Azərbaycan gömrüyünün tarixi kitablarda...

 

Aprelin 2-4 tarixlərində Vatikan dövlətində "Azərbaycan gömrüyünün tarixi təsviri sənətdə" mövzusunda sərgi, eyni zamanda "Azərbaycan gömrüyü mədəni irsin keşiyində", "Azərbaycan gömrüyünün tarixi təsviri sənətdə" "Azərbaycan gömrüyü: tarixi ənənələr müasirlik" adlı kitabların təqdimat mərasimi keçirilib. Qeyd edək ki, bu mötəbər tədbir barədə elan Roma şəhərinin aparıcı kütləvi informasiya vasitələrindən biri olan, 250 min tirajla çap edilən "Ventiquattro minuti" qəzetində dərc edilib.  

Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Xarici İşlər Nazirliyinin birgə təşkilatçılığı, eləcə Mədəniyyət Turizm Nazirliyinin dəstəyi ilə gerçəkləşən tədbirdə respublikamızın nümayəndə heyəti - DGK sədri, gömrük xidməti general-leytenantı Aydın Əliyev, Milli Elmlər Akademiyası A. A. Bakıxanov adına Tarix İnstitutunun direktoru, Milli Məclisin deputatı, professor Yaqub Mahmudov, Rəssamlar İttifaqının katibi, xalq rəssamı Ağəli İbrahimov bir sira şəxslər iştirak ediblər. Nümayəndə heyətimizin verdiyi məlumata görə, aprelin 3-də Vatikan dövlətinin Apostolik Kanselyariya Sarayında sərginin rəsmi açılış mərasimi keçirilib.  

Mərasimdə Vatikan şəhəri Dövləti üzrə Pontifik Komissiyanın Sədri, Vatikan şəhəri Dövləti üzrə Qubernatorluğun Sədri (meri) Kardinal Covanni Layolo, Vatikan dövlətinin Xarici İşlər Mədəniyyət nazirliklərinin yüksək vəzifəli şəxsləri, eləcə Amerika Birləşmiş Ştatları, Türkiyə, Çernoqoriya, Bolqarıstan, Ukrayna bir sıra digər ölkələrin səfirləri, beynəlxalq təşkilatların nümayəndələri iştirak ediblər.   

Sərginin açılış mərasimində ilk olaraq çıxış edən Azərbaycan Respublikasının Müqəddəs Taxt-Tacdakı Səfiri Elçin Əmirbəyov Azərbaycanla Vatikan dövləti arasında mövcud əlaqələrdən məmnunluqla söhbət açıb, belə bir mötəbər tədbirin keçirilməsini yüksək qiymətləndirərək qədimliyi, zənginliyi ilə fərqlənən Azərbaycan tarixinin Avropada, eləcə dünyanın nüfuzlu dini mərkəzlərindən biri olan Vatikan dövlətində tanıdılması təbliği baxımından bu cür mədəni tədbirlərin müstəsna əhəmiyyətinə toxunub.   

Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev öz çıxışında son illər ərzində müstəqil Azərbaycanın gömrük xidməti tərəfindən böyük miqdarda qədim əşyaların ölkəmizdən çıxarılmasının onun sərhədlərindən tranzitlə qanunsuz keçirilməsi cəhdlərinin qarşısının alındığını qeyd edərək bildirib ki, bugünkü görüşümüz sizi nəşr edilmiş bir sıra kitablarla, xilas edilmiş şah əsərlərin bir qismi ilə bizim rəsm qalereyasının eksponatları ilə tanış etmək arzusudur, Azərbaycan xalqının tarixi, mədəniyyəti tolerantlığı ilə tanış etmək imkanıdır, yer üzündə tarixi mədəni sərvətlərinə qəsd edilən, hələ İraq Əfqanıstan kimi narahat Dağlıq Qarabağ kimi nəzarətsiz ərazilərə diqqətinizi cəlb etmək cəhdidir, hər birimizin digərlərinin ləyaqətinə, adət ənənələrinə hörmətlə yanaşmasının müqəddəs borcu olduğunu xatırlatmaq istəyidir.  

Xatırladaq ki, tədbir zamanı "Nəsihət" adlı sənədli film nümayiş etdirilib. Azərbaycanla Vatikan dövləti arasında mövcud əlaqələrin tarixindən bəhs edən filmdə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin Vatikan dövlətinə, həmçinin, Roma Papası II İohann Pavelin respublikamıza tarixi səfərləri, keçirilən yaddaqalan görüşlər, Azərbaycan Prezidenti İlham Əliyevin Roma Papası II İohann Pavelin dəfn mərasiminə qatılması, Bakıda Katolik kilsəsinin açılışındakı iştirakı, eləcə Vatikan dövlətinin ölkəyə səfər edən nümayəndələrini yüksək səviyyədə qəbul etməsi, qaçaqmalçılıq yolu ilə Azərbaycandan çıxarılmasına cəhd göstərilib, XIX əsrin ikinci yarısında məhz katolik kilsələrindən birinin emalatxanasında hazırlanmış İsa peyğəmbərin heykəlinin Roma Katolik Kilsəsinin Azərbaycandakı nümayəndəliyinə təhvil verilməsi s. bu kimi materiallar əks olunub. Eyni zamanda, mərasimdə Azərbaycan muğamı haqqında da film nümayiş etdirilib, milli musiqimizin şah əsəri olan muğamımız barədə qonaqlara ətraflı məlumat verilib.  

Sonra qonaqlar mərasim iştirakçıları Azərbaycanın xalq mahnısı olan "Sarı gəlin" musiqisinin sədaları altında numayiş etdirilmiş əsərləri boyuk maraqla seyr edib, sərgi onlarda xoş təəssürat yaradıb. Müğənni Zaur Əmiraslanovun italyan Azərbaycan dillərində oxuduğu mahnılar, musiqişünas Nizami Əliyevin pianoda canli ifası mərasim iştirakçılarının zövqünü oxşayıb.   

Tədbir zamanı Rəssamlar İttifaqınin katibi, xalq rəssamı Ağəli İbrahimovun müəllifi olduğu xalqımızın ümummilli lideri Heydər Əliyevin Roma Papası II İohann Pavellə birgə görüşünü əks etdirən rəsm əsəri eləcə , Cəbrayıl Quliyevin şəbəkə üslubunda hazırladığı incəsənət əsəri Vatikan şəhəri Dövləti üzrə Pontifik Komissiyanın Sədri, Vatikan şəhəri Dövləti üzrə Qubernatorluğun Sədri (meri) Kardinal Covanni Layoloya xatirə hədiyyəsi olaraq təqdim edilib.  

Onu da qeyd edək ki, Azərbaycan nümayəndə heyəti səfər zamanı Vatikan dövlətinin bir sıra rəsmi şəxsləri ilə ikitərəfli görüşlər keçirib. Belə ki, aprelin 2-də nümayəndə heyətimizin Vatikan şəhəri Dövləti üzrə Pontifik Komissiyanın Sədri, Vatikan şəhəri Dövləti üzrə Qubernatorluğun Sədri (meri) Kardinal Covanni Layolo ilə, aprelin 3-də Vatikanın xarici işlər naziri Arxiyepiskop Dominik Mamberti ilə, aprelin 4-də isə Müqəddəs Taxt-Tacın Mədəniyyət üzrə Pontifik Şurasının sədri (mədəniyyət naziri) Arxiyepiskop Canfranko Ravazi ilə görüşləri olub.   

Səmimilik şəraitində keçirilən görüşlərdə Azərbaycanla Vatikan dövləti arasındakı münasibətlərdən məmnunluqla söhbət açılıb, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin Vatikan dövlətinə, həmçinin, Roma Papası II İohann Pavelin respublikamıza tarixi səfərlərinin mövcud əlaqələrə yeni impuls verdiyi vurğulanıb.  

Xarici işlər naziri Arxiyepiskop Dominik Mamberti ilə keçirilən görüşdə nümayəndə heyətimiz bu gün Azərbaycan torpaqlarının 20 %-nin işğal altında olduğunu, işğalçılıq siyasətinin hələ davam etdiyini diqqətə çatdırıb, beynəlxalq hüquq normaları çərçivəsində Azərbaycanın ərazi bütövlüyünün, haqq işinin Vatikan dövləti tərəfindən dəstəklənəcəyinə ümidvar olduğunu bildirib.  

Mədəniyyət üzrə Pontifik Şurasının sədri (mədəniyyət naziri) Arxiyepiskop Canfranko Ravazi ilə keçirilən görüşdə isə hər iki dövlət arasında mədəni əlaqələrdən bəhs edilib qərara alınıb ki, il ərzində Vatikan dövlətində azərbaycanlı muğam ustalarının konserti keçirilsin. Görüş zamanı respublikamızın gömrük xidmətinin Elmlər Akademiyası ilə birgə kökləri hələ Boyük İpək yolu dövrünə təsadüf edən Azərbaycanda gömrük tarixinin öyrənilməsi məqsədilə elmi-axtarış işlərinin həyata keçirildiyi diqqətə çatdırılıb, gələcəkdə Azərbaycan Vatikan alimlərinin birgə elmi axtarışlar aparması, zəngin Vatikan arxivlərindən azərbaycanlı elm adamlarının istifadəsi məqsədəmüvafiq hesab edilib.  

Görüşün sonunda Azərbaycan nümayəndə heyəti tərəfindən Vatikan dövlətinin Mədəniyyət Nazirliyinin kitabxanasına "Azərbaycan gömrüyü mədəni irsin keşiyində", "Azərbaycan gömrüyünün tarixi təsviri sənətdə" "Azərbaycan gömrüyü: tarixi ənənələr müasirlik" adlı kitablar xatirə hədiyyəsi olaraq təqdim edilib.  

Xatırladaq ki, Vatikan dövlətində təşkil olunan sərgi aprelin 9-dək davam edib.

  

  

ŞAMXAL

 

Ədalət.- 2009.- 10 aprel.- S. 3.