Çankayada Qarabağ söhbətləri

 

"Azərbaycan sadəcə Türkiyənin qardaşı deyil, eyni zamanda ABŞ-ın mövqeyi baxımından Qafqazın sabitlik enerji mənbələri strategiyasının önəmli elementidir"

 

Barak Obamanın Amerika prezidenti vəzifəsində, ilk dəfə olaraq, əhalisinin əksəriyyətini müsəlmanlar təşkil edən ölkəyə - Türkiyəyə səfəri bu gün sona çatır.   

Artıq səfərlə bağlı xeyli ajiotaj meydana gəlib. BBCC-nin Türkiyədəki müxbirinin məlumatına görə, prezident Obamanın səfəri rəsmi Vaşinqtonun özünün mühüm müttəfiqi ilə əlaqələri düzəltmək cəhdi kimi yozulur. "Türkiyə bölgədə mühüm təsirə malikdir. Ankara Birləşmiş Ştatlara Əfqanıstan məsələsində, eləcə İranla münasibətləri düzəltməyə kömək edə bilər" - deyə bildirilir. Srağagün Türkiyə parlamenti qarşısında çıxış edərək Barak Obama bildirib ki, Birləşmiş Ştatlar islam dünyasına qarşı müharibə aparmır. Obama Amerika ilə İslam dünyası arasında daha geniş dialoqa çağıış edərək yalnız bu yolla "Əl-Qaidəə"ni məğlub etməyin mümkünlüyünü bildirib. Prezident Obamadan onun Osmanlı Türkiyə dövründə ermənilərin kütləvi qətliamına münasibətini dəyişib-dəyişmədiyini soruşublar: "Mənim baxışlarım qeydə alınıb dəyişməyib. Prezident Gülün iştirakı ilə danışıqların bir neçə dövrəsi keçirilib. Türkiyə ilə Ermənistan arasında uzun müddət ərzində yığılıb qalan məsələlərlə bağlı proses davam edir. Mən sürətlə gedən öz bəhrəsini tez verə biləcək bu danışıqların həvəsləndirilməsi üçün əlimdən gələni etməyə hazıram". Türkiyə Milli Məclisində çıxış edərək Barak Obama Türkiyə ilə Ermənistan münasibətlərinə, Dağlıq Qarabağ probleminə toxunub. O, məsələnin nizamlanmasında Türkiyənin konstruktiv rol oynaya biləcəyini qeyd etdi: "Biz artıq Türkiyə ilə Ermənistan liderlərinin atdığı tarixi cəsarətli addımın şahidi olduq. Bu təmaslar yeni başlanğıc vəd edir. Sərhədlərin açılması Türkiyə Ermənistan xalqlarını dinc firavan qonşuluğa gətirəcək bu, hər iki xalqa xidmət edəcək. Odur ki, mən istəyirəm ki, siz biləsiniz ki, Birləşmiş Ştatlar Türkiyə ilə Ermənistan arasında münasibətlərin tan normallaşmasının tərəfdarıdır. Bunun naminə çalışmağa dəyər. Türkiyyə bölgədə yeganə ölkə olar ki, bütün Cənubi Qafqaz ölkələri ilə normal dinc münasibətləri olar. bu sülhü inkişaf etdirmək üçün siz artıq uzun çəkən Qarabağ münaqişəsinin həlli cəhdlərində konstruktiv rol oynaya bilərsiniz". Barak Obamanın çıxışını şərh edən Türkiyə prezidenti Abdulla Gül isə bildirib ki, 1915-ci ilin hadisələri tarixi olay olduğu üçün elə tarixçilər tərəfindən araşdırılmalıdır. Onun sözlərinə görə, Türkiyə bu məsələ ilə bağlı maraqlı olan tərəfləri dialoqa dəvət edib.  

"Çözülməmiş tarix ağır yükdür. Hər bir ölkə öz keçmişini dəyərləndirməlidir. Keçmişi yenidən dəyərləndirmə daha yaxşı gələcək əldə etmək imkanı verir. Mən bilirəm ki, burada 1915-ci ilin dəhşətli hadisələri barədə güclü rəy var. Mənim məsələyə baxışlarımla bağlı çoxlu şərhlər verilsə , bu, əslində Türk ermənilərin keçmişlə necə davranmaları haqqındadır. Türkiyə Ermənistan xalqı üçün ən yaxşı yol keçmişə vicdanlı, açıq konstruktiv baxışdan keçir".   

Barak Obama Dağlıq Qarabağ münaqişəsinin çözümündə Türkiyənin rolu barədə danışıb: "Türkiyənin Cənubi Qafqazın bütün ölkələri ilə normal sülh münasibətlərində olan yeganə ölkə olması Türkiyə rəhbərliyinin səyləridir. Bu sülhü daha da irəli aparmaq üçün siz həddindən artıq uzun müddətdir davam edən Dağlıq Qarabağ münaqişəsinin həllinə kömək etməklə vacib rol oynaya bilərsiniz".   

Barak Obama PKK- terrorçu qurum adlandırmaqdan da çəkinməyib: "İraq, Türkiyə Birləşmiş Ştatlar terror təhlükəsi ilə qarşılaşıb. Buraya iraqlıları parçalayıb onların ölkəsini məhv etməyə çalışan "Əl Qaidə" təşkilatı daxildir. Buraya o cümlədən PKK da daxildir. Heç bir ölkəyə qarşı terrora haqq qazandırmaq olmaz. Prezident NATO-dakı müttəfiq kimi mən söz verirəm ki, siz PKK-nın terror əməllərinə qarşı bizim dəstəyimizi alacaqsınız. Bu səylər Türkiyənin İraq hökuməti, İraqın kürd liderləri ilə əlaqə qurmaq istiqamətində işin davam etdirilməsi, eləcə Türkiyə kürdləri üçün əlavə imkanların, təhsilin yaradılması istiqamətində artıq görülən işlərin davamı ilə gücləndirilə bilər".  

Türkiyə prezidenti Abdulla Gül amerikalı həmkarı Barak Obama ilə görüşdə Azərbaycanın önəmindən danışıb. Bu məlumat "Milliyyet" qəzetinin Türkiyə hakimiyyətinə yaxınlığı, Azərbaycana isti münasibəti ilə seçilən köşə yazarı Taha Akyolun dünənki yazısında yer alıb. T.Akyol qeyd edib ki, Çankaya köşkündəki görüşdə Gül Azərbaycanın Türkiyə üçün önəmini Obamaya belə izah edib: "Azərbaycan sadəcə Türkiyənin qardaşı deyil, eyni zamanda ABŞ-ın mövqeyi baxımından Qafqazın sabitlik enerji mənbələri strategiyasının önəmli elementidir. Qarabağ probleminin həllində qaneedici irəliləyişlər olmadan Ermənistanla münasibətlərimizdə sürətli irəliləmələrin olması çox çətindir". T.Akyolun yazdığına görə, ABŞ lideri ilə görüşlərdə iştirak edən bir diplomat Türkiyə-Ermənistan məsələsinin çox qarışıq olduğunu Obamanın Azərbaycanın strateji önəmini gördüyünü vurğulayıb: "Obamanın parlamentdəki çıxışında Qarabağ problemini görməzliyə vurmayıb dilə gətirməsi Ankarada pozitiv məqam kimi qeyd edildi".   

"Milliyyet" yazarı bu qarışıq uzun prosesdə iki məsələnin önəmli olduğunu vurğulayıb: "Birincisi, təktərəfli problemlər böyük mənafelərimizə zərər verməməlidir, ikincisi, Qarabağ məsələsinin həlli üçün ABŞ Ermənistana təzyiq edərsə, həm Qafqazda sabitlik, həm Türkiyə-Ermənistan münasibətlərinin inkişafı daha asan olar".

  

  

Səbuhi

 

Ədalət.- 2009.- 8 aprel.- S. 4.