SAĞLIĞINDA QİYMƏT
VERİN İNSANLARA...
Bir arzum var, ay adamlar, qoyun deyim,
Sağlığında qiymət verin insanlara,
Yaxşılara sağlığında
yaxşı deyin,
Sağlığında yaman deyin yamanlara,
Yalnız, yalnız
sağ olanda,
Hər kəs əsl
qiymətini bilər onda.
Bu sözlərim düz
olmasa töhmət edin,
Sizdən ricə
eləyirəm milyon kərə,
Şairlərə sağlığında
hörmət edin,
Sağlığında heykəl qoyun ölməzlərə...
Gələcəyə çox da ümid
bağlamayın,
Sözünüzü sonralara saxlamayın.
Zəhləm gedir
sonralardan,
Vaxtsız dinən
zurnalardan,
Boşboğazdan, avaradan,
Toydan sonra nağaradan.
Sağlığında sevindirin təmizləri,
Siz
həyatda bu amalla addımlayın.
Sağlığında ifşa edin xəbisləri,
Satqınlara sağlığında
satqın deyin,
Tülkü deyin
tülkülərə,
Aslan deyin aslanlara.
Sağlığında qiymət verin insanlara...
Hər kəs bilsin öz yerini
necə sağdır,
bu, pislərin həyatını
qısaltmaqdır
yaxşılarının
həyatını uzatmaqdır...
bu nədəndir ölən
kimi, qəlbimizdə
adamlara sevgi, hörmət aşıb-daşır.
Ölən kimi yaxşılar
da yaxşılaşır.
Yamanlar da yaxşıaşır...
Çirkinlər də
təmiz olur ölən kimi...
Yadlar belə əziz olur
ölən kimi...
xatirələr söyləyirik,
nekroloqlar qollayırıq,
hamısını
ucdantutma yaxşı deyib
o dünyaya yollayırıq.
Bu gecikmiş xeyir-dua kimə gərək?
Bundan məzar böyüyəcək,
ya ölənmi diriləcək?
Xoşum gəlmir
Bu köhnəlmiş adətlərdən,
Xoşum gəlmir...
Bu sərdabə sevgiərdən,
hrmətlərdən
xoşum gəlmir.
İstəmirəm vaxt-vədəsiz
şöhrəti mən,
Bir an ömrü
milyon qızıl ölüm gələ
dəyişmərəm...
diri üçün iynə boyda hörməti mən
ölü üçün min heykələ
dəyişmərəm...
düz deməsəm., onda məni bağışlayın,
Ü tutaram uşaqlara,
qocalara, cavanlara,
Sağlığında qiymət verin insanlara,
Yaxşılara sağlığında
yaxşı deyin,
Sağlığında yaman deyin yamanlara...
O VAXT ANAM CAVAN İDİ...
O vaxt
O toyların ziynətiydi,
ziynəti...
Amma birdən atam getdi dünyadan
Mən anamı heç oynayan görmədim...
Kəndimizdə o hamıdan
gözəldi,
Başdan-başa geyinərdi
zərxara...
Mağararda təran
kimi süzərdi,
Atam öldü ta getmədi toylara...
Elə bil ki, birdən beli əyildi,
Uzun qara saçlarına düşdü
dən...
Çox cavanlar
Qız-gəlinlər evdən-evə köçdülər...
Mənim də ki, boy calandı boyuma,
Amma qəlbim sevinmədi, gülmədi...
Ta anamın həsrət
qaldım oynuna,
Ta anamı heç
oynayan görmədim...
Bacıma da bir bahar toy qurdular,
Axırda da bir "Vağzalı" çalındı.
Hey anamın qabağında
durdular,
O gizləndi çarşabının
dalında...
Göz yaşıyla
o bacımı ötürdü,
Dedi, - quzum, Allah
sənə yar olsun...
Gəlin bacım
bulud kimi tutuldu,
Anasının bərk
boynuna sarıldı...
- Qızım köçdü,
xoşbəxt olsun, - dedilər,
Bir oğlun var onun toyun
görəsən...
Daha onda, ay Qızıgül bəxtəvər,
Göz dolusu oynayasan gərək sən...
Bir gün mən də eşq səsinə ayıldım,
Özümə bir
yuva hörmət istədim...
Müqəddəsdir elimizin
adəti...
Sonra
Mənsə zaman
necə keçdi bilmədim...
Qəribədir mən
Qızılgül anamı,
Toyumda da heç oynayan görmədim...
Bir qış günü vida dedi həyata,
Atam oldu son istəyi, son sözu...
Nə böyükmüş,
nə möhkəmmiş,
xudaya,
Bizim ata-anaların
sevgisi...
Belə olub bu millətin keçmişi,
Heyf, indi onun quru adı var.
Hanı indi atam kimi bir
kişi,
Hanı indi
Bəli, o vaxt
O toyların bəzəyiydi,
ziynəti...
Nə zaman ki, atam getdi
dünyadan,
Mən anamı heç oynayan görmədim...
SƏN ELƏ BİR
VAXTDA
RAST GƏLDİN MƏNƏ
Sən elə bir vaxtda rast
gəldin mənə,
Qurumuş
bulağam, bulanmış
suyam...
Sən elə bir vaxtda rast
gəldin mənə,
Oxunmuş nəğməyəm, çalınmış toyam.
Nə gücüm
çatdı ki, səndən yapışım,
Nə gücüm
çatdı ki, səndən qaçam mən...
Nə odum oldu ki, yanam,
alışam,
Nə sehrim oldu ki, cavanlaşam
mən...
Sən elə bir vaxtda rast
gəldin mənə,
Ömrün payız
vaxtı, xəzəl
çağıydı...
Sən elə bir vaxtda rast
gəldin mənə,
Sənin gəncliyinin
gözəl çağıydı...
Nə deyə bildim ki, tutmaz
sevdamız,
Nə deyə bildim ki, tutar
bizimki...
Bizimdir səmada
axan o ulduz,
O uzaqda itən
Sən elə bir vaxtda rast
gəldin mənə,
Dayanıb durmuşdum
yol ayrıcında...
Sən elə bir vaxtda rast
gəldin mənə,
Bir üzüm cavandı, bir üzüm qoca...
Nə deyə bildim ki, sevən
çağımdı,
Nə dedim sevirəm, mənə dayaq ol...
Nə deyə bildim ki, mənə
yaxın dur,
Nə deyə bildim ki, məndən
uza qol...
Sən elə bir vaxtda rast
gəldin mənə,
Ömrün eşq
badəsi içilmiş
idi...
Sən elə bir vaxtda rast
gəldin mənə,
Mənzilimin çoxu
keçilmiş idi...
Nə deyə bildim ki, ürəksən
mənə,
Nə deyə bildim ki, ürək
deyilsən...
Nə deyə bildim ki, gərəksən
mənə,
Nə deyə bildim ki, gərək
deyilsən...
Sən elə bir vaxtda rast
gəldin mənə,
Bu necə fəsildi,
necə vaxt idi...
Sən elə bir vaxtda rast
gəldin mənə,
Bu necə taleydi,
necə bəxt idi...
Nə deyə bildim ki, pənahsızam
mən,
Nə deyə bildim ki, pənah
məndədir...
Nə deyə bildim ki, günahsızam
mən,
Nə deyə bildim ki, günah
məndədir...
Sən elə bir vaxtda rast
gəldin mənə,
Özüm öz
halıma gülmək istədim...
Sən elə bir vaxtda rast
gəldin mənə,
Təzədən dünyaya
gəlmək istədim...
GECİKMİŞ MƏHƏBBƏT
MAHNISI
Sən gizli gəlmisən ömrümə,
inan,
Bu gizli eşq
ilə yaşayacağam.
Dünyanın ən
ağır yükü
sayılan,
Gecikmiş məhəbbət daşıyacağam.
Sən mənim ömrümdə açan
çiçəksən,
Onu
ürəyimdə bəsləyəcəyəm.
Sən məni heç zaman görməyəcəksən,
Mən səni hər
zaman gözləyəcəyəm.
Uzaqdan göz qoyub gözünə sənin
Sanki görəcəyəm
Allahımı mən.
Düşüb qarış-qarış
izinə sənin,
Əzbərləyəcəyəm yollarını mən
Səni zərrə-zərrə
kəşf edəcəyəm,
Səni milyon kərə
kəşf edəcəyəm.
Hər günü
adınla başlayacağam,
Hər günü adınla
bitirəcəyəm.
Səni röyalarda
oxşayacağam,
Səni xəyallarda
itirəcəyəm,
Sən məni heç zaman duymayacaqsan,
Mən bütün
ömrünü izləyəcəyəm,
Sən mənə məhəl
də qoymayacaqsan.
Mən səni həmişə səsləyəcəyəm,
Hər gün məni üçün doğulacaqsan,
Hər gün mənim
üçün yox olacaqsan.
Mənim sevincim də sən olacaqsan,
Mənim kədərim də
sən olacaqsan.
Mən sənin adına hər
saat, hər an,
Qəlbimdə məktublar yollayacağam.
Sən heç vaxt fikrimdən çıxmayacaqsan,
Mən heç vaxt
yadında qalmayacağam.
Beləcə həsrətlə
qocalacağam,
Belə enəcəyəm, ucalacağam.
Keçib hər alovdan,
keçib hər oddan.
Böyük əzabından
şad olacağam,
Sən mənə
həyatda ən doğma adam,
Mən sənə
yaddan da yad olacağam,
Sən ömr edəcəksən ayrı
adamla,
Mən kiməm, nəçiyəm
bilməyəcəksən.
Bir gün bu dünyadan sənin adınla,
Köçüb gedəcəyəm bilməyəcəksən.
Cabir NOVRUZ
Ədalət.- 2009.- 18
aprel.- S. 20.