UŞAQLAR TEZ-TEZ BÖYÜYƏR
Kİ...
Daşlar dəyər
baş barmağa -
Ayaq həddini
aşmasın,
baş tələsdi
ağarmağa,
kəllə olanda -
çaşmasın.
Məkan bizim, vaxt
bizimki,
daha bizi kim döyər
ki?
Uşaqlar tez
böyüyər ki,
əl-ayağa dolaşmasın.
Tox dərdini çəkməklə
ac,
müşkülünə
tapar əlac,
alim qardaş, dilin
aç -
nadan ağzını
açmasın
Erkək kimi qoçaq,
diri
aslanların dişiləri,
Vətən, qoru
kişiləri -
qızlar qürbətə
qaçmasın.
Dolaşmışam
qarış-qarış,
hər bucağı mənə
tanış,
məddah, bir az asta
danış -
Saray tavanı
uçmasın;
Vuruşmaqdı
Şairinki,
dedin: "Vurun,
sınsın əngi!",
şuşa
üçün neynədin ki,
yad bayrağı
ucalmasın?!
Biz getsək də
ümid qalsın,
çiçək
açsın, tikan solsun,
yumruq gərək cavan
olsun -
Vətən vaxtsız
qocalmasın
MƏNƏ
- HƏR HAVAYA
DÜŞMƏZ OYNAMAQ...
Dindirin, həyatım
sədəfdi sazdı,
çayın taleyimlə dərd boyaboydu,
kimisi adını qızıla qazdı,
kimisi ömrünü yazılı
qoydu.
Təbiblər ölümü
yubada bilmir,
çünki canı verir nə bada-bilmir,
bir od var, torpaq
da soyuda bilmir -
örtmədi -məzarın qazılı
qoydu.
Mənə hər
havaya düşməz
oynamaq,
gərək qarışasan-azdı qaynamaq!
Tanrım, dövrana
bax, bu dəli
maymaq
gör, kimi-kimlərdən asılı
qoydu?
Ömür - dəryasına
qayıdan yaqut,
xəyal, o səhnəni bacarsan unut;
gənc ikən gedirdim, gələndə tabut,
anam "Patefona" - "Vağzalı"
qoydu.
Gözün çıxmaq
olmur hər an selinnən,
kərpic kəsmək olmur mülklər külünnən,
illər gəncliyini alıb əlinnən
o qədər igidi əsalı qoydu.
Gəldin Vahid ƏZİZ,
dünya bir yol,
zülmətə
yol çoxdur, işığa - bir yol,
hər kəsin ovcuna məzar, ayıq ol:
"Yazıq, nə
gətirdin"- sualı
qoydu...
HƏLƏ SUYA DÖNÜB İÇİLMİR DUMAN...
Solur lalələr
də, bənövşələr
də,
çəmən
necə dözür, kollar ağlamır,
alışa bilməzdi bu cürə dərdə
-
çinar ona görə çiçək bağlamır,
Nə əyri çömçəydin, nə
sınıq boşqab,
ürəyim nələrə tab gətirdi,
tab!
Yatmış "Qara
çuxam" bağlı
bir kitab -
Bir kəs - nə oxumur, nə varaqlamır,
Səbrim ölümlərdən
saxladı məni,
eşqim cünun kimi dağladıb məni,
nakişi olanlar ağladıb məni -
sonra danlayıb ki - "
Bəxtəvər illərim - necə
də itdin?
İstəkli güllərim - harada
bitdin?
Anam, nahaq məni etibar etdin -
dünya əmanəti yaxşı
saxlamır,
Hələ bax, gör necə ağlayan gəlir,
nəyəsə
ümidlər bağlayan
gəlir,
hər yerdə cibləri yoxlayan gəlir,
qəlblər çəkdiyini kimsə yoxlamır,
Hələ suya dönüb içilmir duman,
ox mürgü vurmaqda, çəkilmir kaman,
dövran, Vahid ƏZİZ, sirli bir ümman -
bəxtin gətirib ki, hələ çağlamır...
GECƏLƏRİM...
Gecə düşdü,
Günəş batdı
-
zülmətə
yol gedirdim,
gecə, düşdü, şər
qarışdı -
kölgəni də itirdim,
ulduz axar, taleləri
yada salar gecələr,
gətirməklə
səhərləri
yadda qalar gecələr,
çətinləşər
günü-gündən
sənnən soraq almağım,
bu gecənin o gecədən
fərqi sənsiz qalmağım,
yananların tüstüləri
gözə çarpıb - seçilmir,
gül sevinir - qaranlıqda
yatan çəmən biçlmir,
yuxu görər gecələrdə,
qanlar tökən savaşlar da
ara verər gecələrdə,
göylər xalı ortasında
ay gümüşü
qəndili,
gecələrim insanlarla
ulduzların mənzili,
çıraq olub qəlbim yanar
sən yaşayan küçədə,
Tanrıdan bir diləyim var -
can verməyim gecədə...
ƏLƏK, HƏLƏ ƏLƏ
GÖRƏK...
Ələk, hələ
ələ görək
-
xəlbirə, sənə güvənim?
gözəl çiçək görkəminə
yoxsa - sözünə güvənim?
Yeri dar olub cahanın,
səsi coddur həyəcanın,
min sifətli bu Dünyanın
hansı üzünə güvənim?
Səsləyib, çəkdi
tətiyi,
qarşımda əkdi kötüyü,
yara, yoxsa gizlətdiyi
şaşqın
gözünə güvənim?
Dil buladım gəlib yenə
ocağın alov dilinə:
"De görüm, qalan
külünə,
gedən gözünə güvənim?"
Bir az
azad, bir az kölə -
söz savaşda məddah ilə,
tarixdən qalan əmələ,
yoxsa, izinə güvənim?
Xainmiş sirdaş
duyduğum,
qallam uçdu daş qoyduğum,
yar-yar ola, baş qoyduğum
isti dizinə güvənim!
Xəlbirlə qaldım
üzbəüz -
qoy, ələnsin əqidəmiz,
sən satmazsan, Vahid Əziz,
bəlkə özünə güvənim...
ÇƏKİLİR...
Vaxt sağaldır
yaraları -
olaraq köz-köz, çəkilir,
eşq yarası ən ağrılı,
başqaları tez çəkilir,
biri deyir - "Özü atıb",
o birisi "Yarı satıb",
qonum-qonşu xəbər tutub -
adımız tez-tez çəkilir,
ayrılmışıq
keçən yazdan,
payız keçir aramızdan,
xəzəllərlə
qapınızdan
mənnən qalan iz çəkilir,
eşit ölüm xəbərini,
özgə tutsa yar yerini,
duymayanlar bir-birini
olaraq üz-göz çəkilir,
balım, şərbətim, şəkərim,
sevincim, qəmim, qəhərim,
bilirəm dəymədüşərim,
həsrətin mənsiz çəkilir,
bu nə əda, ya nazdı belə?
Qəlbdə nə ayazdı
belə?
Sənsiz gələndə
sahilə
harasa dəniz çəkilir,
şəkillərimi
tökürsən,
ora-bura gül çəkirsən,
nə sən mənnən əl çəkirsən,
nə Vahid Əziz çəkilir...
MƏNƏ YÜZ İL
ÖMÜR ARZULAMAYIN
Mənə yüz
il ömür
arzulamayın,
Payız yarpağıtək
qovmasın külək,
Gözlərim, görsə
də, ayağım-əlim
Əsalıq olanda
dayansın ürək,
Mənə - "Yüz
il yaşa" deməsin dostlar,
gülüşüm,
yerişim, səsim itməsin,
mənnən cavan olan, gümrah
olanlar
çiynimdə dünyadan köçüb
getməsin.
Mənə yüz
il ömür
arzulamayın;
Bu qədər yaşayan hansı çiçəkdir?
Sən yaşda qalmırsa taytuşun-tayın;
Qurdla qiyamətə
qalmaq deməkdir,
Mənə elə
ömür arzulayın
ki,
Ölüncə ümmantək
çağlaya bilim,
Qapı-pəncərəni öz
evimdəki
Özüm aça
bilim, bağlaya bilim,
Sağlıqlar deyəndə
hərdən şənimə
-
Nə özüm
kövrəlim, nə
sizə gülüm,
Tənrıdan bir
ömür diləyin
mənə
Hər vaxt sevə
bilim, sevilə bilim.
Taleyim sevgiylə
baxsın üzümə;
Görsün yad payına
şərik deyiləm?
Gərək olmayanda
özüm-özümə,
Deməli, heç
kəsə gərək
deyiləm!
Mənə yüz
il ömür
arzulamayın,
Ləyaqət, təmiz
ad atıb-getməsin,
Dünyaya qalacaq
Karvanım lənətə
batıb-getməsin!
Mənə yüz
il ömür
arzulamayın...
BİR-BİR ETİBARLI
DOSTLARIM GEDİR
Dünyasını dəyişmiş
sadiq dostlarımın
unudulmaz xatirəsinə
Qopub dənə-dənə
dönürük dənə,
Dünya həzin-həzin
bizi üyüdür,
təkliklə-tənhalıq güc gəlir mənə
ayrılıq yoxuşu yaman təntidir,
bir-bir etibarlı dostlarım gedir
qəmdən qaçan kimi dərd quyruq olur,
bəzən yad hörməti sərt buyruq olur,
ucuz ya bahalı - üz soyuq olur:
canımı qoruyan astarım gedir,
bir-bir etibarlı dostlarım gedir
dostlar itirməyim taleyin qəsdi,
get-gedə çəkilir ürəkdən
isti,
eləsi var idi - nəfəsi
bəsdi;
şirim, nərim gedir, aslanım gedir,
bir-bir etibarlı dostlarım gedir
hər an gözyaşımın
artır lilparı,
hər an bir matəmin gəlir çaparı,
uçur ümid dağı, düşmən çəpəri;
el-el, diyar-diyar yaslarım gedir,
bir-bir etibarlı dostlarım gedir
hər kəs dost olmağa yarıya bilmir,
mərd niyə doyunca qarıya bilmir?
Yaxşılar yaxşını
qoruya bilmir;
Həsrətli karvanım,
qatarım gedir,
bir-bir etibarlı dostlarım gedir
ömrün Vahid ƏZİZ, bölüm-bölümdür,
insan - eşq yolçusu, sarvan ölümdür,
gələndə
ağlayan ağladıb
gedir;
azlarım, sazlarım, yazlarım gedir,
qalmır, etibarlı dostlarım gedir...
Vahid ƏZİZ
Ədalət.- 2009.- 21 fevral.- S. 20