HƏR KİTAB BİR DÜNYADI

 

"BİR ÜMİD XARIBÜLBÜL"

     

   Eçin İsgəndərzadə imzası artıq oxucu üçün çox şey deyir. Çünki bu imzanın sahibi bir elm Adamı, bir poeziya fədaisi, bir söz vurğunu kimi yetərincə məmləkətimizdə onun hüdudlarından kənarda özünü sübut edibdir. Artıq dünyanın xeyli elm ocağının doktoru kimi tanınan özünün yaradıcılıq uğurları ilə günü-gündən Azərbaycana daha böyük sayqılar gətirən Eçin İsgəndərzadə həm məmləkətdə bir söz adamının xeyirxahı, təəsübkeşi nüfuz qazanıb. Çoxlu sayda təcrübələr, şerlər, poemalar kitablarının müəllifi olan Eçin İsgəndərzadə həm alim kimi öz axtarışlarını dünya çapında tanınmasına, qəbul edilməsinə nail olmuş bir ürək dostu, könül sirdaşı, həm Azərbaycan vətəndaşıdır.   

   "Bir ümid xarıbülbül" (şerlər poemalar kitabı ) Elçini öz oxucuları ilə daha bir görüşü, kitabın ön sözünün müəllifi filogiya elmləri doktoru, professor, əməkdar elm xadimi, millət vəkili Nizami Cəfərovdur. Kitab "VEKTOR" nəşriyyat evi tərəfindən 280 səhifə həcmində nəfis şəkildə çap olunubdu. Böyük oxucu auditoriyası üçün nəzərdə tutulmuş bu kitabda Eçin İsgəndərzadə ünvanını ürək çırpıntıları ilə dolu şerləri, poemaları toplanıbdı. Bu şerlərin, poemaların hər birində onun müəllifinin gənc olmasına baxmayaraq, son dərəcə zəngin söz dünyasının, sənət aurasının, fikir yükünün toplumunu görmək mümkündür. Kitabı mütaliyə etdikcə hər bir sözün arxasında onun müəllifini görmək mümkündür. Bu isə Eçin İsgəndərzadə qələminin artıq yetərincə sınaqlardan çıxdığını, özünü təsdiq etdiyini heç bir təmmənasız sübut edir. Misraların birinci sözündən şerin müəllifini tanımaq, onunla baş-başa qalmaq ürəkağrısına çevrilir. Elə mənə ünvanladığı "Sevdalı çinar yarpağı" şerində Eçin İsgəndərzadənin dediyi fikirlərə nəzər yetirəndə fikirlərim özü-öz təsdiqini tapır:

     

   Bir sərçənin bir doyum dən üçün  

   axıtdığı göz yaşı  

   Yaz gününda saraltdı bir sevdalı yarpağı  

   qopdu gilənar yarpağı  

   Qopdu düşdü budağından  

   Bir şair taleyi oxudum bu gün  

   o gilənar yarpağından.  

 

   Zənnimcə bir parçasını istinad etdiyim bu poetik nümunə özü-özlüyündə onun müəllifi barəsində fikir çələngi yaradır. Düşünürəm ki, Eçin İsgəndərzadənin "Bir ümid xarıbülbül" kitabı toplum halında oxunarkən öz oxucusuna çox şeylər deyəcəkdi.

 

 

Mədətoğlu Əbülfət.

  

Ədalət.- 2009.- 14 fevral.- S. 19.