FÜZULİYƏ QAR
YAĞIR
Yollarını örtdü qar,
Gözlərini öpdu qar.
Ağ yuxular səpdi qar, -
Füzuliyə qar yağır.
Ağ yorğana
bürünər,
Həsrət burda
sürünər,
Lap uzaqdan görünər
Füzuliyə qar yağır.
Bağlı qalıb
hər qapı,
Kim oynasın qartopu?
Mənə bir uşaq tapın, -
Füzuliyə qar yağır.
Bu qarda iz açan yox,
Sevinən yox, qaçan yox,
Bir-birini qucan yox, -
Füzuliyə qar yağır.
Sinəsinə qar
düşdü,
Yağan qar da üşüdü,
Orda ruhlar görüşdü, -
Füzuliyə qar
yağırg
ŞƏKLİNİ
ÇƏKİRƏM
Şəklini çəkirəm
göz yaşlarımla,
Hər damla göz
yaşım min rəngə
dönə.
Demə, hər telinin öz rəngi varmış
Şəklini çəkirəm sinəmdə dinə.
Şəklini çəkirəm
göz yaşlarımla,
İsti ay işığı qona üzümə.
Danışdım səninlə
baxıb şəklinə,
Göy üzü, göy
dəniz doldu gözümə.
Şəklini çəkirəm
göz yaşlarımla,
Üzündən, gözündən işıq ələnə.
Elə bil ilk dəfə görürəm
səni,
Baxanda gözlərim, nura
bələnə.
Şəklini çəkirəm
göz yaşlarımla,
Necə də xoşbəxtik,
bu gündən belə.
Bütün ayrılıqlar yetişdi
sonna.
Gecdi, düşək yola, tutub əl-ələ.
BİR GÜN
Üzümü söykəyib
göyün üzünə,
Sənin gözlərinə köçərəm bir
gün.
İpək saçlarına sığal çəkərəm.
Bulud ürəyindən keçərəm bir gün.
Sənə ürəyimi
aça bilməsəm,
Payız baxışımdan yağış sellənər.
Sirrimi, sözümü
söyləsəm sənə,
Yağış gözlərində bahar dillənər.
Əgər gözlərinə
baxa bilməsəm,
O dəli küləklər
haray qoparar.
Səndən uzaqlarda
olsam də əgər,
Şimşəklər səsimi sənə
aparar.
Qoşulub bir dəfə ağ
göyərçinə,
Göylərdən yanına gələrəm
sənin.
Gözümdə sellənər
arzu yağışı,
Bir
gün gözlərində
gülərəm sənin.
HƏSRƏT
QALMIŞAM
Bir bulud üstünə kölgə
salacaq,
Bir axşam üzünə həsrət
qalacaq,
Bir gecə yuxunu məndən alacaq,
Mən həsrət qalmışam
üzünə sənin.
Bir səhər üzünə nağıl
yığacaq,
Bir axşam üzünə qərib baxacaq,
Bir gecə gözündə şimşək
çaxacaq,
Mən həsrət qalmışam
sözünə sənin.
Bu səhər elə
bil gözdən asılıb,
Bu axşam taleyim, bəxtim yazılıb.
Bu gecə gördüyüm
yuxu yozulub,
Mən həsrət qalmışam
gözünə sənin.
Bu səhərdən yağış
yağıb, keçəcək,
Bu axşamdan nağıl
axıb, keçəcək,
Bu gecədən ulduz
baxıb, keçəcək,
Mən həsrət qalmışam
izinə sənin.
Məcnun GÖYÇƏLİ
ALLAHA QURBAN OLUM
İyirmi iki yaşında dünyamın
işığına duman
gətirən, ürəyimi
ölümünə bükən
nakam qızım Ayselin ruhuna ithaf edirəm
Daha dərdə
dözmürəm,
Ağlayıram, bezmirəm,
Günahkarı gəzmirəm,
-
Günaha qurban olum!
Fəğanıma bürünən,
Dizlərimdə sürünən,
Mənə zülmət
görünən
Sabaha qurban olum!
Ruhuma zülm verib,
Döngələr, dönüm
verib,
Balama ölüm
verib! -
Allaha qurban olum!
YERİNİ DE, GƏLİM,
BALA
Fəqan üstə
köklənibdi
hönkürtülü
dilim, bala!
hey deyərdin o dünya vap,
Yerini de, gəlim,
bala
Gün düşmədi
cehizinə,
Çovğun əsdi hər
izinə.
Gül körpənin
ay üzünə
Baxdım, sındı
belim, bala!
Mənzillərin boşdu,
dolmaz,
Qəm taxtına fərəh
qonmaz.
Anan bir də xoşbəxt olmaz,
Solub, qaratelim, bala!
Sığınmışam başdaşına,
İçim yanır göz
yaşına.
Dərd veribsən
qardaşına,
Ahdan qopur selim, bala!
Məcnun ələm
amanında,
Müsibət çağlar qanında.
Nə yaxşıkı
"dövranında"
Qəmxarımdı elim,
bala!
GETDİ
Bir zanbaq açmışdı ümid
bağımda,
Bahardan payıza qalmadı,
getdi.
Bir bulaq çağlardı ömür
yolumda,
Dəryadan kamanı
almadı, getdi!
Vüsal çəmənində
şöhə batmamış,
Diləklə oyanıb,
kamla yatmamış,
Bala yuxusuna şərbət qatmamış,
Bəxtəvər sonası olmadı,
getdi.
Amanım tükənib,
Allah, amandı!
Məlalım, fəğanım sənə əyandı.
Üç gün
palatada ciyərim yandı!
Dərdini canıma
salmadı, getdi!
Məcnun Göyçəlini
qaytarmaz bu sel,
Məxluqat yığışıb, sədd Qursa da el.
Hər gecə yolumu gözləyən Aysel,
Bir gecə qonağım olmadı, getdi!
DİLƏYİM QARA BƏLƏNDİ
Allah, bun ə müsibətdi
Kərbəlamı təzələndi?!
Düşdüm fəraq
yağmuruna,
Xoş günümə qar ələndi.
Bun ə gündü gördü
gözüm,
Çöküb zirvəm, yanır
düzüm.
Dözülməzə necə dözüm?!
Diləyim qara bələndi.
Bəxti dönük,
qərib lalam,
Sitəm vuran kəm iqbalam,
Yan, ey fələk,
göyçək balam
Ölüm geyib
cilvələndi!
Məcnun sızlar gündüz-gecə.
Zəhər süzüb hər
sevincə.
Bala, gizlə mən gəlincə,
Yolunu gəzirəm
indi!
BASDIRIN
Köçən mənim
öz balamdı,
Gözümü ovun
basdırın!
Ərköyündü, təklik sıxar,
Bağrıma qoyun
basdırın!
Ağdaşları gordan
sökün,
Yerinə qara gün tökün!
Siz Allah, ahıma
bükün,
Qəhrimlə yuyun
basdırın!
Əcəl ölüm
qıymaz ona,
Nə ad verək
bu ağ
dona?!
"Yasin"i saxlayın
sonna,
Şeir oxuyun basdırın!
Adil
CƏFAKEŞ
MƏN
Ruh cismimi tərk edib,
Qalmamışam məndə mən.
Burda bir qaraltıyam,
Çıxıb getdim səndə
mən.
İtirmişəm dözümü,
Açammıram gözümü.
Axı sənsiz
özümü,
Necə sannım bəndə
mən.
Xoş günüm
olar zülüm,
Haqlayar məni ölüm.
De, axı sənsiz
gülüm,
Necə gedim kəndə mən
AĞIRDI
Məni dimdiyində
bir quş aparar,
Çəkim dən çəkisi,
daşım ağırdı.
Duyğular yüklənib
normadan artıq,
Mənim bədənimdən başım ağırdı.
İllərim həyatın
heçində keçib,
Kədər zəmisinin, biçində
keçib.
O, qədər iztirab
içində keçib,
Yüz yaşdan, qırx
iki yaşım ağırdı.
Desələr harada qəm
sazı zil var?
Deyin ki, bir dənə şair Adil var.
İçimdə dörd
deyil, iki fəsil var,
Baharım tez solur, qışım ağırdı.
Roma Ağayev
Tələbə
ÜRƏK APARIR MƏNİ
Bülbüləm görüşünə,
Çiçək, aparır məni.
İzini itirəndə,
Külək, aparır məni.
Gözlərinə baxmağa,
Ürəyinə axmağa,
Mən sənə
qovuşmağa,
Dilək, aparır məni.
Həsrət yeli əsəndə,
Hicran gülü bitəndə,
Ruhum səndən küsəndə,
Ürək, apırır məni.
Sabir ABDİNOV
Ədalət.- 2009.- 7 fevral.- S. 20.