İstifadəsi qadağan olunmuş dini ədəbiyyatlar
Azərbaycan müstəqillik qazandıqdan sonra ölkədə yaranan dini icmalar, müxtəlif icma üzvlərinə qarşı təzyiq göstərilməsi, dini icmaların qanundan kənar fəaliyyəti, hansısa icma üzvlərinin həbs olunmaları, dini ədəbiyyatların qadağan edilməsi və bu kimi məlumatlar həmişə gündəmdə olub. Ümumiyyətə, Azərbaycanda "dini icma" məfhumu ən çox həssaslıqla qarşılanan anlayışlardan biridir. Əhalisinin 96 faizini müsəlmanlar təşkil etdiyi halda, ölkədə yüzlərlə ayrı-ayrı dini icmanın fəaliyyət göstərməsi, özü də bu icmaların əksəriyyətinin müsəlman təmayüllü olması təəccüb doğurur. Azərbaycan dünyanda tolerantlığın, dini dözümlülüyün hökm sürdüyü əsas ölkələrdən biri hesab olunsa da, tez-tez dini icmalara qarşı təzyiqlər, onların həbs edilməsi haqda informasiyalar yayılır. Bunlar həqiqətdirmi? Əgər bu informasiyalar həqiqətdirsə, belə çıxır ki, Azərbaycanda tolerantlıq, dini etiqad azadlığının qorunması haqda yazılanlar söz yığınıdır? Bəlkə heç həbs olunanlar, təzyiqlərlə üzləşənlər dini etiqadlarının "cəzasını" çəkmirlər?
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Dini qurumlarla iş şöbəsinin müdiri Gündüz İsmayılov isə APA-ya açıqlamasında hazırda Azərbaycanda 534 dini icmanın dövlət qeydiyyatına alındığını deyib. Şöbə müdiri bu icmalardan 32-nin qeyri-islam, 502-nin isə islam təmayüllü olduğunu bildirib. G. İsmayılov ümumilikdə Azərbaycanda 1750 məscidin olduğunu, onlardan 800-ə yaxının fəaliyyət göstərdiyini diqqətə çatdırıb: "Təxminən 300 dini icma qeydiyyatsız fəaliyyət göstərir. Bəzi məscidlərə gələnlərin sayı heç beş nəfər olmur. Yəni beş nəfərin bir yerə yığışmasını da icma saymaq düz deyil".
G. İsmayılovun sözlərinə görə, bu gün istənilən adam ətrafına ən azı 11 nəfər toplayaraq, dini icma yarada və onu qeydiyyatdan keçirmək üçün müraciət edə bilər: "Lakin Azərbaycanda onlarla, yüzlərlə məscid var ki, orada bir icma yaradılacaq qədər adam belə ibadət etmir".
Komitə rəsmisi Azərbaycanda heç bir dini icmanın fəaliyyətinin qadağan edilmədiyini, qeydiyyatsız fəaliyyət göstərən icmalara qarşı isə heç bir təzyiq olmadığını bildirib: "Azərbaycanda heç bir dini icmanın, o cümlədən "Yəhovanın şahidləri" və "Babtist" dini icmalarının fəaliyyəti qadağan olunmayıb. "Yəhovanın şahidləri" dini icması Bakı şəhərində qeydiyyatdan keçib və sərbəst şəkildə fəaliyyət göstərir. Eyni zamanda "Babtist" dini icması da Bakıda, Gəncədə və Sumqayıtda qeydiyyatdan keçib və həmin ərazilərdə fəaliyyət göstərir".
Şöbə müdiri
deyib ki, dini icmalar yalnız
qeydiyyatdan keçdiyi
ərazilərdə fəaliyyət
göstərə bilərlər:
"Bakı şəhərində
qeydiyyatdan keçən
"Yəhovanın şahidləri"
dini icmasının nizamnaməsində yazılıb
ki, bu qurumun
fəaliyyət göstərdiyi
ərazi ancaq Bakı şəhəridir.
Əgər bu icma Bakı şəhərindən
kənarda fəaliyyət
göstərirsə, bu,
pozuntu hesab olunmamalıdır?"
G.İsmayılovun sözlərinə görə,
indiyə kimi qanunsuz fəaliyyət göstərən heç
bir dini icmanın üzvü həbs edilməyib. Vaxtı
ilə həbs edilən Zaur Balayev və Həmid Şabanova gəlincə, G. İsmayılov
deyib ki, adıçəkilən şəxslərin
həbsi onların
"Babtist" dini icmasının üzvü
olmaları ilə əlaqədar deyil: "Zaur Balayev dükan
adı ilə icazəsiz məbəd tikdirib. Məhkəmə bu məbədin sökülməsi ilə
bağlı qərar çıxarıb, o isə məhkəmənin
qərarına əməl
etməyib. Məhkəmə
qərarını icra
etmək istəyən
aidiyyəti şəxslərə
isə müqavimət
göstərib və sırf bu səbəbdən
həbs edilib. Həmid Şabanov isə evində qanunsuz silah saxladığına görə
tutulub".
Şöbə müdiri
onu da əlavə
edib ki, dini etiqadlarından irəli gələrək
əllərinə silah
almaq istəməyən
"Yəhovanın şahidləri"
dini icmasının bir üzvü belə həbsdə deyil: "Hazırda Azərbaycanda dini etiqadına görə hərbi xidmətə getməkdən imtina etdiyi üçün həbs edilən yoxdur. Ermənistanda isə hazırda "Yəhovanın şahidləri"
icmasının üzvü
olduğu üçün
hərbi xidmətdən
imtina edən 37 nəfər həbsdədir.
Bu çox vacibdir ki, indiyə
qədər heç bir beynəlxalq təşkilat Azərbaycanda
dini tolerantlığın
olmaması ilə bağlı bəyanat verməyib".
Qadağan olunmuş
dini ədəbiyyatlar
aşağıdakılardır
1. "Namazı
tərk edənin hökmü" - müəllif
Əl Albani
2. "Gecikmiş
etiraflar" - müəllif
Məhəmməd İbn
Əbdül Əziz Əl Müsnəd
3. "İnsanların
əhəmiyyət vermədiyi
haramlar və onlardan çəkinmək"
- müəllif Məhəmməd
Saleh Əl Münəccid.
4. "Kim müsəlmandır?"
- müəllif Zihəddin Əl Qüdsi
5. "Kamana
yetiş" - müəllif
Şəhid Abdulla Azzam
6. "Birinci
yəhudi fitnəsinin
nəticələri" - müəllif
Zahirəddin Əl Mədəni
7. "Allah bizdən
nə tələb edir?" - (xristianlığa
aid)
8. "Həyatın
mənası nədədir?
- (xristianlığa aid)
9. "Müqəddəs
kitab əslində nə öyrədir?"
- (xristianlığa aid)
Ədalət.- 2009.- 30 aprel.- S. 7.