"AZƏRSUN HOLDINQ" FƏALİYYƏTİNİ GENİŞLƏNDİRİR

 

"Azərsun Holdinq" Şirkətlər Qrupunun Azərbaycan iqtisadiyyatının inkişafında, ərzaq təhlükəsizliyi yolunda böyük xidmətlərinin olması barədə qədər yazılsa da, yenə azdır. Şirkət 1990- illərin əvvəllərindən, yəni Azərbaycanda fəaliyyətə başladığı ilk gündən yalnız Azərbaycan iqtisadiyyatının, kənd təsərrüfatının inkişafı üçün çalışır. Şirkət nəinki Bakıda, hətta bölgələrdə geniş kənd təsərrüfatı sənaye müəssisələri yaratmaqda davam edir.   

"Azərsun Holdinq" şirkətlər qrupunun prezidenti Abdolbari Gözəl şirkət rəhbəri olaraq yeni-yeni iş yerlərinin açılmasında və insanların işlə təmin olunmasında əlindən gələn köməkliyi əsirgəməmişdir. Şirkətin fəaliyyətdə olan zavodlarından biri Xaçmazda yaradılıb. Aprelin 24- Azərbaycan mətbuatının bir qrup jurnalistləri "Azərsun Holdinq" şirkətinin İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Kazım Babayevin, Mətbuat Piar Xidmətinin müdiri Afiq Səfərovun təşkilatçılığı ilə zavodda oldu. Jurnalistlər zavodun fəaliyyəti, istehsal sahələri, yeni yaranacaq sexlər barədə ətraflı məlumat aldılar.  

Zavodun yerli əhalidən tərəvəz məhsulları - xiyar, pomidor, həmçinin alma qəbul etdikləri, burada daimi 220 nəfərin ihlə təmin olunduqu, mövsüm vaxtı isə 400 nəfərdən çox işçi olduğu, gün ərzində 80 ton meyvə məhsulları, 50 ton ət, 30 ton duza qoyulmuş tərəvəz məhsulları istehsal edildiyi, ötən ildən "kompot" istehsalına başlanıldığı və işçilərin əmək haqqının hazırkı bazarla uyğunluq təşkil etməsi də qonaqların nəzərinə çatdırıldı.  

Azərbaycanın paytaxtından uzaq bir bölgədə yaradılmış Qafqaz Konserv zavodunda istehsal olunan keyfiyyətli ərzaqlardan başqa buradakı səliqə-səhman, geniş, yaraşıqlı həyəti və müasir avadanlıqlar bizə Avropa ölkəsini xatırlatdı. İşçilər üçün yaradılan şərait, müasir avadanlıq qurğular tam olraq Avropa standartlarına uyğundur. Burada çalışan hər bir işçi şirkət tərəfindən ona göstərilən diqqət qayğının əvəzində öz işində böyük məsuliyyət hiss edir. Nəticədə xalqımız keyfiyyətli, təhlükəsiz ərzaq qida məhsulları ilə təmin olunur.  

Bütün bu uğurların səbəbkarı isə heç şübhəsiz "Azərsun Holdinq" Şirkətlər Qrupunun prezidenti Abdolbari Gözəldir. Məhz bu işgüzar insanın əməyinin bəhrəsidir ki, şirkət bu gün xalqımızın ərzaqla təminatında mühüm rol oynayır. İnanırıq ki, bundan sonra da hələ uzun illər Abdolbari Gözəlin rəhbərliyi altında "Azərsun Holdinq" Şirkətlər Qrupu yeni-yeni istehsal sahələri açacaq, əhalinin işlə, keyfiyyətli ərzaqla təminatında öndə gedən şirkət olacaq.

 

 

Vüsal MƏMMƏDLİ

 

Ədalət.- 2009.- 29 aprel.- S. 7.