BİR MİLLƏT, İKİ AYRI DÖVLƏT

 

Türkiyə Ermənistanla sərhədləri açacaq?!

 

Allah Ulu Öndərimiz Heydər Əliyevə qəni-qəni rəhmət eləsin. O, bütün dünyada yaşayan türklərin bir millət olmasını bildirsə , onların başqa-başqa dövlətlərdə yaşamasını xüsusi vurğulayıb. Çünki dünya siyasətçilərinin öncüllərindən olan Ümummilli Liderimiz dövlətlərin onlara ayrı-ayrı vaxtlarda rəhbərlik edənlərin apara biləcəyi fərqli siyasətin vaxtlarsa milli dəyərlərdən üstün tutulacağını bilirdi. Ona görə o, müstəqilliyini yenicə bərpa etmiş respublikamızın heç bir dövlətdən asılı olmayaraq qüdrətli bir ölkəyə çevrilməsi üçün çalışmağı üstün tutdu.   

Hələ Sovetlər Birliyi dönəmində ittifaq respublikaları içərisində iqtisadi potensialı və əlverişli coğrafi mövqeyə malik olması Azərbaycan Respublikasına imkan verirdi ki, ağıllı və düşünülmüş siyasət aparmaqla az müddət ərzində regionun lider ölkəsinə çevrilə bilsin. Elə müstəqilliyimizin bərpa olunduğu ilk illərdən ölkəmizdə həm xarici , həm də daxili qüvvələrin müdaxiləsi ilə yaranmış xaosun, özbaşınalığın aradan qaldırılması üçün xalqın çağırışı və dəstəyi ilə yenidən hakimiyyətə qayıdan Ümummilli Liderimiz uzun illər boyu qazandığı siyasi təcrübəsi hesabına az müddət ərzində stabil siyasi vəziyyət yaratmağa və iqtisadi inkişafın təməlinin qoyulmasına nail ola bildi.   

Ötən illər ərzində Heydər Əliyev siyasi-iqtisadi kursunun müvəffəqiyyətlə davam etdirilməsi nəticəsində böyük nailiyyətlər əldə edildi. Görülən işlər göz qabağındadır. Suverenliyimizin qorunması üçün müasir standartlara cavab verə biləcək Milli Ordumuzun formalaşdırılması bütün dünyanın da etiraf etdiyi iqtisadi inkişafa nail olunması, ölkəmizi ən kritik vəziyyətlərdə sınaqdan çıxara biləcək Ehtiyat Fondunun yaradılması, təkcə paytaxtda yox, həmçinin əyalətlərdə də xalqın firavan yaşaması üçün abadlıq işlərinin aparılması bizə imkan verir ki, bu gün heç kimdən heç bir dövlətdən asılı olmadan yaşaya bilək.  

Təbii ki, müasir dünyanın hazırki tələblərinə uyğun olaraq qapalı yaşaya bilmərik. Yaxın qonşularımızla bizə yaxın ola biləcək digər dünya dövlətləri ilə qarşılıqlı bərabərhüquqlu münasibətlər qurmaqda həmişə maraqlıyıq buna hazırıq. Lakin bu o demək deyil ki, isti münasibət qurduğumuz kimlərsə bundan istifadə edərək bizim suverenliyimizlə, hissiyyatlarımızla oynamaq imkanı qazana bilər biz bunu sakit qarşılayacağıg .  

Son vaxtlar qardaş saydığımız və yenə də qardaş bildiyimiz Türkiyə Cümhuriyyətinin hakimiyyətdə olan rəhbərlərinin ərazilərimizi hələ də işğal altında saxlamaqda davam edən Ermənistanla sıx əlaqələr yaratması və bu yaxınlarda hətta sərhədlərinin açılması barədə gedən söz-söhbətlərə mətbuatın səhifələrində geniş yer almaqdadır. Bu təbii ki, vətəndaşlarımızı narahat edir. Əslində rəsmi olmasa da, qeyri-rəsmi olaraq bəzi türk dairələrinin Ermənistanla əlaqələri elə əvvəldən var idi. Ara-sıra mətbuatda İran Gürcüstan vasitəsilə yüzlərlə Türkiyənin yük daşıyan araclarının Ermənistana keçməsi barədə məlumatlar da yayılırdı. Heç o vaxtlar da buna o qədər önəm vermirdik, indi bu əlaqələrin dövlət səviyyəsində rəsmiləşdirilməsi bizim üçün çox da önəm daşımayacaq.   

Azərbaycan dövləti müstəqildir siyasi kursunu özü müəyyənləşdirir. Bu günlərdə keçirilən ölkənin Təhlükəsizlik Şurasının yığıncağında möhtərəm prezidentimiz İlham Əliyev xüsusilə vurğuladı ki, yarana biləcək hər bir vəziyyətlə bağlı müvafiq qərarlar qəbul etmək iqtidarındayıq. Yəni bu gün Türkiyədə onun ətrafında Ermənistanla bağlı baş verə biləcək hadisələr bizi narahat etmir etməməlidir . Sadəcə olaraq bizim vətəndaşları narahat edən başqa məsələlərdir. Bir dövlət yox, bir millət olduğumuz üçün bizi narahat edən Türkiyə Cümhuriyyətinin hazırki dövlət rəhbərlərinin türkün əbədi düşməni olan erməniyə yenidən qucaq açmasıdır. Uzun illər ermənilərə açdığımız geniş qucaqların bəhrəsini 20-ci yüzillikdə bir neçə dəfə gördük. Elə Türkiyə Respublikasının vətəndaşları da gördülər. bunları görə-görə Qərbin qucağına sığınmaq naminə Ərdoğan-Gül hakimiyyətinin yenidən düşmənlərə qucaqlarını açması sadəcə olaraq bizləri təəssüfləndirə bilər.   

qazanacaqsınız? Avropa Birliyinə qəbul olunacağınızımı gözləyirsiniz? Sizi orda gözləyən yoxdur. Çünki siz onlardan deyilsiniz. Yoxsa Barak Hüseyn Obamanın sizlərə verdiyi boş vədlərə inanırsınız? Yaxın qonşularınız o vədlərin bəhrəsini hələ "dadırlar". Heç olmasa "gözləri çıxan" qonşularınızdan yararlanın. O vədlərin hamısı yalandır hiylədir. Elə ən yüksək tribunanızdan Obama bildirdi ki, erməni soyqırımı ilə bağlı fikirlərini heç bir halda dəyişməyəcək. Bu isə o deməkdir ki, ABŞ-ın rəsmi mövqeyi bu məsələ ilə bağlı dəyişməz olaraq qalacaq.  

Verilən məlumatlara görə, bu ayın ortalarında, yəni 16-17 aprel tarixində sərhədlərin açıldığını rəsmi elan edəcəksiniz. Çox yaxşı, bu sizin daxili siyasətiniz daxili işinizdi. Özünüz bilərsiniz, amma heç bir həftə keçməmiş 24 aprel tarixində elə İstanbul küçələrində "genosid" gününün ermənilər tərəfindən keçirilməsinin şahidi olacaqsınız. Yəqin ki, "ermənisevər" "türklər" , başda Ərdoğan-Gül cütlüyü olmaqla, onların bu "hüzn" mərasimini dərin hüznlə özünüz demiş, kutlayacaqlar. Hələ üstəlik Hüseyn müəllim Türkiyədə "demokratiyanın" aşıb-daşdığını vurğulamaqla erməni soyqırımının ABŞ tərəfindən rəsmi tanınmasını bəyan edəcək.   

Bütün bunları görməmək üçün narahatlıq keçiririk, türkiyəli arkadaşlarımız. Yoxsa düşünməyin ki, bizim sizdən başqa təmənnalarımız var. Onsuz da Qarabağ savaşında da faktiki olaraq kənarda dayanmışdınız. Bundan sonra da elə kənarda dayanacaqsınız. Elə o savaşda olduğu kimi bu dəfə Avropanın heç vaxt oxumayacağı lazımsız bəyanatlarınızı verməklə "qardaşlıq" borcunuzu yerinə yetirmiş olacaqsınız.   

Narahat olmayın, biz torpaqlarımızı da, ərazi bütövlüyümüzü də bərpa etmək iqtidarındayıq. Heç kimə, hətta sizə ehtiyacımız yoxdur. Ya müharibə, ya da elə müharibə yolu ilə...

   

 

Rüstəm HACIYEV

 

Ədalət.- 2009.- 8 aprel.- S. 2.