"Eurovision"da Araşın mahnısı ilə təmsil olunacağıq

 

Gövhər Həsənzadə: Bəstəkarlarımız o qədər qiymətsiz oldu ki, Avropa səhnəsinə mahnı yaza bilmədi?

 

Bu ilin mayında Moskvada keçiriləcək "Eurovision-2009" müsabiqəsində Azərbaycanı təmsil edəcək Aysel Teymurzadə əslən Cənubi Azərbaycandan olan bəstəkar və müğənni Araşın "Always" mahnısını ifa edəcək. "Eurovision" müsabiqəsinin rəsmi internet saytının xəbərinə görə, "Eurovision-2009" musiqi yarışmasında Azərbaycan təmsilçisinin ifa etməsi üçün 30-a yaxın bəstəkar İTV- mahnısını təqdim edib. 

A. Teymurzadənin ifa edəcəyi mahnı isə İTV-nin baş direktoru İsmayıl Ömərov, Bakı Musiqi Akademiyasının rektoru Fərhad Bədəlbəyli, Azərbaycan Mədəniyyətinin Dostları Fondunun icraçı direktoru İbrahim Quliyev, Beynəlxalq Musiqi Şurasının Azərbaycan Milli Musiqi Komitəsinin prezidenti Lalə Kazımova, Azərbaycan Dövlət Filarmoniyasının direktoru Murad Adıgözəlzadə, Mədəniyyət Turizm Nazirliyinin sektor müdiri Mənzər Nurəliyeva Gənclər İdman Nazirliyinin nümayəndəsi Fərhad Hacıyevdən ibarət 7 nəfərlik münsiflər heyəti tərəfindən seçilib.   

Münsiflər heyətinin üzvü Murad Adıgözəlzadə bildirib ki, Azərbaycanı "Eurovision" səhnəsində təmsil edəcək Aysel üçün ən yaxşı mahnını məhz Araş təqdim edib:    

""Always" əsl biz axtardığımız mahnıdır. Bu, 100 faiz "Eurovision" hitidir fikrimizcə, Ayselə tam uyğundur. Əminik ki, bu maraqlı kompozisiya Avropanın hitinə çevriləcək. Mahnı seçimindən tam razıyıq, indi isə parlaq keyfiyyətli şou düzənləməyin zamanıdır".   

Araş müsabiqənin yekunları ilə bağlı açıqlamasında mahnısının uğur qazanacağına inandığını bildirib: "Azərbaycanın mahnı seçimi elan etməsi barədə internetdə oxudum. Cəmi bir gecə gün ərzində çoxdan üzərində işlədiyim mahnını tamamladım. Çatışmayan bircə şey var idi - bu mahnının kimin üçün yazıldığını anlamırdım. Ayselin şəkillərini görən kimi, hər şeyi anladım! Odur ki, "Always" mahnısını məhz Aysel üçün yazmışam. Müsabiqədə niyə iştirak etdim? Mən əslim Azərbaycandan olduğuna görə, bu ölkənin "Eurovision" tarixinə daxil olması prosesində iştirak etmək istədim. Heyf ki, Azərbaycanın adından çıxış edəcək namizədin seçim turlarını əldən qaçırmışam. Axı mən tək müəllif bəstəkar deyil, həm müğənniyəm. Çox istərdim ki, "Eurovision" müsabiqəsinin səhnəsində olum, pərdə arxasında yox".   

Azərbaycanı "Eurovision 2009" mahnı müsabiqəsində təmsil edəcək 19 yaşlı müğənni Aysel Teymurzadə artıq ifa edəcəyi mahnı ilə bağlı fikirlərini bildirib: "Sözün düzü, Araşın müsabiqəyə mahnı təqdim etdiyini eşidəndə təəccübləndim. Əlbəttə ki, mahnını artıq dinləmişəm, amma hələ qiymət verməyə tələsmirəm. Mən mütləq mahnının finalda cür səslənəcəyini anlamalıyam. Odur ki, səsyazma prosesini mahnının son versiyasını gözləyirəm".

"Eurovision-2008"-də ölkəmizin təmsil olunduğu "Day after day" mahnısının müəllifi, bəstəkar Gövhər Həsənzadə isə bu ilki seçimlə bağlı narazılığını bildirib: "Bu qərara gəliblərsə, deməli, öz kadrlarımızdan istifadə etmək fikrində deyillər. Bir şeyi bildirmək istəyirəm ki, bu il "Eurovision" seçimlərinə hər şey o qədər gizli, qapalı keçirildi ki, şəxsən mənim bir tamaşaçı, bir vətəndaş kimi heç nədən xəbərim olmadı. Birdən məlum oldu ki, Aysel Teymurzadədir, birdən məlum olur ki, Araşın mahnısıdır. Bizə lazımdır? Mənim üçün əsası odur ki, uğurlu bir layihə olsun. Bunu demişəm deyəcəm: mən istərdim ki, nəinki "Eurovision", eləcə bütün dünyada Azərbaycanı təmsil edən insanlar ancaq yerli mütəxəssislər, milli kadrlar olsun. Bu fikrin üzərində həmişə dayanacam".  

Gövhər Həsənzadə mahnının ciddi mütəxəssislər tərəfindən seçildiyi halda arxayın ola biləcəyini qeyd etdi: "Keçən il münsiflər heyətinin tərkibində professional musiqiçilər var idi. Mənim mahnım da kompozisiya kimi qalib gəlmişdi. Əgər bu il hörmətli münsiflər heyəti seçibsə, başqa heç deyə bilmərik. İnşallah, eşidərik..."   

Bəstəkar bu il seçimə qatılmamağını artıq keçən il iştirak etməsi ilə əlaqələndirdi: "Sözün açığı, keçən il artıq necə lazımdır iştirak etdiyimə görə bu il mən orada ancaq təcrübəsi olan mütəxəssis kimi iştirak edə bilərdim. Bu il mənim mahnı verməyim lazım bilinsəydi, müraciət olunardı. Başqalarına da şərait yaratmaq lazımdır. Azərbaycanda lazımınca material da var, gözəl bəstəkarlarımız da var. Bu boyda Azərbaycan xalqının hökumət tərəfindən qiymətləndirilən bəstəkarları o qədər qiymətsiz oldu ki, Avropa səhnəsinə mahnı yaza bilmədi? Mən buna inanmıram. Ən çətin, tələbkar, iddia publika hələ sovet dövründə Azərbaycanda olub. Biz burada öz bəstəkarlarımızın qarşısına hansı tapşırıq qoyduq ki, get hazırla layihə gətir, gətirmədi? "Kim istəyir mahnısını versin" sözünü yalnız həvəskar bəstəkara demək olar.

 

 

TOĞRUL

 

Ədalət.- 2009.- 7 fevral.- S. 24.