YAZ GÜNÜNÜN "YAŞIL İZLƏRİ"

 

Suraxanı rayonunda abadlıq işləri günbəgün vüsət alır

 

 İndi məmləkətimizdə elə şəhər, elə rayon elə qəsəbə yoxdur ki, orda nəsə yeni tikinti işləri görülməsin, yollar çəkilməsin, binalar inşa edilməsin, bir sözlə, abadlıq işləri görülməsin. Əlbəttə, insan harda yeni tikintini görür abadlaşmanı hiss edirsə, bax, onda böyük sevinc içində olur. Amma elə ki, görürsən, hansısa bina uçulub-tökülür, yollar pis gündədir, hər tərəfi məişət tullantıları basıb, bax, onda adamın qanı qaralır.   

yaxşı ki, son illərdə məmləkətimizdə bu cür quruculuq abadlıq işləri geniş vüsət alıb. Belə abadlıq quruculuq işləri həmişə olduğu kimi, Suraxanı rayonunda da günbəgün artmaqdadır. Özü bu işlər elə səliqəli, elə ustalıqla həyata keçirilir ki, bundan insanlar zövq alırlar.   

Hələ Hacıbala Abutalıbov Suraxanı rayonunda icra başçısı işləyəndə demək olar ki, bu rayon Bakının digər rayonlarından abadlığına təmizliyinə görə seçilirdi. Hətta bir neçə dəfə keçirilən abadlıq yarışlarında Suraxanı rayonu Bakı şəhərində birinci yerə çıxmışdı. Bu ənənə bu gün demək olar ki, rayonda geniş əksini tapıb. Yəni rayonun Suraxanı, Yeni Suraxanı, Əmircan, Bülbülə, Zığ, Hövsan, Yeni Günəşli qəsəbələrində çox böyük abadlıq, quruculuq işləri görülür. Bir çox yerdə isə insanların istirahəti üçün parklar xiyabanlar salınıb. Salınmış parklar xiyabanlar öz gözəlliyinə orijinallığına görə digərlərindən fərqlənir. Ən azından ona görə ki, bu parklarda fontanlar quraşdırılıb, əhalinin istirahəti üçün çox rahat şərait yaradılıb. Bununla yanaşı, rayonun əksər qəsəbələrində yollar əsaslı təmir edilib, asfaltlanıb bütün problemlər aradan qaldırılıb. Hətta bir vaxtlar nəqliyyat vasitələrinin hərəkət etməkdə çətinlik çəkdiyi küçələrə belə asfalt örtüyü döşənib. Ayrı-ayrı qəsəbələrə Bakı qəsəbələrinin sosial-iqtisadi inkişafına dair dövlət proqramına uyğun olaraq, yeni yollar çəkilib, qaz xətti istifadəyə verilib əhalinin içməli su ilə təminatı yaxşılaşıb.   

Eyni zamanda rayon ərazisində mövcud olan onlarla məktəb xəstəxana az bir müddətdə əsaslı təmir edilərək əhalinin istifadəsinə verilib. Bu isə bu ya digər dərəcədə insanlara xidmətin səviyyəsinin yüksəlməsinə hərtərəfli təsir edib. Onu da qeyd eləmək istəyirik ki, rayonda əksər şənbə günləri icra hakimiyyətinin təşəbbüsü ilə iməciliklər keçirilir. Bu iməciliklər zamanı rayon ərazisində abadlıq, təmizlik işləri aparılır, yeni ağaclar əkilir eyni zamanda əvvəllər əkilmiş yaşıllıqlara qulluq edilir. Son vaxtlar rayon ərazisində minlərlə ağac bəzək kolu əkilib. Təkcə ağac bəzək kolları əkilməklə işlər öz həllini tapmayıb. Həm sirr deyil ki, əkilən ağacları isti havalarda böyütmək, onlara vaxtında su vermək lazımdı. Bəzən görürsən ki, vaxtında su verilməyəndə əkilmiş ağaclar quruyur məhv olur. Amma bu məsələlər Suraxanı rayonunda çox yüksək səviyyədə öz həllini tapıb. Çünki Mənzil Kommunal Təsərrüfatı Birliyinin işçiləri davamlı olaraq isti günlərdə həmin yaşıllıqlara su verir, onların böyüyüb inkişaf etməsi üçün əllərindən gələn köməkliyi əsirgəmirlər. Hər bir yeni əkilən ağac isə təbiətin " ciyər"i deməkdir. Əgər biz təbiətimizi qoruyuruqsa yeni ağaclar əkməklə bu yaşıllıqları artırırıqsa, çox böyük xeyirxah işlər görmüş oluruq.

Suraxanı rayon icra hakimiyyətinin başçısı İlqar Abbasov rayonda qoyulmuş yaxşı ənənələri uğurla davam etdirərək özü bir çox yeniliklərə imza atır, təkan verir. Birincisi, başçının göstərişi ilə hər həftə rayon ərazisində iməciliklər keçirilir bu iməciliklər zamanı hər kəs öz üzərinə düşən işi yerinə yetirir. Yazın gəlişi isə rayonda qayğıları təmizlik işlərini bir qədər artırıb. Çünki yaz gələndə yenidən ağacların əkilməsinə yaşıllıqların salınmasına böyük ehtiyac duyulur. Üstəlik həmin yaşıllıqların qorunub inkişaf etdirilməsi insanlardan böyük təpər istəyir. Hər səhər Mənzil Kommunal Təsərrüfatı Birliyinin işçilərini rayonun müxtəlif ərazilərində görmək olar. Gah onlar məişət tullantılarını daşıyır, gah hardasa səliqə-sahman yaradır, gah da yaşıllıqlara su verirlər. Onlar yaxşı bilirlər ki, bu yaşıllıqları əkənə onu böyüdən adama kölgəsində əyləşəndə çoxları alqış deyir. Əlbəttə, bu dünyada alqış eşitməkdən savab yoxdur. Həmişə belə olub. Kimlərsə bir ağacın kölgəsində oturanda bir bulağın gözündən su içəndə deyiblər ki, Allah bu savab işi görənin ölənlərinə rəhmət eləsin. İndi rəhmət qazanmaq alqış eşitmək hər adama nəsib olmur. Amma xeyirxah görən adamlar zamanından məkanından asılı olmayaraq həmişə bu alqışı eşidiblər.   

Rayon icra hakimiyyətinin şöbə müdiri Barxudar Barxudarov deyir ki, bu cür xeyirxah işlərin görülməsi ilk növbədə insanların rahatlığına yaxşı yaşamasına xidmət eləyir. Əgər kimsə öz övladı, yaxud da nəvəsi ilə gəzintiyə çıxanda gözəl bir parka gəlirsə orda istirahət edə bilirsə, övladları dincəlirsə, məncə, bundan gözəl ola bilər. Bu mənada əhalinin istirahəti asudə vaxtlarının maraqlı keçməsi üçün rayonumuzda hər cür şərait yaradılıb. Təbii ki, kimin ürəyi haranı istəyirsə, oranı da seçir həmin yerdə istirahət eləyir. Gələcəkdə isə rayonumuzun ərazisində daha geniş abadlıq quruculuq işləri görülməsi nəzərdə tutulub. Zaman-zaman biz bunları həyata keçirəcəyik.   

İndi biz yaşıllıqlar yeni əkilən ağaclar görəndə sevinirik. Ən azından ona görə sevinirik ki, bu otuz-qırx ilin ağacını yaxşı kəsməyiblər. Bu mənada Suraxanı rayonunda vəziyyət çox yaxşıdır. Bircə qalır insanların öz istirahətlərini necə qurmağına. Deməli, abad gözəl yerdə insanlar da özlərini çox normal hiss edir vaxtlarını mənalı keçirirlər.

    

 

Faiq QİSMƏTOĞLU

 

Ədalət.- 2009.- 10 aprel.- S. 4.