Emin Ağalarovun yeni albomu
Rusiyada "oxuyan biznesmen" adlandırılan Emin Ağalarov mayın sonu - iyunun əvvəlində
yeni albom buraxmağa hazırlaşır. "RİA Novosti" agentliyinin verdiyi məlumata görə, Ağalarov agentliyə açıqlamasında
albomda 10 qədər müəllif mahnısının,
eləcə də ötən əsrin
60-70-ci illərinin kaver-versiyalarının
olacağını vurğulayıb.
"Oxuyan
biznesmen" maraqlı
albom hazırladıqlarını
vurğulayıb: "Hansısa
işlə maraqlanan istənilən şəxs
yeni işini əvvəlki işindən
daha yaxşı etməyə çalışır.
Mənim mahnılarımı
dinləyənlər də
təəccüblənəcəklər".
Ağalarov sayca dördüncü albomuna
Tom Consun, eləcə
də uşaqlıq kumiri olan Elvis Preslinin mahnılarının
daxil olacağını
qeyd edib: "Mən Elvisə oxşamaq istəyirdim - xarici görünüşcə
deyil, ifa tərzinə görə.
Səs tembrimiz haradasa oxşayır. Düzdür, zaman keçdikcə heç kimə oxşamaq istəmirsən. Elvis deyil, Emin olmaq
istəyirsən. Buna baxmayaraq, mənim ona haradasa oxşadığımı
eşitmək xoşdur.
Amma mən Elvis deyil, Eminəm".
Qeyd edək ki, Emin Ağalarovun musiqi karyerası 2006-cı ildə "Still" albomunun buraxılması ilə başlayıb. Bundan sonra "Incredible" adlı ikinci albom çıxıb. Onun "Obsession" adlı üçüncü albomu ictimaiyyətə 2008-ci ilin avqustunda təqdim edilib.
ŞAMXAL
Ədalət.- 2009.- 11 aprel.- S. 24.