TALE BİZİ SEÇDİ...
Xocalı faciəsinə aparan
yollar...
XX əsrin
80-ci illərinin sonlarına
yaxın iqtisadi böhran burulğanında
boğulan və artıq dağılmağa
başlayan müttəfiq
respublikalar birliyi -
SSRİ-nin ömrünün
bir az
da uzadılması üçün xüsusi
xidmət və siyasi orqanlar yollar aramaqda idi. Yarandığı gündən milli zəmində münaqişə
ocaqlarının təməlini
qoymağa başlayan Sovet hakimiyyəti basdırdıqları bu
"minaları" tərpətməklə
qaynar ocaqlar yaratmaq və bu ocaqları söndürmək bəhanəsilə
ordunun gücüylə
ölkədə hərbi
vəziyyət yaratmaq
istəyirdilər. Lakin bu
"minaların" nə
dərəcədə təhlükəli
olduğunu və onların partlayacağı
təqdirdə quruluşun
mövcudluğuna gətirəcəyi
təhlükə barədə
düşünmürdülər.
Eyni zamanda xərçəng xəstəliyi kimi yayılan kommunizm təhlükəsini birdəfəlik
yer üzündən silib atmağa çalışan ABŞ və
Qərb dövlətləri
də yaranmış münbit vəziyyətdən
maksimum istifadə etməyə çalışırdı. 70 ilə yaxın bir dövrdə demək olar ki, bütün dünyadan təcrid olunan bir ölkənin
Qorbaçovun yenidənqurması
sayəsində qapalı
qalmış qapılarını
açması da onların bu niyyətlərini gerçəkləşdirirdi.
Hər vəchlə SSRİ-nin dağılmasının qarşısının
alınması üçün
çalışan Qorbaçov
hakimiyyətinin xüsusi
xidmət və siyasi orqanlarının gizli planlarında dondurulmuş münaqişə
ocaqlarının yenidən
alovlandırılması üçün
ilkin olaraq Orta Asiya ölkələri
seçilmişdi. 1986-cı ildə Qazaxıstanda tələbələrin kütləvi
etiraz aksiyaları ilə başlayan dondurulmuş "minaların"
tərpədilməsi əməliyyatları
sonradan Oş vilayəti yaxınlığında
qırğızlarla özbəklərin
toqquşmasına gətirib
çıxardı. Yaranmış vəziyyəti qiymətləndirməyi
bacaran, xaricdə güclü diaspor dayaqlarına malik olan Ermənistanın Dağlıq Qarabağı
özlərinə birləşdirmək
məsələsini ortaya
atması xüsusi xidmət orqanlarını
bu planlarında dəyişikliklər etməyə
məcbur etdi. Üstəlik, dövlət başçısı
Mixail Qorbaçovun və onun arvadı
Raisa Qorbaçovanın
yaxın ətrafının
ermənilərlə əhatə
olunması vəziyyəti
daha da dərinləşdirirdi.
200 ildən artıq bir dövrdə Rusiyanın əsarəti altında olan Azərbaycan təzyiqlər
qarşısında illər
boyu əzəli - Qərbi Azərbaycan torpaqlarını artıq
ermənilərin xeyirinə
itirmişdi. Kifayət qədər oyanmış
Azərbaycan xalqı bundan sonra heç
olmasa, müttəfiq respublika kimi fəaliyyət göstərdiyi
müddətdə müəyyənləşdirilmiş
ərazi bütövlüyünün
bir hissəsini ermənilər tərəfindən
idarə olunan siyasi büronun bir qrup pensionerinin
göstərişi ilə
Ermənistana vermək
fikrində deyildi.
1988-ci ilin fevral ayında Ağdamdan Dağlıq Qarabağa tərəf başlayan etiraz yürüşləri
və etiraz dalğaları az
bir zamanda bütün respublikanı
ayağa qaldırdı...
Yaranmış problemi mövcud Konstitusiya çərçivəsində
tezliklə həll etmək əvəzinə
Sovet hökuməti vəziyyəti daha da qızışdıraraq
əraziyə on minlik
daxili qoşunlar ordusunu yeritdi və bölgədə fövqəladə vəziyyət
elan etdi. Bununla da
Qorbaçov hakimiyyəti
SSRİ-nin iflasa uğramasının bünövrəsini
qoydu. Yerli azərbaycanlı əhalidən
adi ov tüfənglərini
yığışdırmağa başlayan hərbçilər
və yerli hüquq-mühafizə orqanları
xalqın torpaqlarını
və ərazi bütövlüklərini qorumaq
iradəsini sındıra
bilmədi...
Bölgədə fövqəladə vəziyyət
və komendant saatı tətbiq edilməsinə baxmayaraq, xalqın iradəsi ilə yaranmış müqavimət hərəkatına
qoşulanların sayı
günbəgün artırdı. Bölgədə müəyyən nüfuza
malik olan Ağdam rayonunda yaranmış müqavimət
hərəkatına respublikamızın
tanınmış vətənpərvər
ziyalıları istiqamət
verir, sıralarının
genişləndirilməsi üçün
müəyyən işlər
aparırdılar.
Artıq 1988-ci ilin sonlarında Qarabağda vəziyyətin
getdikcə gərginləşməsi,
ara-sıra baş verən milli zəmində qarşıdurmalarda
itirdiyimiz insanlarımız
məcbur edirdi ki, bu hərəkatın
daxilində gizli silahlı özünümüdafiə
dəstələri yaradılsın. Mərhum Eldar
Bağırovun rəhbərliyi
ilə müqavimət
hərəkatının bir
qrup üzvü tezliklə özünümüdafiə
dəstələrini yaratmağa
müvəffəq oldu.
Məlum
səbəblərdən gizli
saxlanılması mümkün
olmayan özünümüdafiə
dəstələri Dağlıq
Qarabağda yaşayan
azərbaycanlı gənclərin
də qoşulması
ilə artıq böyük gücə malik idi.
Lakin sayın və gücün çox olması hələ ordu demək deyildi. 50-60 nəfərlik qruplarla
7-8 min nəfəri özündə
birləşdirən müdafiə
dəstəsi çox
az miqdarda
silahla təzhiz olunmuşdu. Bir neçə avtomat və hər qrupda 3-5 tüfəng...
Təbii ki, fövqəladə vəziyyətə "nəzarət"
edən, hər növ silahla təmin olunmuş daxili qoşunların əsgərlərinə və
bu əsgərlərin
yaxından köməkliyi
ilə bizdən dəfələrlə yaxşı
silahlanmış erməni
hərbi qruplarına qarşı mübarizə
aparmaq çətin idi. Buna baxmayaraq, müəyyən
vaxtadək Qorbaçov
hakimiyyətinin Dağlıq
Qarabağı asanlıqla
Ermənistana birləşdirmək
planlarını pozmağa
nail ola bilmişdik.
Bəlkə də daha çox nəyəsə nail olmaq olardı. Lakin Qarabağda müqavimət
hərəkatı təkcə
erməni və ruslarla mübarizə etmirdi. Eyni zamanda Moskvanın
göstərişi ilə
öz xalqının müqavimətini qırmağa
çalışan Azərbaycan
Respublikasının hakimiyyətdə
əyləşənləri ilə də apardığımız mübarizə
faktiki olaraq bizi iki cəbhədə
döyüşməyə vadar edirdi. Razılaşın ki, hərbi və siyasi təcrübəsi olmayan cavanlar üçün bu çox çətin idi...
Vətənə, torpağa bağlı olan, ata-baba yurdlarını düşmənlərə
təslim etmək istəməyən bu cavanlar bütün çətinliklərə dözürdü. Yerli hakimiyyət
orqanlarında çalışan
rayon rəhbərləri də
real vəziyyəti başa
düşərək açıqda
edə bilməsələr
də müəyyən
vaxtadək gizli də olsa hərəkata
dəstək verir, imkanları daxilində silah-sursatla təmin olunmasına da köməklik göstərirdilər.
Vəzifə kəndirlərinə bağlanmalarına baxmayaraq,
onlar da bir azərbaycanlı kimi ata-baba torpaqlarının
itirilməsi ilə razılaşmırdılar. Yalnız o vaxtkı respublika rəhbərliyi siyasi büronun yalançı vədlərinə
aldanaraq sadəlöhvcəsinə
problemin dövlət tərəfindən həll
olunacağına inanırdı...
Moskvanın emissarı - Azərbaycan Kommunist Partiyasının ikinci katibi, faktiki olaraq respublikaya rəhbərlik edən Viktor Polyaniçkonun
Stepanakertdə (Xankəndində)
Qarabağ təşkilatına
şəxsən rəhbərlik
etməsi yalnız ermənilərin xeyirinə,
azərbaycanlı əhalinin
isə müqavimətinin
zəiflədilməsinə yönəlmiş addım
idi. Təəssüf ki, o vaxtkı
rəhbərlərimiz bu
siyasi addımı qiymətləndirmək bacarığında
deyildi. Az-çox baş çıxaran
və vəziyyəti
dərk etməyə başlayan Tofiq İsmayılov, İsmət
Qayıbov, Məhəmməd
Əsədov kimi rəhbər vəzifədə
çalışanlarımız vertolyot terrorunun qurbanına çevrildi.
Yerli Azərbaycan əhalisinin asan yolla nüfuzunu qazanmaq təcrübəsi
olan rusiyalı "çekist"in tezliklə
özünə qarşı
sui-qəsdlər hazırlamasını
və həyata keçirməsini, o vaxtkı
yeganə elektron vasitə sayılan Az.TV ilə guya bu sui-qəsdlərin
ona qarşı ermənilər tərəfindən
törədilməsini dəfələrlə
nümayiş etdirməsini
hamı xatırlayır.
Lakin bu sui-qəsdlərin Polyaniçkonun
mühafizəçiləri tərəfindən səhnələşdirilməsini
çox az
adam bilirdi. Bütün bu oyunlar Viktor Polyaniçkonun ermənilərə
qarşı əsl mübariz kimi Azərbaycan xalqının
sevimli qəhrəmanına
çevrilməsi üçün
hesablanmışdı.
Bu cür
oyunlar Azərbaycan xalqının və onun rəhbərliyinin başının altına
yastıq qoyur, əsas partlayışın
hazırlanması üçün
rusların və ermənilərin əl-qolunu
açırdı...
(Ardı gələn sayımızda)
Rüstəm HACIYEV
Ədalət.- 2009.- 24 fevral.- S. 2.