona görə indi kişilərin xeylisi "taksavatlıq" edir. Bir vaxtlar cəmi bir neçə adamın dayanacaq yeri olan Göytəpə şəhər bazarında sıxlıqdır. Əsasən xırdavat satılan bu "bazar" "Niyaməddinin bazarı" kimi tanınır. Yaz səhəri olmasına baxmayaraq soyuqdan titrəyən satıcı, özünü Namiq kimi təqdim edən orta yaşlı bir kişi bunu dedi: - "Məcbur olub üz tutduğumuz bu bazarda özümüz-özümüzü aldadırıq. Dürüst hesablayanda elə qazandığımız burda qalır. Qışda buz kimi, yayda təndir olan bazar bizlik deyil. Lap yaxşı yaşayırdıq, ancaq son vaxtlar bir az çətinləşib. Daha şəhərə əvvəlki kimi pay-püş göndərə bilmirik..."

 

Texniki peşə məktəbində dərs?

 

Bu ilin ilk 3 ayında elə bir ciddi asayişi pozulmayan Göytəpə şəhərinin səliqəli küçələrini gəzib burdakı 1 2 saylı orta, 3 saylı natamam orta məktəbdə olandan sonra maraq üçün texniki peşə məktəbinə yollandıq. Şəhərdən bir qədər aralıda, yaşıllıqlar qoynunda yerləşən Mirəjdər Mürsəlov adına texniki peşə məktəbinin direktor müavini İsrafil Bayramov bir qədər narazılıqla: " olar, gəzək deyirsiniz, gəzək" deyərək bizi sinif otaqlarına aparır. Ən azı 12-13 nəfər şagirdin iştirak etdiyi müxtəlif sinif otaqlarına baş çəkəndən sonra bizi öz otağına dəvət elədi. Məktəbin işi uğurları barədə ağız dolusu danışdı, sonra əlavə elədi: " Qaldı səhərdən gözdən qoymadığınız odun sobalarına, onun günahı bizdə deyil. Mavi qazdan istifadə etməyə icazə vermədiklərindən məcburuq digər vasitələrə əl ataq. Soyuq otaqlarda kim oturar?."

 

Bura da uşaq xəstəxanasıdır

 

Həyətində xeyli insan maşın olan kiçik tikililərə çatanda üzərində "Göytəpə uşaq xəstəxanası" olan lövhə ilə rastlaşdıq. Doğrudan xeyli qələbəlik olan həyətə daxil olanda hər hansı bədbəxt hadisə ilə qarşılaşacağımızı zənn etmişdik. Ancaq qucaqlarında körpə olan qadınların sakitcə ora-bura baş çəkmələri bizi bir qədər rahatladı. Xəstəxananın əsas korpusunda isə körpə səsindən durmaq olmurdu. Elə bil bütün Göytəpə qadınları sözləşib bir gündə xəstəxanaya gəlmişdilər. Deyəsən xəstəxananın şöbə müdiri Saleh Əliyev yaxşı həkimdir axı. Yoxsa adı yazılmış otağın qarşısında bu qədər uşaqlı qadın dayanmaz. 5-6 aylıq körpəni müayinə edə-edə atüstü söhbət edirik: " Son vaxtlar xəstələrimizin sayı çoxalıb, bunun da bir sıra səbəblər var. Həm yazdı, həm bir qədər soyuq. Əlavə edək ki, təsərrüfat işlərinin qızğın vaxtıdır, qadınlar uşaqlarına o qədər vaxt ayıra bilmir. Ona görə işlərimiz belə çoxdur. "

 

Stadion insanlara xidmət etməlidir

 

İdman, iş-güc sağlamlığın rəhnidir, meyarıdır. Bu sözləri, fikirləri deyənlər çox gözəl, çox dolğun nəticəyə gəliblər. Hər bir insanın həyat təcrübəsi bu həqiqətləri dönə-dönə sübut edib.   

Jurnalist olduğumuzu bilən bir neçə gənc bizi əhatəyə aldı: "Bir bizim şəhər stadionuna da baş çəkin, bəlkə köməyiniz dəydi..."  

Şəhər mərkəzindən o qədər uzaq olmayan stadion dörd tərəfdən hasara alındığından ... dəmir qapısı bağlı olduğundan yaşıllıqlar qoynunda "üzürdü". Bir qədər bəsit olmasına baxmayaraq yaşıl örtük sarıdan dünyanın ən böyük, ən gözəl stadionundan geridə qalmazdı. Məlum oldu ki, şəhər bələdiyyəsinin nəzdində olan bu stadion demək olar ki, həmişə belə bağlı olub. Şəhərin idman tədbirlərində burdan istifadə edilmir. İdmanla məşğul olmaq istəyənlər bura daxil ola bilmirlər, çünki dəmir qapı həmişə zəncirlə beləcə bağlı olur.

Bəs onda stadionu nəyə kimə lazımdır?

 

Yeraltı yolu olan rus kilsəsi

 

Qəribədir təqdirəlayiqdir ki, islamçılığın daha çox əməl olunduğu, qorunduğu cənub bölgəsində - Göytəpə şəhərində 1878-ci ildə inşa edilmiş rus kilsəsi hələ qalmaqdadır. Turizm nazirliyi tərəfindən qorunan, 4177 saylı inventarla rəsmi qeydiyyata alınan bu tarixi abidə öz görkəmini hələ itirməyib. Dindar insanlar tərəfindən istifadə olunmadığı üçün Göytəpə şəhər mədəniyyət evi elə bu kilsənin birinci mərtəbəsində yerləşdirilib. Bu işin bir yaxşı cəhəti odur ki, mədəniyyət işçiləri tərəfindən bu kilsə daim nəzarətdə olmaqla daim qorunur. Divarlarının qalınlığı 1 metrə yaxın olan kilsənin bir neçə kiçik otaqları da var. Mədəniyyət evinin müdiri Sədrəddin Rzayev alt mərtəbədəki kiçik otaqlardan birinin taxta döşəməsini göstərib dedi: "Bax bu taxta döşəmədəki kiçik qapını qaldırdıqdan sonra dar, ancaq hörülmüş yeraltı yol başlayır. Bu yeraltı yolla kilsənin keşişi yaxınlıqdakı evinə gedirmiş. Sonralar uzun müddət istifadə olunmadığı üçün yeraltı yol uçulub-tökülüb. Buna görə bu yolu torpaqla doldurublar. Ancaq kilsənin özü lazımınca qorunur, bir görürsən yol keçən qonaqlar, turistlər bura gəlib şəkil çəkdirirlər. Sevinirlər ki, burda hələ rus kilsəsi qalmaqdadır."

... Göytəpə şəhərinin hündür minarələri böyük məscidindən əzəmətli azan səsi eşidilir. Deməli günortadır, vaxtın necə ötdüyü hiss edilməyib...

   

 

Səxavət Məmmədli

 

Ədalət.- 2009.- 8 aprel.- S. 6.