MUĞAM MÜSABİQƏSİNƏ
NİYƏ KÖLGƏ SALIRIQ?
Gəlin etiraf edək ki, Azərbaycan muğamları son 20-30 ildə
az qala yaddan
çıxmış, unudulmuş,
gözdən-könüldən
Bunlar bu gün də var. Hələ bir xeyli də olacaqdı,
amma...
Amma muğam
unudulurdu. Az qala qocaman sənətkarlarımız
kimi muğam da yavaş-yavaş uzaqlaşırdı bizdən.
Çünki biz toylara
qocaman xanəndələri,
sənətkarları deyil,
şou əhlini dəvət edirdik, televiziyalarımız da onun kimi. Az-maz
Dövlət Radiosunda
istirahət günləri
yarım saatlıq muğam səsləndirilirdi.
Ona da ki,
qulaq asan bəlli idi. Bax belə bir
məqamda sanki muğamın xilaskarı gəldi dünyaya. Və bu xilaskar
da Heydər Əliyev Fondunun prezidenti, millət vəkili, İSESKO-nun və
YUNESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyeva oldu. Məhz onun qayğısı ilə muğam özünün ikinci ömrünü qazandı.
Min illikləri keçib
gələn muğamlarımız
sanki bizim üçün yenidən
doğuldu.
Azərbaycanın əksər
telekanallarında, efir
məkanlarında, musiqi
ocaqlarında muğam
üçün qapı-pəncərələr
taybatay açıldı.
Ölkədə muğam
yarışması keçirildi.
Qaliblər dəyərli
münsiflər tərəfindən
mükafatlandırıldı. Onlara hətta dövlət qayğısı
da göstərildi. Muğam Evi tikildi və bu gün paytaxtımızın
ən gözəl guşələrindən birini
məhzt həmin Ev bəzəyir. Bütün bunlarla yanaşı, muğamın
dünya şöhrətini
özünə qaytarmaq
üçün Beynəlxalq
Muğam Festivalı keçirmək təşəbbüsü
ortaya çıxdı.
Və beləcə Beynəlxalq I Muğam Festivalı Azərbaycan paytaxtında keçirildi.
Bəllidir ki, dünyanın 10-dan artıq
ölkəsinin təmsil
olunduğu bu müsabiqə artıq başa çatıb. Qaliblər də məlumdur, mükafatçılar
da. Amma, necə deyərlər,
"toy olub qurtarıb
toyun davası isə hələ də davam edir".
Özü də bu "davanı", bu qalmaqalı yaradan insanlar arasında xalqın böyük dəyər verdiyi, sənətinə,
istedadına hörmət
etdiyi sənətçilər
də var. Mən hətta deyərdim ki, onların sırasında həqiqətən
Azərbaycanın musiqi
tarixində qalacaq sənət adamları da az deyil.
Lakin...
Qəribə burasıdır
ki, bu qədər
nüfuzlu bir tədbirə, özü də ölkənin əlaqədar nazirliklərinin,
məsul şəxslərinin
bilavasitə xeyir-duası
ilə, dəstəyi
ilə keçirilən
bu tədbirə dodaq büzmək, kölgə salmaq nədənsə bu iddiada olanların heç tüklərini də tərpətmir. Düşünmürlər ki,
burda söhbət təkcə kimlərin qalib olmasından yox, Azərbaycanın adından, yəni onun imicindən, Heydər Əliyev Fondunun prezidentindən, onun xidmətlərindən
gedir. Belə olduğu halda, mətbuata ağlına gələn hər cür açıqlama verən insanlar niyə məsuliyyət hisslərini itiriblər? Axı, biz hamımız bu torpağın övladlarıyıq və
hansı bölgədə
doğulmağımızdan asılı olmayaraq hamımız da bu torpaq üçün,
Azərbaycan üçün
xidmət etməliyik.
Ötən həftənin
qəzetlərinin birində
müsahibə verən
tanınmış kaman
ustası Habil Əliyev elə məqamlara toxunub ki, istər-istəməz adamın əsəbləri
tarıma çəkilir.
Başa düşmək
olmur ki, qarabağlılar, ağdamlılar
hansı günahın
sahibidi? Bilmək olmur ki, onlara
bu səsi verən İlahi niyə onlara qarşı bu qədər qəzəbli,
daxilləri nifrətlə
dolu insanları da yaradıbdı. Axı, bütün Azərbaycan bilir ki, Arif Babayev
kimdi, Məsum İbrahimov kimdi. Onların mənim müdafiəmə ehtiyacı
yoxdu. Və bütün Azərbaycan onu da bilir
ki, həmin Beynəlxalq müsabiqənin
münsiflər heyətinin
üzvləri arasında
əyləşənlərdən heç də hamısı ağdamlı
deyil. Orda iranlı da vardı, italyan da, çinli də və hələ başqaları
da. Azərbaycanı təmsil edənlərin içərisində ölkənin
müxtəlif regionlarının
nümayəndələri yer
almışdılar. Belə
olan halda nədən Habil Əliyev Təyyarın halal haqqına kölgə salır? Onun guya yerliçiliklə
mükafata layiq görüldüyünü bildirir.
Başa düşmək
olmur ki, bu mükafat təkcə Təyyara yox, Azərbaycan muğamına verilib. O da başa düşülmür
ki, axı, münsiflər heyətinin
üzvlərini ağdamlılar,
qarabağlılar seçməyiblər.
Nəyə görə
Habil Əliyev yaşının bu çağında haqsız
iddialarda bulunur? İndi biz neyləyək ki, Təyyar Ağdaşda doğulmayıb?
Ağdaş olmasın,
Ağdam olsun. Burda söhbət cəmi yazılışdakı
bir hərfdən gedir, "m" olmasın
"ş" olsun. Nə
fərqi var ki?! Məgər bunların hər ikisi Azərbaycan deyil?
İndi məni
də qınayacaqlar ki, qarabağlısan, ona görə də bu cür
müdafiəyə qalxmısan.
Əstəğfürullah, söhbət Qarabağdan getmir. Bəli, mən Qarabağdanam. Evimi də, eşiyimi də itirmişəm. Bir Allahın verdiyi qələmdən başqa
heç nəyim yoxdu. Təyyarın da səsi var. Alın, mən qələmimi verirəm,
o da səsini. Amma parçalamayın bu Azərbaycanı. Barı, Qarabağ probleminin bizlərin canını boğazına
yığdığı bir
vaxtda ölkə rəhbərliyinin bu istiqamətdə gördüyü
işlərin reallaşdığı
bir ərəfədə
buraxın yaxasını
yerliçiliyin. Əl
çəkin muğamın
bilicilərinin, yaşadanlarının
yaxasından. Axı, nə qədər olar?..
Bəli, heç gözlənilmədiyi bir halda ölkənin birinci xanımının, millət vəkilinin həyata qaytardığı muğamın ikinci nəfəsində onun beynəlxalq aləmə ayaq açdığı bir məqamda qəsdən bu qalmaqalları törədənlər, muğam biliciləri arasına nifaq salanlar, görünür, çox usta tərpənməyə çalışırlar, amma alınmayacaq. Çünki muğama elə bir yerdən dəstək verilib ki, onu yolundan döndərmək mümkün deyil. Mənim bir tövsiyəm var, hər kimin qəlbində azacıq muğam sevgisi varsa, imkan verməsin onun üzərinə kölgə salınsın. Axı, muğam elə bizim özümüzlə yaşıddı. Onu yaşatmaq da illərin borcudu.
Əbülfət MƏDƏTOĞLU
Ədalət.- 2009.- 8 aprel.- S. 6.