MDLU-da "Azərbaycan dili mədəniyyəti mərkəzi" açıldı

 

"Rusiya-Azərbaycan münasibətlərinin möhkəmlənməsinə hər iki xalqın dilinin mədəniyyətinin qarşılıqlı şəkildə tədris olunması əlaqələndirici vəsilə olacaq".  

Bunu Moskva Dövlət Linqvistika Universitetində "Azərbaycan dil mədəniyyəti mərkəzi"nin təntənəli açılış mərasimində Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu söyləyib. "Dil mədəniyyət xalqların yaxınlaşması anlaşmasında mühüm əhəmiyyəti olan faktordur. Bu faktor dövlətin digər münasibətlərinə öz töhfəsini verəcək".  

MDLU-nun rektoru İrina Xaleeva belə bir ideyanın 5 il bundan qabaq ortaya atıldığını bildirib. 3 il əvvəl universitetdə Azərbaycan dili tədrisi qrupunun yaradılıb, fəaliyyət göstərdiyini söyləyib. O, "Azərbaycan dil mədəniyyəti mərkəzi"nin yaranması münasibətilə tədbirə qatılan Rusiya Azərbaycanı təmsil edən nümayəndələri təbrik edərək, xalqlarımızın yaxınlaşması, dillərimizin, mədəniyyətlərimizin təbliğində bu mərkəzin böyük rol oynayacağına əmin olduğunu ifadə edib.   

Bakı Slavyan Universitetinin rektoru Kamal Abdulla həmkarının fikrinə dəstək olaraq, təmsil etdiyi universitetin Azərbaycanda rus dilinə geniş yer verildiyinə sübut olduğunu bildirməklə, Azərbaycanda rusdilli məktəblərin fəaliyyət göstərdiyini dilə gətirib. O, Moskva Dövlət Linqvistika Universitetində "Azərbaycan dil mədəniyyəti mərkəzi"nin açılmasının hər baxımdan əhəmiyyətli olduğunu deyib, iki xalqın yaxınlaşmasında, milli münasibətlərin istiləşməsi prosesində belə tədris mərkəzinin fəaliyyətə başlamasının müsbət təsirindən danışıb. K.Abdulla öz adından MDLU rəhbərliyinə başda Moskva merinin birinci müavini L.Şvetsova olmaqla bu təşəbbüsə dəstək olan hər kəsə təşəkkürünü çatdırıb.  

Tədbirdə Rusiya Dövlət Dumasının deputatı, Şimali Qafqaz məsələləri komissiyasının üzvü Mixail Zelixanov digər çıxış edənlər bu tədbiri böyük tarixi hadisə kimi dəyərləndiriblər. Ümumrusiya Azərbaycanlıları Konqresinin icraçı direktoru Eldar Quliyev S.Vurğunun 4 cildliyini M.Ə.Sabirin kitablarını hədiyyə edib.  

Tədbirin bədii hissəsində Azərbaycan dili tədrisi qrupunun 10 nəfər tələbəsi Puşkinin, Yeseninin, eləcə Azərbaycan şairlərinin şeirlərini azərbaycanca səsləndiriblər.

    

 

ŞAMXAL

 

Ədalət.- 2009.- 16 aprel.- S. 6.