Güləşçilərimiz Türkiyədən 10 medalla qayıdır

 

Ankarada sərbəst güləş üzrə kişilər qadınlar arasında Yaşar Doğunun xatirəsinə həsr olunan beynəlxalq turnir keçirilib. Azərbaycan sayca 37-ci dəfə baş tutan yarışda hər iki növ üzrə təmsil olunub.

Güləşçilərimiz ümumilikdə 3 qızıl, 2 gümüş, 5 bürünc medal qazanıblar. Kişilərin mübarizəsində pəhləvanlarımızdan Xetaq Qazyumov (96 kq) qızıl, Novruz Temrezov (84 kq) gümüş, Cəbrayıl Həsənovla (66 kq) Mixail Qazzayev (120 kq) isə bürünc medala yiyələniblər. Qadın güləşində isə təmsilçilərimizdən Olesya Zamula (63 kq), Zümrüd Qurbanhacıyeva (67 kq) qızıl, Əminə Abbasova (48 kq) gümüş, Nadya Qradyuk (55 kq), Sona Əhmədli (59 kq) və Dina İvanova (72 kq) bürünc medala sahib çıxıblar.

Ümumi komanda hesabında həm kişi, həm də qadınlardan ibarət yığma komandamız 53 xalla Türkiyədən sonra ikinci yeri tutublar. Turnirə 19 ölkədən 250 pəhləvan qatılıb.

 

Vüsal

 

Ədalət.- 2009.- 10 fevral.- S. 6.