RAMİZİN TARI
Xalq artisti, muğam professoru
Ramiz Quliyevə ən doğma duyğularla
İşıqlar çiləndi
tarın səsinə,
Xaliqin bu sirli möcüzəsinə.
Quş olub qonunca tar sinəsinə,
Yerləri, göyləri unutdu
Ramiz.
"Segah"da bənövşə
rayihəsi var,
"Heyratı" cəngində qalxan səsi var.
"Şur"da bulaqların zümzüməsi
var.
Cilvə sədəflərdə "Rast" tutdu Ramiz.
Ayrılıq ağırdı,
hicran yamandı,
Bu tar tüfəng oldu,
Allah, amandı!
"Şuşanın dağları başı dumandı",
Orda köksü dolu
buluddu Ramiz.
Alınmaz qaladı
tarın şöhrəti,
Tar solmaz,
tar sönməz,
tar dönməz,
qəti.
Səslədi qisasa
bu mərd milləti,
Hər simdən bir
qılınc yaratdı
Ramiz.
Barmaqlar şam kimi alışıb yandı,
Quşlar yerə endi,
çaylar
dayandı,
Tarın gur səsindən cahan oyandı
Tarı günəşlərə tanıtdı
Ramiz.
Ramiz MƏMMƏDZADƏ
Ədalət.- 2009.- 16 aprel.- S. 8.