Bakı Bəyannaməsi
qəbul olundu
İslam Konfransı Təşkilatına üzv dövlətlərin hüquq mühafizə orqanları rəhbərlərinin Azərbaycan paytaxtında keçirilən iki günlük konfransının yekunlarına dair Bakı Bəyannaməsi qəbul olunub.
APA-nın
məlumatına görə,
Bəyannamədə qeyd
olunur ki, hüquq mühafizə orqanlarının rəhbərləri
BMT və İKT-nin nizamnamələrinə və
beynəlxalq hüququn
prinsiplərinə hörmət
ifadə edərək,
İKT-yə üzv olan dövlətlərin suverenliyinə, müstəqilliyinə
və ərazi bütövlüyünə hörmək
etmək, onları qorumaq və müdafiə etməkdə
qərarlı olduqlarını
bildirərək, sülh
və dözümlülük,
bəşəriyyətə və bütün varlıqlara hörmət dəyərlərini əks
etdirən əqidələrinin
ali məramlarına sadiqliklərini bir daha təsdiqləyərək,
rifah və inkişafa nail olmaq məqsədilə cinayət
probleminə qarşı
mübarizə aparılmasında
İKT-yə üzv olan dövlətlər arasında sıx əlaqələndirmə və
əməkdaşlığın vacibliyini vurğulayaraq və müvafiq olaraq yeni əməkdaşlıq
metod və vasitələrdən istifadə
edilməsinin zəruriliyini
tanıyaraq, müxtəlif
din və mədəniyyətlərin
əsassız olaraq hədəfə alınmasına
yol verilməməsinin
beynəlxalq cinayətkarlıqla,
xüsusilə terrorçuluqla
mübarizə aparılması
üçün ən
vacib elementlər arasında olan beynəlxalq əməkdaşlığa
töhfə verəcəyini
vurğulayaraq və heç bir terror aktına hər hansı bir şəraitdə bəraət
qazandırılmasının qeyri-mümkün olduğunu
bir daha təsdiq edərək, dövlətlərin terrorçuluqla
mübarizə məqsədi
ilə gördükləri
bütün tədbirlərin
onların beynəlxalq
hüquq üzrə götürdükləri öhdəliklərə
uyğun olmasını
və belə tədbirlərin BMT Nizamnaməsinə
və beynəlxalq hüquqa, xüsusilə də beynəlxalq insan hüquqlarına, qaçqınların hüququna
və humanitar hüquqa uyğun şəkildə qəbul
edilməsinin əhəmiyyətini
vurğulayaraq, cinayətlərin
qarşısının alınması
və cinayət ədliyyəsi sahəsində
İKT-yə üzv olan dövlətlərin üzləşdiyi təhdidlərin
daha səmərəli
şəkildə aradan
qaldırılması üçün
hüquq mühafizə
orqanları arasında
əməkdaşlığın təşviqi və dərinləşdirilməsinin zəruri olduğunu qeyd edərək, İKT-yə üzv olan dövlətlərin hüquq mühafizə orqanlarının qlobal xarakterli ağır cinayətlərə qarşı
birgə fəaliyyətinin
daha da gücləndirilməsi
məqsədi ilə müvafiq metod və vasitələrin hazırlanmasının vacibliyini
hamılıqla dərk
edərək, transmilli
cinayətlərin bütün
formalarının, xüsusilə
mütəşəkkil cinayətkarlığın
qarşısının alınması
və səmərəli
təhqiqatının aparılması
məqsədilə cinayət
ədliyyəsi və
hüquq mühafizə
orqanlarının regional və
sub-regional əməkdaşlığı
üçün zəruri
infrastrukturun yaradılması
niyyətində olaraq,
beynəlxalq terrorçuluğun,
ekstremizmin bütün
forma və təzahürlərinin,
təcavüzkar separatizmin,
silahların, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının
qanunsuz dövriyyəsinin,
insan alverinin, qanunsuz miqrasiyanın, cinayət yolu ilə əldə olunmuş pul vəsaitlərinin və ya digər əmlakın
leqallaşdırılmasını, terrorçuluğun maliyyələşdirilməsini,
korrupsiyanın dərin
təsiredici xarakterini
nəzərə alaraq,
transmilli cinayətlərin,
o cümlədən nəzarətsiz
ərazilərdə cinayət
və təhdidlərin
mövcudluğunun beynəlxalq
təhlükəsizlik və
sabitliyə təhlükə
törətdiyini vurğulayaraq,
15-17 mat 2006-cı ildə İran
İslam Respublikasının
İsfahan şəhərində
keçirilən İKT-yə
üzv olan dövlətlərin polis orqanlarının
rəhbərlərinin birinci
konfransının nəticələrini
qeyd edərək, bu cür cinayətlərə
qarşı mübarizədə
qarşılıqlı razılaşdırılmış
siyasətin aparılmasının
əhəmiyyətini təsdiq
edərək aşağıdakıları
bəyan edirlər.
Sonda qonaqlar konfransın Bakıda yüksək səviyyədə təşkili
və keçirilməsinə,
eləcə də səmimi qonaqpərvərliyə
görə Azərbaycan
hökuməti və xalqına öz təşəkkürlərini bildirib,
hazırkı çərçivədə
əməkdaşlıq istiqamətlərinin
müəyyənləşdirilməsinə
başlanılmasını təqdirəlayiq hesab ediblər.
Ədalət.- 2009.- 23 aprel.- S. 7.