SƏRRAF ŞİRUYƏNİN TƏCNİS
ÇƏLƏNGİ
Çağdaş poeziyamızın sayılıb-seçilən,
əsərləri ilə
xalqın məhəbbət
və ehtiramını
qazanan simalarından biri də dövrümüzün
ən qüdrətli təcnis ustadlarından olan şair Sərraf Şiruyədir, desək yanılmarıq.
Bu bir aksiomadır.
İxtisasca riyaziyyatçı
olsa da o,
rəqəmlərin dili
ilə deyil daha çox sözün sehri, ecazkar qüvvəsi ilə poeziya sevərlərin qəlbini
ovsunlayıb, hakim kəsilib, ürəklərini
fəth edib. Mən bu həqiqətin düzgünlüyünə şairin
2008ci ildə "Nurlan"
nəşriyyatında çap
edilmiş on cildlik kitabları seriyasından birinci cildlə tanışlıqdan
sonra bir daha əmin oldum. Şair, tədqiqatçı Araz Yaquboğlunun tərtib etdiyi bu kitab
Azərbaycan Milli Elmlər Akademiyası Folklor İnstitutunun direktoru, filologiya elmləri doktoru, professor Hüseyn İsmayılovun "Azərbaycan
təcnisinin Sərraf
Şiruyə səhifəsi"
yazısı ilə açılır.
"Sərraf Şiruyənin yaratdığı cinaslar
təkcə texniki ahəngi, yəni forma estetikası ilə yox, həm də
məzmunməna keyfiyyəti
ilə seçilir. Şeirdə öz yerində və məqamında işlədilmiş cinaslar
ona musiqililik, melodiklik gətirir, forma gözəlliyini artırır".
Yaradıcılığı xalq şeirinin poetik ənənələri üzərində köklənən, onun bütün imkanlarını özündə birləşdirən, etnikmilli dəyərlərə söykənən Sərraf Şiruyə təcnislərində novotorluq, forma və məzmun vəhdəti, xalq ruhuna yaxınlıq, leksik, qrammatik və fonetik normalara düzgün əməl edilməsi onun türk dilinin incəliklərinə dərindən bələd olmasından, xalq yaradıcılığından qidalanıb, ondan rişə almasından xəbər verir. Təcnis janrının incəliklərinə dərindən bələd olmasının nəticəsidir ki, Sərraf Şiruyə təcnisin bir çox şəkillərinə, dodaqdəyməz təcnis, dodaqdəyməz cığalı təcnis, ayaqlı cığalı təcnis, cığalı təcnis, gəraylı təcnis və cinas bayatıların ən gözəl nümunələrini yaratmışdır. Qəlbinin odunu, közünü, gözünün nurunu poeziya işığında nurlandıran şair həmin şeirlərlə oxucularının mənəvi dünyasına işıq salır:
Dahilər, şairlər yüzdü,
mindimi,
Başlayır o sayın ayağı
məndən.
Hikmətli sözümlə bal
yedirtmişəm,
Kimsəyə yetməyib ay
ağı məndən.
Bəli Sərraf
Şiruyə yaradıcılığı
ilə
Ustadım həm Göyçə,
həm Qarabağdı,
Hər ikisi talan bir qara
bağdı.
Sərrafam, Qarabağdı,
Bağımız qara bağdı.
Nə karvandı
yükü ağ,
Çatısı qara bağdı.
Qollarım zəncirdə
qara bağdadı,
Açmaq üçün
dağıtginən
min qala.
Sərraf Şiruyə "Qarabağdı"
sözünü müxtəlif
məna çalarında
verməklə dilimizin
zəngin, potensial imkanlarından məharətlə
bəhrələnmişdir. Göründüyü kimi şair "klassik ədəbiyyatdan gələn bənzətmələri
sadələşdirir, sirli,
müəmmalı gözəllik
örtüyünü götürüb
atır, həyatın
ən sadə həqiqətlərindən gözəllik
heykəli ucaldır".
Məhz elə buna görə
də dodaqdəyməz
təcnis janrında yaradılmış şeirlər
Sərraf Şiruyə
qələmində əsas
yerlərdən birini tutur. "Hey qalaqala",
"Qan qala" şeirləri də onun söz boxçasının
zəngin olmasından
xəbər verir:
Səyyad, səyyah
gəzər dağı,
aranı,
Haqq, nahaqq iş
gərəkdir ki, aranı.
Nakəs, nadan qatışdırdı
aranı,
Saldı yenə
eli nahaq
qan,
qala.
Birinci misrada "aran" sözü isti yer, məkan, ikincidə araşdırmaq,
üçüncü misrada
isə aranı qarışdırmaq anlamında
ifadə edilmişdir.
Yaradıcılığında yüksək
bədii çaları
ilə seçilən
və aşıq poeziyasında çox az təsadüf
edilən gəraylı
təcnis janrına müraciət etməsi isə yüksək bədii gözəlliyi və təravəti ilə oxucularda böyük maraq doğurur. "Ala dedi",
"Yara yana",
"O yar aya",
"Yarı gözlər",
"Yarı dağlar",
"Ay ağı var"
və s. əsərlər
öz bədii silqəti ilə Sərraf Şiruyənin mahir təcnis yaradıcısı olmasından
xəbər verir:
Şiruyə tək
səyyada bax,
Səy fikirdə,
səy yada bax,
Yara gülən
səy yada bax,
Hər gülüşü yarı, dağlar.
Sərraf Şiruyə "səyyada"
sözünü müxtəlif
məqamlarda işlətməklə
dilimizin zəngin, potensial imkanlarından məharətlə bəhrələnmişdir. "Səyyad" sözü birinci misrada ovçu, ikinci misrada səy fikirli, üçüncü
misrada isə ağıldan kəm, özgə mənalarında
işlədilmişdir. "Lirika ani
və qüvvətli həyacanların məhsuludur"
deyənlər bu fikirlərində həqiqətən
də haqlıdırlar.
Folklorun ən geniş yayılmış
bayatı janrında lirik hiss, duyum və deyim tərzi
sadə və lakonikdir. Lakin eyni zamanda dörd misrada öz düşüncələrini
poetik şəkildə
ifadə etməyin də çətinliklərini
hər birimiz yaxşı bilirik. Əsrlərin dərinliklərindən süzülüb gələn
bayatılarımızda xalqımız
yeri düşdükcə
cinas qafiyələrdən
genbol istifadə etməklə əvəzolunmaz
söz inciləri yaratmışlar. Əmani, Xətai,
Vidadi, Vaqif, Sarı Aşıq kimi sənətkarların
yaradıcılığında bu janra geniş
şəkildə müraciət
edilmişdir. Sərraf Şiruyənin
də yaradıcılığında
bayatı janrı əsas yerlərdən birini tutur. Şairin on cildlik əsərlər külliyatının birinci
cildində verilmiş
668 cinas bayatısı
dedikləmizi bir daha təsdiqləyir.
Sərraf deyər,
qara yaz,
Nəfəs saldı qara
yaz.
Göyçənin dağlarından,
Getdi tamam qar, ayaz.
Və yaxud:
Sərrafam, yamanam
mən,
Yamana yamanam mən.
Ölüm o gün
fərz olar,
Yamana yamanam mən.
Birinci bayatının
birinci misrasında "qara yaz" sözü ağ kağız üstdə qara yazmaq, ikinci
misrada "yaz nəfəs salıb qarı əritdi" dördüncü misrada isə "qar, ayaz" mənasında, ikinci bayatının birinci misrasındakı
"yamanam mən"
sözləri "yamanam,
hər işi bacaranam" ikinci misrada "pisə pisəm", dördüncü
misrada "yamana yamandığım gün,
yamana birləşdiyim
gün ölüm mənə fərz olar" mənalarını
ifadə edir. Əgər onun hər bayatısını
ayrıayrılıqda dağlarımızda
bitən rəngarəng
çiçəklərə bənzətsək, onda bu bayatılarda torpaqlarımızın ətrini,
rahiyəsini, xalqımızın
etnik milli psixologiyasını, ruhunu,
vətənə, yurda,
soykökə bağlılığını
və şairin könül çırpıntılarının
əks sədasını
geniş mənada hiss
etmiş olarıq. Bir sözlə bu bayatılar forma və məzmunca o qədər birbirinə bağlıdır
ki, onları xalq yaradıcılığı
nümunələrindən ayırmaq olmur.
Sərraf Şiruyə təcnislərinin
ideya estetik qayəsi oxucuda qüvvətli hisshəyacan
doğurması müəyyən,
konkret hadisələrin
təsviri ilə güclü emosiya yaratması baxımından
müasir təcnis yaradıcıları içərisində
ən qüdrətli sənətkarlarımızdandır. Buna görə də hər hansı bir məqalə və yaxud kiçik
bir qəzet yazısında Sərraf Şiruyə kimi qüdrətli söz ustadının təcnis yaradıcılığını geniş şəkildə
tam təfsilatı ilə
araşdırıb təcnissevər
oxucu auditoriyasına çatdırmaq qeyrimümkündür.
Bu folklorşünas alimlərimizin işidir və inanırıq ki, Sərraf Şiruyənin təcnislərinin
elmi araşdırılması
tədqiqatçılarımızın nəzərindən qaçmayacaqdır.
MÜTƏLLİM HƏSƏNOV
Ədalət.- 2009.- 18 aprel.- S.16.