"Məhkum
olunmuş Xocalı"
kitabı işıq üzü gördü
Dünən Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının təşkilatçılığı ilə jurnalist Tatyana Çaladze tərəfindən tərtib olunmuş "Qarabağ soyqırımı: Məhkum olunmuş Xocalı" kitabının təqdimetmə mərasimi keçirilib.
Təqdimat mərasimində
çıxış edən
komissiyanın katibi Şahin Sailov bildirib ki, kitab
Milli Təhlükəsizlik
Nazirliyi, Daxili İşlər Nazirliyi və Respublika Prokurorluğunun birgə istintaq-əməliyyat qrupunda,
o cümlədən Dövlət
Komissiyasında toplanılmış
materiallar əsasında
hazırlanıb. Milli təhlükəsizlik
naziri Eldar Mahmudovun və Azərbaycan prezidentinin hərbi məsələlər
üzrə müşaviri
Vahid Əliyevin dəstəyi ilə rus dilində çap olunan kitab yaxın vaxtlarda latış dilinə, sonra isə ingilis və başqa dillərdə tərcümə
olunacaq: "İstintaq
başa çatmamış
istintaqın materiallarının
açıqlanmasına
hüquqi cəhətdən
yol verilmir. Kitabda təqdim olunmuş materiallar içərində ilk dəfə olaraq həm istintaq materialları, həm də son dərəcə
məxfi sənədlər
yer alıb. Azərbaycanda indiyədək
bu tərtibatda kitab çap olunmayıb".
Bakı Dövlət Universitetinin professoru Musa Qasımov isə bildirib ki, sözügedən kitab bir neçə ildən sonra tədqiqatçılar üçün əvəzedilməz mənbə olacaq. Alim kitabın bir neçə nüsxəsinin Amerika prezidenti Barak Obamaya və digər ölkələrin prezidentlərinə də göndərilməsini təklif edib. Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) İnsan Hüquqları İnstitutunun şöbə müdiri Araz Qurbanov isə bildirib ki, ölkənin hüquq - mühafizə orqanlarının arxivlərində olan materiallar xarici dillərə çevrilərək çap olunmalıdır: "Bu materialların beynəlxalq ictimaiyyətə çatdırılması üçün kifayət qədər hüquqi imkanlar var. Xocalı faciəsi ilə yanaşı, Qaradağlı, 20 Yanvar, Sumqayıt faciələri də dosye şəklində ingilis dilində çap olunmalıdır".
VÜSAL
Ədalət.- 2009.- 30 aprel.- S. 7.