Kiçik və orta sahibkarlar ASB-nin diqqət mərkəzindədir
BANK İNDİYƏ QƏDƏR MÜXTƏLİF
BÖLGƏLƏRDƏ KƏND TƏSƏRRÜFATININ
İNKİŞAFI İLƏ ƏLAQƏDAR 1 MİLYON 563
MİN 640 MANAT KREDİT XƏTTİ AYIRIB
Ölkə prezidentinin rəhbərliyi ilə Nazirlər Kabinetinin 2009-cu ilin I rübündə sosial-iqtisadi inkişafın yekunlarına həsr olunan iclasında ölkə rəhbərliyi tərəfindən özəl sektorun inkişafına dövlət dəstəyinin daha da gücləndirilməsi mühüm vəzifə kimi qarşıya qoyulub. Bu vəzifələrin yerlərdə yerinə yetirilməsi üçün ayrı-ayrı regionlarda zona müşavirələrin keçirilməsinə başlanılıb. Bu silsilədən olan növbəti konfrans aprelin 24-də Xaçmaz şəhərində "Regionlarda sahibkarlığın inkişafına dövlət dəstəyi" mövzusunda tədbir keçirildi. Əvvəlcə tədbir iştirakçıları Quba, Xaçmaz, Qusar, Dəvəçi və Siyəzən rayonlarının daxil olduğu Quba-Xaçmaz iqtisadi rayonunda fəaliyyət göstərən və indiyədək Sahibkarlığa Kömək Milli Fondunun (SKMF) güzəştli kreditlərindən istifadə etmiş sahibkarların istehsal etdikləri məhsulların və xidmətlərin sərgisi ilə tanış oldular. Heydər Əliyev adına Mədəniyyət Mərkəzində düzənlənən konfransı Xaçmaz rayon icra hakimiyyətinin başçısı Şəmsəddin Xanbabayev açdı. O bildirdi ki, digər bölgələr kimi respublikamızın şimal bölgəsində də SKMF-nun səmərəli fəaliyyəti xüsusilə əhəmiyyətlidir: "Quba-Xaçmaz bölgəsində 1 milyon manatlıq kredit verilib. Nəticədə 1200-dən artıq yeni iş yeri açılıb. Hesab edirik ki, Fondun vəsaitləri hesabına sahibkarların investisiya layihələrinin maliyyələşdirilməsi bu il də inamla və uğurla davam etdiriləcək".
SKMF-nun icraçı
direktoru Şirzad Abdullayev bildirdi ki, bu il dövlət büdcəsindən Fonda güzəştli
kreditlərin verilməsi
üçün ayrılmış
vəsaitlər də
daxil olmaqla, ümumilikdə sahibkarlara
130 milyon manat həcmində güzəştli
kreditlərin verilməsi
proqnozlaşdırılır:
"İndiyədək
Gəncə-Qazax, Dağlıq
Şirvan və Aran iqtisadi rayonlarında
Fondun vəsaitləri
hesabına 200 sahibkara
müvəkkil kredit təşkilatları vasitəsilə
10 milyon manata yaxın güzəştli
kreditlər verilib.
İcraçı direktor sahibkarlar tərəfindən kredit üçün təqdim olunan investisiya layihəsinin qaydalara uyğun hazırlanmadığını narazılıqla vurğuladı: "Sahibkarları bu istiqamətdə marifləndirmək üçün treninqlər təşkil edirik. Çox təssüf ki, əksər sahibkarlar bu təlimlərdə iştirakdan yayınırlar, heç bir maraq göstərmirlər. Məsələn, Xaçmazda treninq keçirmək üçün 48 sahibkarı çətinliklə bir yerə toplamağa nail olmuşuq".
Sonra Sahibkarlığa Kömək Milli Fondunun vəsaitləri hesabına 6 müvəkkil kredit təşkilatı vasitəsilə kənd təsərrüfatı və sənaye məhsulları istehsalı və emalı, xalq sənətkarlığı, o cümlədən xalçaçılıq sahələrində çalışan 48 sahibkara güzəştli kreditlər verildi.
Qeyd edək ki, həmin
gün tədbir çərçivəsində təşkil olunan kredit kampaniyasında aktiv iştirak edən müvəkkil kredit təşkilatlarından
biri Azərbaycan Sənaye Bankı ASC (ASB) idi. Bankın korporativ
kreditlər üzrə
baş mütəxəssisi
Ruslan Babayev bildirdi ki, 13 illik inkişaf tarixi boyunca mühüm nailiyyətlər
əldə edilib:
"Son üç ildə
isə İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığa Kömək
Milli Fondun (SKMF) vəsaitlərinin sahibkarlıq
subyektlərinə çatdırılması
üçün seçilən
müvəkkil kredit təşkilatı olaraq fəaliyyət göstərir".
Bank rəsmisi qeyd etdi ki, müvəkkil kredit təşkilatı kimi ASB bu istiqamətdə geniş layihələr həyata keçirməkdədir: "ASB 2009-cu ildə də ölkə iqtisadiyyatının inkişafı ilə əlaqədar olaraq, kiçik və orta sahibkarlıq subyektlərinin təqdim etdiyi əsasən kənd təsərrüfatına və digər investisiya layihələrinin maliyyələşdirilməsinə qərar verib. Bu məqsədlə ilkin olaraq, 1,9 milyon manan vəsaitin kredit xətti ilə verilməsinə başlanıb. ASB bu günə kimi Azərbaycan bölgələrində kənd təsərrüfatının inkişafı ilə əlaqədar 1 milyon 563 min 640 manat kredit xətti ayırıb. Başqa sahələri təmsil edən kiçik və orta sahibkarlıq subyektlərinin inkişafı üçün 4 milyon 676 min 842 manat, digər iri investisiya layihələrinin maliyyələşdirilməsi məqsədi ilə 4,2 milyon manat vəsait ayırıb".
R.Babayev dedi ki, respublikamızın müxtəlif bölgələrinin
inkişafı üçün
ASB-nin bu sahəyə göstərdiyi
diqqət və qayğı xüsusi qeyd edilməlidir: "Bu diqqət sayəsində İmişli və Biləsuvar bölgəsində
kənd təsərrüfatının
inkişafı üçün
lazımi kreditlər ayrılıb. Nəticədə
həmin bölgədə
aqrar sənaye kompleksinin yaradılması
prosesinə başlanılıb".
Mütəxəssisin sözlərinə
görə, ASB hər
il olduğu
kimi bu ildə
də aqrar sektor üzrə fəaliyyət göstərən
sahbikarların maddi tələbatının qarşılanması
üçün kredit
verilməsi işlərini
davam etdirəcək:
"Artıq üç
il ərzində ASB güzəştli kreditlər
sayəsində, yüksək
nailiyyətlər əldə
edən kiçik və orta sahibkarlıq
subyektləri - yerli sakinlər, artıq iri sahibkarlıq subyektlərinə çevrilməkdədir.
Bu da bizim
uğurumuzun bir hissəsidir".
Xaçmazda təşkil
olunan kredit kampaniyasında ASB tərəfindən
kiçik və orta sahibkarlıq nümayəndələri olmaqla
8 iş adamına (hər biri min manat olmaqla) Nağd pul şəklində
güzəştli kredit
verildi.
Kredit alan hər bir sahibkar ASB-dən razılıq ifadə etdilər.
Vüsal
Ədalət.- 2009.- 28 aprel.- S. 7.