MUĞAM FƏLSƏFƏSİ
İNAM ATA (ASİF ATA)
Musiqi barmaqla çalınan deyil,
Ölçü qalıbına
salınan deyil,
O, Ruhun Göylərə
qovuşmasıdır,
İlahi Məqamdır,
adi an deyil.
Mütləqə İnam
Peyğəmbəri, Ruhaniyyat
Ocağı Yaradıcısı,
dahi türk filosofu İnam Atanın (Asif Atanın) 16-cı Müqəddəs
Kitabı olan bu Əsərində Muğam musiqi sisteminin fəlsəfi mahiyyəti açılır,
Doğu ruhaniyyatı,
sənəti, dünyabaxışı
ilə onun üzvi birliyi, habelə dünya musiqi klassikasındakı üstün mövqeyi vurğulanır.
Muğam fəlsəfəsi
haqqında kitab - Doğu filosofluğunun özünəməxsusluğu haqqında - zəkanın,
duyğunun, əxlaqın,
iradənin vəhdəti
haqqında kitabdır.
Təqdim
edir: İşıqlı
Atalı
(Əvvəli
ötən şənbə
saylarımızda)
"Zəmin-Xara"
Həyat Yollarıyla addımlamaq
və Kədərə
düçar olmaq.
Qeyri-kamilliyə qarşı Döyüş
və Ehtiras seli.
Qəlbində Dünya Kədərini
gəzdirən Müdrik
Yolçu surəti.
"Hicaz"
Kamillik Həsrəti
- Gərgin, Dramatik.
Həsrətin Dramatik İztirabı.
Qeyri-kamilliklə döyüşən Dramatik İradə Doğuluşu.
İdeala can atan
Dramatik Xarakter Doğuluşu.
Ülviliyə can atan
Dramatik Pafos Doğuluşu.
"Bayatı-Kürd"
Qəlb inadla, aramsız
Kədərə qayıdır,
özünü onda ifadə etmək üçün.
Qapalı Kədər Dairəsi
- Kədərdə təzahür
eləyən Qəlb.
Qəlbin Kədərli
Halı - Həqiqi Qəlb Halı.
Qəlbin Kədər izharı
yaranır.
Qəlbini Kədərdə izhar eləyən Lirik Qəhrəman yaranır.
"Simai-Şəms"
İnsanilik - Ruhanilik hərtərəfli
- yəni həm epik, həm lirik, həm də dramatik tərzdə aşkara çıxır.
Epiklik İdeal Lirizmə
Yüksəlir.
Lirizm İdeal Epikliyə
çatır.
Dramatizm İdeal lirik-epik
səciyyə kəsb
edir.
Lirik Epos, Epik Lirika, Lirik-Epik Dram yaranır.
Nəql edən surəti
- lirik-dramatik keyfiyyətlərlə
zənginləşir.
6."Segah" muğamı
"Maye-Segah"
Kədər Mahiyyəti
haqqında, onun müxtəlif Halları haqqında Hekayət!
Kədər Gözəlliyi,
Müqəddəsliyi, Əlvanlığı
haqqında Hekayət!
Kədəri dərk
etmiş Şəxsiyyət
haqqında Hekayət!
"Şikəsteyi-Fars"
Kədər Zirvəsi - Qəlb
evi.
Kədər Ağrısı - Qəlb İztirabı.
Kədər Harayı - Qəlb
Möhnəti.
Kədər Odu - Qəlb
Riqqəti.
Kədər Göyü - Qəlb
Ülviliyi.
Kədər Zənciri - Qəlb
Zənginliyi.
Qəlb - Kədər dilində
danışır.
Kədər vasitəsiylə
yenidən doğulan və kədər doğan lirik Qəhrəman yaranır -
epik vüsətli, dramatik taleli!
"İrak"
İşıqlanmış, təzələnmiş Qəlb
- Epikcəsinə Əzəmətli,
Lirikcəsinə Riqqətli,
Dramatikcəsinə Gərgin!
Lirikcəsinə Epik,
Epikcəsinə Lirik,
Dramatikcəsinə Lirik-Epik.
Nəticə
Muğamda Epos lirik olmaya
bilməz, çünki
Muğam Əzəli Fəlsəfidir.
Muğamda Lirika epik olmaya bilməz, çünki Muğam Əzəli Fəlsəfidir.
Muğamda Dram lirik-epik olmaya
bilməz, çünki
Muğam Əzəli Fəlsəfidir.
Fəlsəfilik - daxilən, üzvi,
təbii surətdə
Sintetikdir.
Səkkizinci Fəsil
MUĞAMDA FACİƏVİLİK
1. Qanunauyğunluq
Muğamda Faciəvilik Əzəldən
Hazırlanır, Başlanır,
İnkişaf eləyir
və Aradan qaldırılır.
Faciəvilik Bilik kimi Hazırlanır, Kədər
kimi Başlanır, Şərlə Döyüş
kimi İnkişaf eləyir və Ehtizaz kimi Aradan
qalxır.
2. "Rast"
muğamı
"Maye-Rast"
Faciəvilik Aydınlığa,
Rəvanlığa Əks
kimi hazırlanır.
Aydınlıqda, Rəvanlıqda
- Qaranlıq, Qeyri-ahəngdarlıq,
Təlaş Duyulur.
Ahəngdarlıq, Rəvanlıq
özündə Özünəəks
gəzdirir:
Rəvanlıq, Ahəngdarlıq yolu - Qeyri-rəvanlığın,
Qeyri-ahəngdarlığın aradan qalxmasını Tələb edir.
Aydınlıq, Rəvanlıq - Qaranlığın, Qeyri-rəvanlığın
əks varlığı
kimi qiymətləndirilir
- Anti-şübhə, Anti-sarsıntı,
Anti-özgələşmə kimi.
Dəyanət Zəruriliyi təsdiq
olunur - Ruhani təmizlənmə Tələbi.
Həyatın mürəkkəb, ziddiyyətli təbiəti
dərk olunur.
İnsan Həyat haqqında
Aydınlıq və Ahəngdarlıqdan artıq
şey öyrənir.
İnsan Həyat haqqında
Aydınlığa və
Ahəngdarlığa zidd
şey öyrənir.
Aydınlıq özündən mürəkkəb görünür.
Ahəngdarlıq özündən mürəkkəb görünür.
Bilik Faciə haqqında
danışır - gərgin
maneələr, ziddiyyətlər,
münaqişələr haqqında.
Əzələ Qayıtmada - Həyat
qəbul olunur - faciəviliklə birgə.
Faciəvilik - Həyat atributu
kimi hazırlanır.
Faciəvi qavrama hazırlanır.
Bilik özündə Faciəvi həqiqət gəzdirir.
"Hüseyni"
Faciə Kədərdən başlayır.
"Çoxcəhətli,
çoxtərəfli Dünya
- faciəvidir!" - deyir Kədər.
"Dünya Ülvi surətdə Faciəvidir!" - deyir Kədər.
"Dünya Şəri - labüddür!"
- deyir Kədər.
Qəm özünə əks
olanı - Anti Qəmi
yetirir və bununla da faciəvi
dramatizmi gücləndirir.
"Vilayəti"
Şərlə döyüş hədsiz
Faciəvilik doğur.
Döyüşkənlik - antifaciə yönlüdür
və buna görə də ən çox Faciəvidir.
Qətiyyət - antifaciə
yönlüdür və
buna görə də ən çox Faciəvidir.
Faciəylə döyüş Ülvi
surətdə Faciəvidir.
Faciəylə döyüşdə Faciə öz zirvəsinə çatır.
"İrak"
Faciə İdealın Təsdiqi
vasitəsiylə aradan
qaldırılır, - İdeala
Yüksəlməklə, Qovuşmaqla.
Kədər yalnız
İdeal vasitəsiylə
aradan qalxır!
Faciəvi Dramatizm
yalnız İdeal vasitəsiylə aradan qalxır!
Yalnız Kamillik Şəri
məğlub eləyir.
3. "Çahargah"
muğamı
"Maye-Çahargah"
Müdrik Qüssə Faciədən
xəbər verir, onda Faciəvilik duyulur.
Mahiyyətli Düşüncələr Faciədən xəbər
verir, onda Faciəvilik duyulur.
Ruhani Əməl
Yolu özündə Faciəvilik gəzdirirg
Daxili Aləm Ucalığı
özündə Faciəvilik
gəzdirir.
Müxtəliflik Zənginliyi Faciəvilikdən
xəbər verir.
Müdrik Əzəmət Faciəvilikdən xəbər
verir.
Əsrarlı Sədalar Faciəvilikdən
xəbər verir.
Ruhani Münaqişələr Faciəvilikdən xəbər
verir.
Dünyayla görüş Riqqəti
Faciəvilikdən xəbər
verir.
"Bəstə-Nigar"
Faciəvilik Kədərdən başlayır, İmtina Faciəsində gerçəkləşir,
Şərə qarşı
durur - Kədərin əks varlığına
çevrilir.
"Hasar"
Şəri rədd eləyən
İnsan maksimal dərəcədə Faciəviləşir.
Şərlə Döyüş Qətiyyətinə
Yüksələn İnsan
- maksimal dərəcədə
Faciəviləşir.
Faciə Faciə vasitəsiylə
inkar edilir.
"Mənsuriyyə"
Faciə yalnız İdealla
görüş vasitəsiylə
aradan qaldırılır.
Yalnız İdeal Faciəviliyi
aradan qaldırır.
Yalnız Ehtizaz Faciəviliyi
aradan qaldırır.
Faciəvilik Həyatda doğulur
- İdealda aradan qaldırılır.
(Ardı
var)
Ədalət.- 2009.- 7
fevral.- S. 17.