AĞ İŞIQDAN
KEÇƏN QIRMIZI XƏTT
Adətən, bu və
ya digər şairin yaradıcılığından söz
açanlar öz fikirlərini əsaslandırmaq
üçün onun ayrı-ayrı bənd və
misralarından sitatlar gətirir, konkret şeir nümunələrinə
üz tuturlar. İlk baxışda, bu cür yanaşma tərzində
nəsə bir qüsur axtarnaq da doğru olmazdı; ortada olan əsərin
əsas məziyyətlərini qabartmağı heç kəsə
yasaq etmək olmaz. Amma, mənə elə gəlir ki, Aydın
Qurbanoğlunun şeirlərindən danışarkən məsələyə
bir qədər ayrı rakursdan yanaşmaq lazım gəlir. İş
burasındadır ki, Aydının bütün şeirləri
bir nüvə ətrafında birləşir, bu, bir qədər
patetik səslənsə də- vahid bir ideyaya xidmət edir,
bir poetik "mən"in iç dünyasını
açmağa səy göstərir. Başqa sözlə,
sanki müəllif bütün yaradıcılığı
boyu bir şeir üzərində işləmişdir. Və
görünür, məhz elə bu keyfiyyətlərinə
görədir ki, Aydin Qurbanoğlunun (İbrahimovun) yenicə
işıq üzü görmüş "Ağ
işıq" ("Qərb-Şərq" nəşriyyatı,
2009-cu il) kitabında toplanan şeirlərin hamısına xas
olan daxili bir vəhdəti, bütovlüyü aydınca sezməmək
qeyri-mümkündür.
Aydın poeziyada təzəlikcə
söz deyən adamlardan deyil. Bir neçə seir kitabının müəllifidir.
Amma, etiraf etmək lazimdır ki, Aydın çox populyar olan
şairlərdən də deyil. Əksinə, o, həmişə
təbliğatdan, reklamdan qaçmağa
çalışmışdır. Halbuki onun
ömrünün və fəaliyyətinin böyük bir
dövru çoxlarına "populyarlıq" çələngi
bəxş etmiş televiziya ilə bağlı olmuşdur.
Yaxından bələd olanlər yaxşı bilir ki, Aydın
xalq ədəbiyyatına, folklora dərindən bələd
olan aydınlarımızdan biridir. O, lazım gələndə
el sənətkarlarımızın, klassik şairlərimizin
yaradıcılıq nümunələrindən birnəfəsə
saatlarla şeir deyir. Belə adamları xalq arasında
haqlı olaraq "sinədəftər"
adlandırırlar. Amma, uzun illərin tanışı kimi deyə
bilərəm ki, Aydın Qurbanoğlu öz
yaradıcılığını, özünün
yaratdığını heç vədə məxsusi olaraq
diqqət mərkəzinə çəkmək
üçün kiçicik bir təşəbbüsdə
belə bulunmamışdır.
Ritorika, pafos,
hay-küyçülük Aydının şeirlərinə
tamamilə yad olan nəsnələrdir. O, daha çox sözün və
firkin mahiyyətinə baş vurmağı xoşlayir. Məhz
elə bu səbəbdəndir ki, əksər hallarda bizə
Görən, göstərən yox astar
üzünü,
Yüz ölçsən bir gələr eni, uzunu
Tamaşa qılmışam illər uzunu
Dəyişən ha döyül adı dünyanın.
Amma dünyanın
böyüklüyündən, zamanın sonsuzluğundan yazan
Aydın üçün, ən böyük dünya onun qəlbən
sevdiyi, qəmi ilə qəmləndiyi, sevinci ilə sevindiyi Azərbaycandır.
Onun poetik saatı da məhz Azərbaycan vaxtına uyğun
köklənib "qurulmuşdur". Amma bu Vətən- Azərbaycan,
heç də bəzilərinin ənənəvi coğrafi
anlamda qəbul etdiyi kimi zərrəbin altında zorla
ğörünə biləcək qədər kiçik bir məkan
deyil, gündağandan günbatana qədər uzanan həhəng
bir mənəvi-fiziki arealdır.
Duman xandan Mete xana dönmüşəm,
Qılınclardan daman qana dönmüşəm,
Vaxt olub ki, küsüb qina dönmüşəm
Gündoğandan ta günbatan mənimdi.
Və yaxud:
Əyri qılınc işlər gedər,
Bədöy atlar kişnər gedər,
Üstündə kişilər gedər
Gündoğandan günbatana.
Gətirdiyimiz seir nümunələrinin
bədii-fəlsəfi məziyyətlərini bir tərəfə
qoyuram; təkcə bu şeirlərin bədii
sütunlarını təşkil edən qafiyələri
(xana-qana-qına; işlər-kişnər-kişilər) diqqətə
çatdırmaq kifayətdir ki, söhbətin ciddi bir söz
adamından getdiyi barədə təsəvvür yaransın.
Artıq dediyimiz kimi, Aydın Qurbanoğlu xalq
yaradıcılığına dərindən bələd olan
söz sərraflarındandır. Lakin o, miflərimizi,
heç də bəzi "mifoloqlarımız" sayaq, arxaik
büt ehkamçısı kimi dəyərləndirmir.
Sözün hərfi mənasında mifik təfəkkürə
sitayişdən uzaqlıq Aydının şeirlərini səciyyələndirən
cəhətlərdəndir. O, mifə, tarixin-zamanın əbədi
"ölü zonası" kimi yanaşmağı da qəbul
etmir.
Artıq keçmişə
qovuşan vaxt, heç də adi şüurun qəbul etdiyi
kimi, tatixin səhnəsini birdəfəlik tərk etməyib.
Gələcəyin postamenti-
keçmiş, keçmişin pariteti- gələcəkdir.
Bəzən bir anın
spektrində əbədiyyət yaşayır.
Zaman (tarix) Aydın
Qurbanoğlu üçün bütün hallarda diri,
canlı, yaşarı bir hadisədir.
Uca tanrım, Bozqurd Mete,
Atlı Atilla, Şah Xətayi
Söz bir olduq,
Yığışıb dolduq nağıla.
Göydən üç
Elə ki, çıxdıq nağıldan (...)
Bəli, "elə ki,
çıxdıq nağıldan"- dünyanın dünya
boyda bir möcüzəyə çevridiyini gördük.
Bu torpaq gör neçə acı aşlayar,
Dinib-danışmasan qonşu daşlayar,
Qoca Nuh eşidər, tufan başlayar,
Möcüzə yaradar babam, möcüzə.
Aydının xarakterindən,
tərcümeyi-halından gələn bir çox əsaslı
cəhətlər onun poeziyasında- qoşularında
qabarıq görünür. O, yalana, riyaya,
ikiüzlülüyə rəvac verən insanları qəbul
edə bilmir. Nə yazıqlar ki, bizim hamımız, qısa
bir zaman ərzində, "qibtəediləcək" bir
sürətlə cilddən-cildə, sifətdən-sifətə,
rəngdən-rəngə girən insan tipləri ilə
qarşılaşırıq. Kitabları bayram təqvimlərindən
heç nə ilə fərqlənməyən, işi
keçən adamları mədh edən və hələ bu
azmış kimi, mədh etdiyi kəs vəzifədən gedən
kimi onun haqqında həcv yazan (və ya əksinə- vaxtilə
həcv yazdığı kəs irəli çəkilərsə
mədhiyyə deyən) "şairləri" də az
görməmişik.
Aydın Qurbanoğlu
poeziyası cılız əda və iddialardan yox,
bütöv ideal və ideyalardan qaynaqlanır.
Bütövlüklə bağlı fikirlərimizi davam etdirərək
deyə bilərik ki, şairın lirik qəhrəmanı az
qala içində və dışında olduğu hər
şeyi- qəmi və nəşəni, sevgini və nifrəti,
əqidəni və məsləki, vətəni və millətig
bütöv, tam görmək istəyir.
Aydın öz
yaradıcılıq manera və stixiyası ilə
"allı-güllü", "yağlı-ballı"
qafiyələrin axtarışına çıxan, mənanı
söz "oyununa" (və ya oyunbazlığına) qurban
verən, qafiyəpərdazlıq xəstəliyinə mübtəla
olan müəlliflərdən minlərlə verst
aralıdır. Onun düşüncə tərzi,
mövzuları və həmin mövzulara yanaşma tərzi
kimi, qafiyə sisremi də təzədir. Məsələn:
kötük-örtük-itik-yetik;
tüstüsü-küsü-güzgüsü-türküsü;
yaşıl-daşı; ərkəsi-hər kəsi-ğörkəzi;
deyərdi-öyərdi-göyərdi;
qışlayar-tuşlaya-quşlaya; əzəli-közərir-gözəlin
və s. Hətta, onun bir çox şeirlərində işlədilən
"ənənəvi" qafiyələr belə, sanki təzə
rəng və çalarlala boy verir.
Ədəbiyyatımızda,
yəqin ki, dağlara həsr olunan seirlərin sayı
dağlarımızın sayından dəfələrlə
çoxdur. Amma Aydının öz "dağları"
var. Burada təkcə böyük şairimiz M.Araza həsr
olumuş şeirin bir bəndini xatırlatmaq kifayətdir:
Daşlarında xınalansın,
Dumanında cunalansın,
Sularında sonalansın
Sonam, a dağlar, a dağlar.
Yeri gəlmişkən,
Aydın Qurbanoğlu poeziyasına xas olan mühüm bir cəhəti
də qeyd etməyi özümə borc sayıram. Son illərdə
həyatımızda olduğu kimi ədəbiyyatımızda,
xüsusən poeziyamızda, bədbinlik hissinin dominantlıq təşkil
etdiyini sübuta, çox güman ki, elə bir ehtiyac yoxdur.
Amma "Ağ işıq" kitabında toplanmış
şeirlərin hamısına nikbin bir ovqat hakimdir; bu fikri, hətta,
insani kədərin, qaçılmaz faciənin qələmə
alındəğı qoşulara belə müncər etmək
olar. Məsələn, bu cür:
Gümanım Allaha dağılar duman,
Bulud parçalanar, yerə gün düşər.
Sufisal dərvişəm yönüm Tanrıya
Yahu! Hayqıraram göyə ün düşər.
Və yaxud:
İllər bizi köynəyindən keçirdi,
Bir gün qarlı dolayları keçirdim,
Sizi gördüm, gözlərimə
köçürdüm,
Ürəyimdə yaz başıdı çiçəklər.
Aydının şeirlərində
dərd də var, həsrət də, hicran da. Amma o, bu bəşəri-insani
hissləri orijinal tərzdə mənalandırıb poetik
ustalıqla təqdim etməyi bacarır.
Bizə sevinc gətirib
gəlişin, oğlum.
Barışa biləcəksənmi
dünyanın tərs-avand işləriylə?
Çətin olacaq işin, oğlum.
Gözlərin apaydın
ay işığıdır,
aynadır.
Nə yanlıc gizlədə bilir,
nə yalan.
Ata ürəyinin
nigarançılıği barədə çox sadə və
dəqiq müşahidələrdir...
Aydın bu şeiri oğlu
Ayxanın 8 yaşında yazmışdı.
Çox güman ki, hər
bir ciddi söz-sənət adamının ortaya qoyduğu əsər,
həm də onun tərcümeyi-halıdır. Bu mənada əsl
poeziya, bütün hallarda, həm də duyğuların, hisslərin
sirli bir kodudur. Sözü-zözdən seçən adam
üçün deyilən hər fikrin arxasında hansı mətləbin
dayandığını sezmək elə də
müşkül məsələ deyil. Əsl şerin hər
misrasında bir ruh, bir ovqat yaşayır. Və hər bir
"şifrəsi açılan" şeir oxucuya öz
müəllifi barədə kifayət qədər məlumat
verir. Bir sözlə, əsl şeir elə şairin
özü deməkdir. Aydının seirlərini oxuyarkən o
da aydın olur ki, o, aydın-şəffaf, ən çox da
ağ rəngin vurğunudur. Ağ işıq, aq rəng, aq
bulud, aş yağış, ağ çiçəkg O, hətta,
səsin, sözün, havacatın da ağını sevir, vəsf
edir. ("Ay aşıq, bir qğ işıq calg") Belə
bir qənaətə gəlmək olar ki, ağ işıq
Aydın Qurbanoğlunun bütün
yaradıcılığından qırmızı xətt kimi
keçir. Elə təkcə seçib-sevdiyi rəng və
ya rəng çalarları belə, bəzən insanın
özünüdərki və ya özünütəqdimi
haqqında kifayət qədər məlumat verir. Təmiz niyyəti,
xoş məramı olan kəslər həmişə bəyaz-şəffaf-işıqlı
rənglərə üstünlük verir. Və çox
böyük təəssüf hissi ilə qeyd etməliyik ki, həyat,
fəaliyyət və yaradıcılığında qara rəngə
üstünluk verənlərin sayı günbəgün
artmaqdadır.
"Ağ işıq"
kitabında müəllifin müxtəlif janr və formalarda qələmə
aldığı şeir və miniatür poemalar
toplanmışdır. Böyük əksəriyyəti vətənpərvərlik
ruhu ilə aşılanmış bu şeirlər, bizcə,
oxucular tərəfindən maraqla qarşılanacaq.
Mən sözümü elə
Aydının özünün özünə xitabıynan
yekunlaşdırmaq istəyirəm:
Qurbanoğlu, günahını yel bilə,
Ağ buludlar nələr çəkir yer bilər,
Oddanmışı bircə kərə yelpilə,
Köhnə ocaq ətəklərdə oddanı.
Firuz MUSTAFA
Ədalət.- 2009.- 9 aprel.- S. 7.