MUĞAM FƏLSƏFƏSİ

 

İNAM ATA

 

(ASİF ATA)

 

Musiqi barmaqla çalınan deyil,  

Ölçü qalıbına salınan deyil,   

O, Ruhun Göylərə qovuşmasıdır,  

İlahi Məqamdır, adi an deyil.

 

Mütləqə İnam Peyğəmbəri, Ruhaniyyat Ocağı Yaradıcısı, dahi türk filosofu İnam Atanın (Asif Atanın) 16-cı Müqəddəs Kitabı olan bu Əsərində Muğam musiqi sisteminin fəlsəfi mahiyyəti açılır, Doğu ruhaniyyatı, sənəti, dünyabaxışı ilə onun üzvi birliyi, habelə dünya musiqi klassikasındakı üstün mövqeyi vurğulanır.

Muğam fəlsəfəsi haqqında kitab - Doğu filosofluğunun özünəməxsusluğu haqqında - zəkanın, duyğunun, əxlaqın, iradənin vəhdəti haqqında kitabdır.

   

   Təqdim edir: İşıqlı Atalı

   

   (Əvvəli ötən şənbə saylarımızda)

    

 

   "Şikəsteyi-Fars"

   

   Kədər Zirvəsi - İşığı.  

   Kədər Ağrısı - İşığı.  

   Kədər Coşğunluğu - İşığı.  

   Kədər Alovu - İşığı.

   Kədər Göyü - İşığı.  

   İdeal Yanğısı - İşığı.

    

 

   "İrak"

  

   Ruhani özünütəsdiq işığı.  

   Ruhani əməl işığı.

   İdeal ruhani hal işığı.  

   İdeala qovuşma işığı.

    

   Ümumi Qiymət

 

Muğam - İdeal İşığı Yoludur, İdeal İşığa çatmaqdır, - Gerçəklikdən İdeala gedən Yoldur.

 

 

III. HƏQİQƏT İŞIĞI

   

1. "Rast" muğamı

     

"Maye-Rast"

 

Ruhani Mətanət, Ruhani Təmizlənmə - İdrakın ilk Şərti - İşığı. 

Qorxudan, Təlaşdan, Şübhədən İmtina - Müdrikliyin ilk Şərti - İşığı.  

Kamillik İstəyi - İdrak İstəyi - İşığı.  

Həyatla Görüş - Mütləqlə Görüşün ilk Şərti - İşığı.  

Həqiqət Eşqi - İşığı.  

Həqiqət Yönü - İşığı.

    

 

   "Hüseyni"

    

   Yüksələn Bilik Mənəviyyat İşığı.  

   Yüksələn Müdriklik Əxlaq İşığı.  

   Həqiqət Kədəri - İşığı.  

   Həqiqətə yönəlmiş Zəka İşığı.  

   Kədərdə bilinən Həqiqət İşığı.  

   Kədərdə Yetirilən Əxlaq İşığı.  

   İdraklı İradə İradəli İdrak İşığı.  

   Həqiqi Duyğu Duyğulu Həqiqət İşığı.  

   Həqiqi Əxlaq Əxlaqlı Həqiqət İşığı.

     

 

   "Vilayəti"

    

   İdeal Yanğısı - Həqiqəti Dərkin Pilləsi - İşığı.  

   Ruhani İradə İşığı. 

   İdrakın, Hissin İradənin Birliyi - İşığı. 

   Kədərli Həqiqət İşığı.  

   Kamillik İstəyi - İşığı.  

   Mütləqilik Yanğısı - İşığı.  

   Mütləq Yanğı - İşığı.

    

 

   "İrak"

   

   İdeala Qovuşma - Mütləq Həqiqətə Mütləq Əxlaqa Yetmək - İşığı.  

   Dünyanın Ali Mənasına Yetmək - İşığı.  

   Ruhaniyyatın Təntənəsi - İşığı.  

   Ali, Möhtəşəm, Əzəli Duyğular İşığı.

  

  

   2. "Çahargah" muğamı

    

   "Maye-Çahargah"

   

   Qeyri-adilik, Sirr, Batinlik İşığı.  

   Əxlaqi Həyat Zəruriliyi - İşığı.  

   Yüksək Ruhaniyyat İşığı.  

   Dərin Ehtiraslar İşığı.  

   İradə Qətiyyəti - İşığı.  

   Dünyanı dərk etmək Zəruriyyəti - İşığı.  

   Əxlaqi Kamillik Zəruriyyəti - İşığı.  

   Əxlaqın daxilində yetişən İdrak İşığı.  

   İdraklı Əxlaq İşığı.

  Əxlaqi İdrak İşığı.

  

  

   "Bəstə-Nigar"

    

   Kədər İşığı - Həqiqət İdrakın Yeni Pilləsi.  

   Ruh İşığı - Duyğuların Yeni Pilləsi.  

   İradə İşığı - Ruhani Əməllərin Yeni Pilləsi.  

   Kədərdən Ayrılmaq İstəyi - Həqiqət Əxlaqın Yeni Pilləsi - İşığı.  

  

  

   "Hasar"

    

   Kədərdən Ayrılmaq İşığı - Bilik Dərinliyi.  

   Kamilliyin Yeni Pilləsi - İşığı.  

   İradənin Yeni Gücü - İşığı.  

   Mütləq Həqiqəti dərk etmək Zəruriliyi - İşığı.  

   Mütləq Kamilliyə Yetmək Zəruriliyi - İşığı.

  

  

   "Mənsuriyyə"

    

   Mütləq Həqiqət İşığı.  

   İdrak, Duyğu İradə Birliyi - İşığı.  

   Duyğulu İdrak, İdraklı Duyğu Birliyi - İşığı.  

  

  

   3. "Bayatı-Şiraz" muğamı 

 

   "Maye-Bayatı-Şiraz"

    

   Müdriklik Ruhani Qüvvət İşığı.  

   Bilik Ehtiras İşığı.  

   Zəka İradə İşığı.  

   Vahid Mahiyyət İşığı.  

   Kamillik Eşqi - İşığı.

    

 

   "Bayatı-İsfahan"

 

   Kədərə Qapılmaq - Həqiqət Pilləsi - İşığı.  

   Kədərdə Yetişən İradə İşığı.  

   Kədərdə Təmizlənən Duyğu İşığı.  

   Təzə Ruhaniyyat Miqyası - İşığı.  

   Təzə Həqiqət Yüksəkliyi Yanğısı - İşığı.  

   Təzə Əxlaq Yüksəkliyi Yanğısı - İşığı.  

   Mütləqi Dərketmə - Mütləq Əxlaqa Yetmə - İşığı.

  

  

   "Hüzzal"

  

   Həqiqi, İdeal, Mütləq Həyata çatmaq - Həqiqi, İdeal, Mütləq Əxlaqa Yetmək - İşığı.  

   İdrakla Ruhaniyyatın Mütləq Birliyi - İşığı.

    

 

   4. "Şur" muğamı

 

      "Maye-Şur"

  

   Hadisələrin arxasında dayanmış Mahiyyət İşığı.  

   Müxtəlifliyin arxasında dayanmış Vahidlik İşığı.  

   Müqəddəs İradə İşığı.  

   İdeal İstəyi - İşığı.  

   Ali İdrak İşığı.  

   Ali Əxlaq İşığı.  

   Əxlaqi İdrak, İdraklı Əxlaq İşığı.  

   Ruhun Mütləq Yönü - İşığı.

    

 

   "Hicaz"

   

   İdrakın Əxlaqın Yeni Pilləsi - İşığı.  

   İdrak Eşqi - İşığı.  

   Kamillik Eşqi - İşığı.  

   İdrak Əxlaq Birliyi - İşığı.

  

  

   "Zəmin-Xara"

    

   Mütləqilik Yanğısı - İşığı.  

   İdrak Əməli - İşığı.  

   İradə Əməli - İşığı.

     

 

   "Bayatı-Kürd"

 

   Kədərə Qayıtma İşığı.  

   Həqiqəti dərk etmə Zəruriliyi - İşığı.  

   Kamilliyə çatma Zəruriliyi - İşığı.

    

 

   (Ardı var)

 

  Ədalət.- 2009.- 11 aprel.- S. 17.