MUĞAM FƏLSƏFƏSİ

 

İNAM ATA

 

(ASİF ATA)

 

Musiqi barmaqla çalınan deyil,  

Ölçü qalıbına salınan deyil,   

O, Ruhun Göylərə qovuşmasıdır,  

İlahi Məqamdır, adi an deyil.

 

Mütləqə İnam Peyğəmbəri, Ruhaniyyat Ocağı Yaradıcısı, dahi türk filosofu İnam Atanın (Asif Atanın) 16-cı Müqəddəs Kitabı olan bu Əsərində Muğam musiqi sisteminin fəlsəfi mahiyyəti açılır, Doğu ruhaniyyatı, sənəti, dünyabaxışı ilə onun üzvi birliyi, habelə dünya musiqi klassikasındakı üstün mövqeyi vurğulanır.   

Muğam fəlsəfəsi haqqında kitab - Doğu filosofluğunun özünəməxsusluğu haqqında - zəkanın, duyğunun, əxlaqın, iradənin vəhdəti haqqında kitabdır.

 

    Təqdim edir: İşıqlı Atalı

 

     (Əvvəli ötən şənbə saylarımızda)

 

 

 

     4. "Bayatı-Şiraz" muğamı

 

     "Maye-Bayatı-Şiraz"

 

    Hiss, Düşüncə çoxcəhətliyi, çoxtərəfliyi özündə Faciəvilik gəzdirir.  

   Varlığın Vahid Mənası özündə Faciəvilik gəzdirir.  

   Dünyayla Görüş özündə Faciəvilik gəzdirir.

   İdeala Yüksəlmək Zəruriliyi özündə Faciəvilik gəzdirir.  

   Müxtəliflikdən Vahidliyə keçid özündə Faciəvilik gəzdirir.  

   Faciəvilik - gerçəklik imkanı kimi Mənalandırılır.

  

  

   "Bayatı-İsfahan"  

 

   Faciəvilik Kədərə qovuşmadan başlanır: - Faciəvi İdrakın, İradənin, Əməlin yaranmasından.  

   İdeal Çağırışından. Kamillik Hökmündən. 

   Faciəvi Gərginliyin təsdiqindən.  

   Şərlə Döyüş Faciəvilik yaradır və ondan kənara çıxır.

  

  

   "Hüzzal"

   

   İnsan İdeala çatanda Faciə aradan qaldırılır.  

   İdeal Mövcudluq yaranır.  

   İdrak İşıqlanır, Qəlb təmizlənir, İradə Ülviləşir.

     

 

   5. "Şur" muğamı

 

      "Maye-Şur"

 

   Rəvanlıq özündə Faciəvi Haray gəzdirir.

   Təmkinlik özündə Faciəvi Çılğınlıq gəzdirir.  

   İdrak özündə Faciəvi Hiss gəzdirir.  

   Həyatla görüş özündə Faciəylə görüş gəzdirir.  

   Yaşamaq özündə Faciə gəzdirir.

   Mahiyyətlə Təzahür arasındakı Ziddiyyət özündə Faciə gəzdirir.  

   Müxtəliflikdən Vahidliyə keçid özündə Faciə gəzdirir.  

   Daxilinin Dərki özündə Faciə gəzdirir.  

   Faciə təbii, qanunauyğun surətdə yetişir - qarşısıalınmaz, labüd şəkildə.

     

 

   "Zəmin-Xara"

 

   Faciə Dünya kədərinin Dərki kimi başlayır.

   Maneələrin, ziddiyyətlərin, xülyaların, şübhələrin.  

   Ruhani Əzab kimi.  

   İdeala gedən Yol kimi.  

   Ruhani İradənin təşəkkülü kimi.  

   Ruhani Yolçu Aqibəti kimi.

    

 

   "Hicaz"

   

   Şərlə döyüş gərginliyi.

  Qətiyyət Ehtirası - Faciəvi.  

   İdeal Harayı - Faciəvi.  

   Bilməzlik Fəlakəti.  

   Faciəviliklə Faciəvi münaqişə.

     

 

   "Bayatı-Kürd"

 

   Faciəvi Kədər Yükü.  

   Faciəvi Kədər Dairəsi.  

   Faciədən kənara çıxmaq Faciəsi.  

   Faciəyə qayıtmaq Faciəsi.  

   Kədər möhtəşəmliyi Faciəsi.

     

 

   "Simai-Şəms" 

 

   İdeala Qovuşmaq - Faciədən qurtarmaq Heyrəti.  

   Ruhani İradə hökmü - Faciəni inkar eləyəng  

   Ruhani Fərəhg Möhtəşəm Vüqar Faciədən üstün!

     

 

   6. "Segah" muğamı  

 

   "Maye-Segah"

   

   Faciəvilik Kədər Halının çoxcəhətliyi kimi hazırlanır.  

   Faciəvilik Kədər Biliyi kimi hazırlanır.

   Faciəvilik Kədər Biliyiylə hazırlanır.  

   Faciəvi Bilik təsdiq olunur.

     

 

   "Şikəsteyi-Fars"

     

   Faciəvilik Kədər təsdiqindən başlanır.  

   Kədər Zirvəsi, Kədər Yükü yaranır Ehtiraslı: Kədər Usanmazlığı, Qətiyyəti, Zənciri, Zəruriliyi.

  

   Faciə kədərli gerçəkləşir, kədərli gərginləşirg  

   Şərlə döyüş Faciəni gücləndirir.  

   Faciəvi Qətiyyət, İradə, Qüvvət yaranır.

   

  

   "İrak"

   

   Qəlb İdeala Qovuşanda, Faciə aradan qalxır.  

   İdeal Qəlbin Gücünü tam aşkara çıxaranda, Faciə aradan qalxır.  

   İnsan Kamilliyə çatanda, Faciə aradan qalxır.

     

 

   Nəticə

     

   Muğamda Faciə gerçəkliyin İdeala uyğun gəlməməsindən yaranır İdealın təsdiqi vasitəsiylə aradan qalxır.

     

 

 

   Doqquzuncu Fəsil

  

   MUĞAM EHTİZAZI

  

   1. Qanunauyğunluq

  

   Muğam Ehtizazı çoxcəhətlidir: - Vəhy, Heyrət, İlham, Fərəh, Vüqar, Hökm!  

   Muğam Ehtizazı - Müxtəlif Hisslərin Cəmi deyil - Sintezidir, Birliyidir, yəni Cəmdən artıqdır, böyükdür, yüksəkdir.

      Ehtizaz Muğamın bütün Şöbələri tərəfindən hazırlanır son, Ali Pillədə aşkara çıxır.  

   Ehtizaz - Alinin, Kamilin, İdealın ifadəsidir buna görə Qəlbin Ali, Kamil, İdeal Halıdır.

     

 

   2. "Rast" muğamı

 

      "Maye-Rast"

     

   Rəvan, Ahəngdar, Ciddi Duyğular Ehtizazı hazırlayır - Rəvanlıqdan, Ahəngdarlıqdan, Ciddilikdən artıq, böyük, yüksək!  

   Ruhani Dəyanət Ehtizazı hazırlayır - Səbatlıqdan artıq, böyük, yüksək!  

   Qorxunun, Tərəddüdün, Sarsıntının, Özgələşmənin süqutu Ehtizazı hazırlayır - Süqutdan artıq, böyük, yüksək!  

   Dünyaya qovuşmaq Ehtizazı hazırlayır - Qovuşmadan artıq, böyük, yüksək!  

   Ehtizazda Rəvanlıq var, ancaq Ehtizaz Rəvanlığa sığmır, ondan kənara çıxır, Başqalaşır.  

   Ehtizazda Ahəngdarlıq var, ancaq Ehtizaz Ahəngdarlığa sığmır, ondan kənara çıxır, Başqalaşır.  

   Ehtizazda Ruhani Dəyanət var, ancaq Ehtizaz Ruhani Dəyanətə sığmır, ondan kənara çıxır, Başqalaşır.  

   Ehtizazda Qorxunun, Tərəddüdün, Sarsıntının, Özgələşmənin süqutu var, ancaq Ehtizaz həmin süquta sığmır, ondan kənara çıxır, Başqalaşır.  

   Ehtizazda Dünyaya qovuşma var, ancaq Ehtizaz ona sığmır, ondan kənara çıxır, Başqalaşır.  

   Ehtizaz onu hazırlayan Ehtizazlıq İmkanından, Potensiyasından artıqdır, böyükdür, yüksəkdir.

      

 

   "Hüseyni"

     

   Gərgin Dramatik Duyğu Ehtizazlıdır, ancaq Ehtizaz deyil!  

   Dünya Kədəri Ehtizazlıdır, ancaq Ehtizaz deyil!  

   Dəyanət Ehtizazlıdır, ancaq Ehtizaz deyil!  

   Ehtizaz Ehtizazlıqdan artıqdır, böyükdür, yüksəkdir!

     

 

   "Vilayəti"

    

   Şəxsiyyətlə Şər arasındakı Münaqişə Ehtizazlıdır, ancaq Ehtizaz deyil!  

   Hiss coşğunluğu Ehtizazlıdır, ancaq Ehtizaz deyil!  

   İradə hökmlüyü Ehtizazlıdır, ancaq Ehtizaz deyil!   

   Ehtizaz üçün Ehtizazlıq kifayət deyil!

  

 

   (Ardı var)

 

    Ədalət.- 2009.- 14 fevral.- S. 17.