MUĞAM FƏLSƏFƏSİ
İNAM ATA (ASİF ATA)
İlk dəfə
"Ədalət"də
Musiqi barmaqla çalınan deyil,
Ölçü qalıbına
salınan deyil,
O, Ruhun Göylərə
qovuşmasıdır,
İlahi Məqamdır,
adi an deyil.
Mütləqə
İnam Peyğəmbəri, Ruhaniyyat Ocağı
Yaradıcısı, dahi türk filosofu İnam Atanın (Asif
Atanın) 16-cı Müqəddəs Kitabı olan bu Əsərində
Muğam musiqi sisteminin fəlsəfi mahiyyəti
açılır, Doğu ruhaniyyatı, sənəti,
dünyabaxışı ilə onun üzvi birliyi, habelə
dünya musiqi klassikasındakı üstün mövqeyi
vurğulanır.
Muğam fəlsəfəsi
haqqında kitab - Doğu filosofluğunun özünəməxsusluğu
haqqında - zəkanın, duyğunun, əxlaqın, iradənin
vəhdəti haqqında kitabdır.
Təqdim edir: İşıqlı Atalı
(Əvvəli
ötən şənbə
saylarımızda)
"İrak"
Ahəngdarlıq Ahəngdarlıqdan artıq olur - Ehtizaz yaranır.
Rəvanlıq Rəvanlıqdan artıq olur - Ehtizaz yaranır.
Kədər Kədərdən artıq olur - Ehtizaz yaranır.
Coşğunluq Coşğunluqdan artıq olur - Ehtizaz yaranır.
Qəlbin xüsusi
Halı Doğur: Ülvi-Heyrətli, Qəmli-Fərəhli,
Hökmlü-İlhamlı - Həqiqət İşığıyla İşıqlanmış!
3. "Çahargah"
muğamı
"Maye-Çahargah"
Mahiyyətli düşüncələr
Ehtizazı hazırlayır
- Mahiyyətli düşüncələrdən
yüksək olanı!
Dünyayla görüş
Ehtizazı hazırlayır
- Dünyayla görüşdən
yüksək olanı!
Müxtəliflik Ehtizazı
hazırlayır - Müxtəliflikdən
yüksək olanı!
Qəm Ehtizazı
hazırlayır - Qəmdən
yüksək olanı!
Ehtizaz Ehtizazlıqla hazırlanır.
"Bəstə-Nigar"
Kədər çalarları
Ehtizazı hazırlayır
- Kədər çalarlarından
yüksək olanı!
Kədər labüdlüyü
Ehtizazı hazırlayır
- Kədər labüdlüyündən
yüksək olanı!
Kədər Ensiklopediyası
Ehtizazı hazırlayır
- Kədər Ensiklopediyasından
yüksək olanı!
Ehtizaz Ali Ehtizazlıq
Tələbindən yaranır!
"Hasar"
Kədərdən yüksəyə qalxmaq - Ehtizaz imkanını artırır.
İradə Qətiyyəti - Ehtizaz imkanını artırır.
Ehtizaz - Ehtizazlıq imkanının
artmasından yaranır.
"Mənsuriyyə"
Düşüncələr Düşüncədən artıq olur - Ehtizaz yaranır.
Kədər Kədərdən artıq olur - Ehtizaz yaranır.
İradə İradədən artıq olur - Ehtizaz yaranır.
Qəlbin xüsusi
vəziyyəti Doğur:
Ülvi-Heyrətli, Qəmli-Fərəhli,
Hökmlü-İlhamlı, Həqiqətlə İşıqlanmış!
4. "Bayatı-Şiraz"
muğamı
"Maye-Bayatı-Şiraz"
Ruhani İradəylə
ram edilmiş Qəm -
Ehtizazlıdır.
Ruhani Ağrı
- Ehtizazlıdır.
Ehtiras Möhtəşəmliyi
- Ehtizazlıdır.
Duyğu İncəliyi - Ehtizazlıdır.
Düşüncə Fəlsəfiliyi - Ehtizazlıdır.
Etiraf Çılğınlığı
- Ehtizazlıdır.
Ehtizazlıq Ehtizazı hazırlayır.
"Bayatı-İsfahan"
Kədər Dünyasına dalmaq
- Ehtizazlıdır.
Təmkinli Qəmdən Qəm
Zirvəsinə ucalmaq
- Ehtizazlıdır.
İdeal Yanğısı - Ehtizazlıdır.
Ehtizazlıq Ehtizaz Zəruriliyi
hazırlayır.
"Hüzzal"
Qəm Qəmdən artıq
olur.
Ruhani Ağrı Ağrıdan
artıq olur.
Etiraf Etirafdan artıq
olur.
Düşüncə Düşüncədən artıq olur.
Ehtizaz Yaranır
- Ruhun xüsusi Halı: Ülvi-Heyrətli,
Qəmli-Fərəhli, Hökmlü-İlhamlı
-
Həqiqət
İşığıyla İşıqlanmış!
Ehtizaz Birdir, Ehtizazlıq - müxtəlif!
5. "Şur"
muğamı
"Maye-Şur"
Rəvanlıq Çılğınlıq kimi Ehtizazlıdır.
Təmkinlik Coşğunluq kimi
Ehtizazlıdır.
İdrak Hissiyyat kimi
Ehtizazlıdır.
Əzəli Davam kimi Ehtizazlıdır.
İmkan Gerçəklik kimi Ehtizazlıdır.
Ehtizaz Ehtizazlıq
İmkanı kimi hazırlanır!
"Zəmin-Xara"
Həyat Yollarında Ehtizazlıq
var.
Maneələr, Ziddiyyətlər,
Xülyalar, Şübhələr
İztirabında Ehtizazlıq
var.
Ruhani Səydə
- Ehtizazlıq var.
İradə Qətiyyətində - Ehtizazlıq var.
Ehtizazlıqda Ehtizaz var.
"Hicaz"
Kamillik Yanğısı,
Hökmü, Qarşısıalınmazlığı
Ehtizazlıdır.
Ruhani Ağrı
Ehtizazlıdır.
Qeyri-adilik Eşqi - Ehtizazlıdır.
Sonsuzluq Odu - Ehtizazlıdır.
Qəlb Gücü - Ehtizazlıdır.
İdeal Həsrəti - Ehtizazlıdır.
Ehtizaz İstəyi
Ehtizazlıdır!
"Bayatı-Kürd"
Kədər üzvi surətdə
Ehtizazlıdır.
Kədər Dairəsi üzvi
surətdə Ehtizazlıdır.
Kədərdən kənara çıxmaq
Səyi üzvi surətdə Ehtizazlıdır.
İdeala yüksəlmək Zəruriliyi üzvi surətdə Ehtizazlıdır.
Ehtizaz - İdeal təbiətlidir.
"Simai-Şəms"
Yanğı Yanğıdan artıq
olur.
Kədər Kədərdən artıq olur.
İradə İradədən artıq olur.
Ehtizaz yaranır
- xüsusi Ruhani hal: Ülvi-Heyrətli, Qəmli-Fərəhli, Hökmlü-İlhamlı
- Həqiqətlə İşıqlanmış!
6. "Segah"
muğamı
"Maye-Segah"
Qəm Müqəddəsliyi
Ülvi Ehtizazlıdır.
Qəm Aramsızlığı
Ülvi Ehtizazlıdır.
Qəm Qarşısıalınmazlığı
Ülvi Ehtizazlıdır.
"Şikəsteyi-Fars"
Kədər Zirvəsi - Zirvə
Ehtizazı.
Kədər Ağrısı - Ağrı Ehtizazı.
Kədər Yanğısı - Yanğı Ehtizazı.
Kədər Aramsızlığı - Aramsızlıq Ehtizazı.
Kədər Qarşısıalınmazlığı
- Qarşısıalınmazlıq Ehtizazı.
Kədər Odu
- Od Ehtizazı.
Kədər Göyü - Göy
Ehtizazı.
Kədər Zənciri - Ardıcıllıq
Ehtizazı.
Kədər Hədsizliyi - Hədsizlik
Ehtizazı.
Kədər Ehtizaz diləyir.
"İrak"
Kədər Kədərdən artıq olur.
Kədər Aramsızlığı Aramsızlıqdan artıq
olur.
Kədər Ağrısı Ağrıdan artıq olur.
Kədər Zirvəsi Zirvədən
artıq olur.
Kədər Odu Oddan artıq olur.
Ehtizaz yaranır
- Ruhun Xüsusi Halı: Ülvi-Heyrətli,
Qəmli-Fərəhli, Hökmlü-İlhamlı
- Həqiqətlə İşıqlanmış!
Nəticə
Muğamda İdeal Ehtizaz vasitəsiylə dərk olunur, vəsf olunur, təsdiq edilir.
(ardı var)
Ədalət.- 2009.- 21 fevral.- S. 17