Qanun layihəsi
ilə bağlı
"dəyirmi masa"
keçirildi
Milli Məclisin yaz sessiyasında müzakirəsi
gözlənilən "Məişət
zorakılığının qarşısının alınması
haqqında" qanun layihəsinin müzakirəsinə
həsr olunmuş dəyirmi masa keçirilib. Azərbaycan Hüquqşünaslar Birliyi
və "Təmiz Dünya" Qadınlara Yardım İctimai birliyinin təşkilatçılığı
ilə keçirilən
tədbirdə "Təmiz
dünya" Qadınlara
Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova hər il dünyada
4 milyon qadının zorakılığın qurbanı
olduğunu söylədi:
"Hər il dünyada 4 milyondan çox qadın zorakılığın qurbanına
çevrilir. Onlardan 17 mini hamiləlik dövründə
bu cür neqativ situasiyalarla qarşılaşırlar".
Birlik sədrinin sözlərinə
görə, bu problem Azərbaycandan da yan keçməyib. Buna görə də "Məişət zorakılığının
qarşısının alınması
haqqında" qanun layihəsinin hazırlanması
və müzakirəsi
irəliyə doğru
atılan mühüm
addımdır. M. Zeynalova
qeyd edib ki, zorakılıqla bağlı qanun pozuntuları Cinayət Məcəlləsinin bir neçə maddəsi ilə tənzimlənir.
Bu isə zorakılığın
yalnız bir növünü - fiziki zorakılığı əhatə
edir: "Zorakılığın
digər növləri
isə kənarda qalır. Məhz bu səbəbdən
qanunun qəbulu Azərbaycan üçün
çox vacibdir".
Qanun layihəsində
müəyyən çatışmazlıqların
da odluğunu bildirən birlik sədri qeyd edib ki, adı
"Məişət zorakılığının
qarşısının alınması
haqqında" qanun kimi təqdim edilsə də, əslində qanun sırf ailədaxili zorakılıqla mübarizə
haqqındadır: "Biz təklif
edirik ki, qanun layihəsinin adı dəyişdirilsin və "Ailədaxili zorakılıq haqqında"
qanun adlandırılsın.
Qanuna əsasən ailədaxili zorakılıqdan zərər
çəkmiş şəxslərin
kompensasiya almaq hüququ müəyyən
olunmalıdır".
İctimai Birliyin sədri qadınlarla işləyən
qeyri hökumət təşkilatlarını qanun
layihəsinin müzakirəsində
aktiv iştirak etməyə çağırıb.
V.Məmmədli
Ədalət.- 2009.- 18 fevral.- S. 2.