Dövlət Gömrük
Komitəsi Mətbuat Xidmətinin məlumatı
Aprelin 29-da Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Aydın Əliyev Estoniya Respublikasının Vergi və Gömrük Şurasının baş direktoru Enriko Aavı və müavini Dmitriy Yeqorovu qəbul etmişdir.
Qonaqları səmimiyyətlə salamlayan Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev Azərbayjan ilə Estoniya arasında mövcud iqtisadi, siyasi, mədəni əlaqələrdən razılıqla söhbət açmış, Estoniya Prezidenti Toomas Hendrik İlvesin Azərbaycana rəsmi səfərinin ölkələrimiz arasında əməkdaşlığın yeni mərhələsinə təkan verdiyini vurğulamış, səfər zamanı azərbaycanlı həmkarı Prezident İlham Əliyevlə keçirdiyi görüşlərin, gerçəkləşən biznes forumun münasibətlərin daha da möhkəmləndirilməsi üçün yaxşı zəmin yaratdığını bildirmiş, əməkdaşlıq sferasının bundan sonra daha da genişlənəcəyinə əminliyini ifadə etmişdir.
Müstəqil Azərbaycanın Gömrük Xidmətinin keçdiyi inkişaf yoluna qısaca nəzər salan Komitə sədri istər büdcə gəlirlərinin formalaşmasında, istərsə də iqtisadi təhlükəsizliyin təmin edilməsində gömrük orqanlarının rolundan danışmış, informasiya texnologiyalarının tətbiqi, qanunvericilik bazasının möhkəmləndirilməsi istiqamətində həyata keçirilən tədbirlərdən bəhs etmiş, xüsusilə cari ilin yanvar ayından etibarən Azərbaycanın dövlət sərhəd-buraxılış məntəqələrində "bir pəncərə" prinsipinin tətbiqi barədə qonaqlara ətraflı məlumat vermişdir.
Qarşılıqlı səfərlərin mövcud əlaqələrə yeni impuls verdiyini xatırladan DGK sədri Aydın Əliyev iqtisadi-ticari əlaqələrin daha da inkişaf etdirilməsinin vacibliyini önə çəkmişdir.
İki ölkənin gömrük qurumları arasında əlaqələrə gəlincə, Komitə sədri mövcud əməkdaşlıgın gələcək perspektivlərindən danışmış, Estoniya Gömrük Xidmətinin informasiya texnologiyalarının tətbiqi sahəsində təcrübəsindən yararlanmağın ümumi işə faydasından bəhs etmiş, ümumiyyətlə, Estoniya nümayəndə heyətinin Azərbaycana səfərinin ölkələrimizin uyğun qurumları arasında əlaqələrin gələcək inkişafı istiqamətində mühüm addım olacağına ümidvar olduğunu bildirmişdir.
Səmimi qəbula
və göstərilən
yüksək qonaqpərvərliyə
görə Dövlət
Gömrük Komitəsinin
sədri Aydın Əliyevə təşəkkür
edən Estoniya Respublikasının Vergi və Gömrük Şurasının baş
direktoru Enriko Aav respublikamızda olmaqdan məmnunluğunu ifadə etmiş, həqiqətən Azərbaycanda
uğurlu inkişaf yolu keçən iqtisadi tərəqqinin şahidi olduğunu bildirmişdir.
Estoniya Respublikası
hökumətinin Azərbaycanla
əməkdaşlığa çox böyük önəm verdiyini vurğulayan Enriko Aav iki dost ölkə
arasındakı münasibətlərin
hazırkı durumundan
razılıqla söhbət
açmışdır.
Estoniya ilə Azərbaycanın gömrük orqanlarının
birgə gələcək
əməkdaşlığını müsbət qiymətləndirən
qonaq iki ölkənin uyğun qurumları arasında münasibətlərin daha
da dərinləşməsi
üçün heç
bir problemin olmadığını vurğulamış,
əlaqələrin dinamik
inkişafı istiqamətində
mövcud potensialdan maksimum yararlanmağın vacibliyinə toxunmuşdur.
Qısa zaman kəsiyində Azərbaycan gömrüyünün
inkişafını müsbət
dəyərləndirən estoniyalı
qonaq, öz növbəsində qarşılıqlı
təcrübə mübadiləsinin
mövcud əməkdaşlıq
əlaqələrinə yeni
impuls verəcəyinə
əminliyini ifadə etmişdir.
Görüşdə, eyni zamanda qarşılıqlı
maraq doğuran bəzi məsələlər
ətrafında geniş
fikir mübadiləsi aparılmışdır.
Sonra estoniyalı
qonaqlar Dövlət Gömrük Komitəsinin
Mərkəzi Hospitalı
ilə
Daha sonra estoniya nümayəndə
heyəti Bakı Baş Gömrük İdarəsində, Ümumdünya
Gömrük Təşkilatının
Bakıda yerləşən
Regional Tədris Mərkəzində,
Dövlət Gömrük
Komitəsinin Kinoloci Mərkəzində və
"Azərterminalkompleks" Təsərrüfat Hesablı
Xarici İqtisadi Birliyin inzibati binasında olmuşlar.
Bakı Baş Gömrük İdarəsinə
də baş çəkən nümayəndə
heyəti buradakı iş prosesi ilə yaxından
ÜGT Regional Tədris Mərkəzində
olan qonaqlara məlumat verilmişdir ki, mərkəzdə artıq bir sıra beynəlxalq və regional tədris kursları keçirilmiş,
seminarlar, treninqlər
təşkil olunmuşdur. Müasir
tipli tədris otaqlarına, müdavimlərin
təlim və hazırlığı üçün
elektron kitabxanaya baş çəkən qonaqlara həmçinin bildirilmişdir ki, burada müxtəlif ölkələrdən və
Azərbaycanın bölgələrindən
gələn müdavimlərin
rahatlığının təmin
edilməsi üçün
otel tipli yataqxana, idman zalı, iaşə obyektləri, tibb otağı da fəaliyyət göstərir.
Sonra Kinoloci Mərkəzdə olan qonaqlara məlumat verilmişdir ki, xidməti itlərin təlimi və onların baytarlıq müayinəsi üçün
zəruri olan ən müasir avadanlıqlarla və digər texniki vasitələrlə təchiz
olunan mərkəzdə
narkotik vasitələrdən
əlavə silah və partlayıcı maddələrin axtarışı,
həmçinin mühafizə
və zəlzələ
zamanı dağıntılar
altında qalan insanların aşkar edilməsi üçün
itlərin hazırlanması
və təkmilləşdirilməsi
işi də həyata keçirilir. Mərkəzlə tanışlıqdan
sonra qonaqlar xidməti itlərin təlim prosesini izləmişlər.
Hər iki mərkəzlə tanışlıq qonaqlarda
xoş təəssürat
yaratmışdır.
Şamxal
Ədalət.- 2009.- 30 aprel.- S.4.