"BULAQ ÜSTƏ BİTƏN
SUSUZ LALƏYƏM"
Aprelin 7-də Azərbaycan Yazıçılar Birliyinin Natəvan klubunda dövri mətbuatda lirik-romantik şerləri ilə çıxış edən Xədicə Muradın "Bulaq üstə bitən susuz laləyəm" kitabının təqdimat mərasimi keçirildi.
Məclisi giriş sözü ilə YB-nin mətbuat xidmətinin rəhbəri şair Ədalət Əsgəroğlu açaraq Xədicə xanımın sayca 5-ci kitabının işıq üzü görməsi, həmçinin, ad günü münasibəti ilə təbrik etdi, şairənin yaradıcılığından, gördüyü xeyirxah işlərdən danışdı, sonra tədbiri aparmaq üçün sözü filologiya elmləri doktoru Asif Rüstəmliyə verdi.
Tədbirdə iştirak
edən filologiya elmləri doktoru Teymur Kərimli isə öz çıxışı zamanı
Xədicə Muradın
yazdığı "Nizami
və türklük"
dissertasiyasının dünya
ədəbiyyatşünaslığında
lazımlı bir mövzu olduğunu söylədi: "Hal-hazırda
onun əsəri ingilis dilinə tərcümə olunur. Xədicə Muradın ictimai fəaliyyəti vətənimizin inkişafı
naminə yönəlmişdi".
Tədbirdə iştirak
edən şairə Fəridə Ləman X.Muradın yaradıcılığından,
şəxsi keyfiyyətlərindən
söz açdı:
"Ədəbiyyat zaman
və məkanın qovuşduğu yerdir. Əgər müəllif o zamanda öz
sözünü deyə
bilirsə, o, ədəbiyyatda qalacaq".
Sonra F.Ləman şairəyə həsr etdiyi şeiri oxudu və "Məhsəti Gəncəvi"
adına fəxri diplomu müəllifə təqdim etdi.
"Kitab evi" İctimai Birliyinin sədri Salatın Əhmədli isə öz növbəsində
X.Muradı "Vətən
naminə" diplomu ilə təltif etdi.
Təqdimat mərasimində
Uşaq və Tələbə Gənclər
Dünyası Birliyinin
sədri Bəxtimşah
Tağıyeva, şairlərdən
Oqtay Rza, İsmayıl Həkimli, Zərəngiz Dəmirçi,
Aidə Şükürlü,
Azərbaycan MEA-nın
əməkdaşı Abuzər
Bayramov və başqaları çıxış
edərək X.Muradın
söz dünyasından,
poetik düşüncələrindən,
gördüyü xeyirxah
işlərdən, elm sahəsindəki
fəaliyyətindən və
digər uğurlarından
danışdılar.
Sonda X.Murad çıxış
edərək tədbirin
keçirilməsinə görə
Yazıçılar Birliyinin
rəhbərliyinə və
iştirakçılara öz
təşəkkürünü bildirdi.
VÜSAL MƏMMƏDLİ
Ədalət.- 2009.- 10 aprel.- S. 8.