Ombudsman bəyanat yaydı

 

Ombudsman Elmira Süleymanova Xocalı soyqırımının 17-ci ildönümü ilə əlaqədar bəyanat yayıb. Bəyanat BMT-nin baş katibinə, baş katibin uşaqlar silahlı münaqişələr üzrə xüsusi nümayəndəsinə, BMT-nin insan hüquqları üzrə ali komissarına, ATƏT-ə, Avropa Şurasına, Beynəlxalq Avropa ombudsman institutlarına, Beynəlxalq Sülh Bürosuna, Universal Sülh Federasiyasına, Asiya Ombudsmanlar Assosiasiyasına, Azərbaycanın xarici ölkələrdəki səfirliklərinə diaspora təşkilatlarına ünvanlanıb. E. Süleymanova bildirib ki, uzun illər Xocalı faciəsi lazımi səviyyədə təbliğ olunmayıb:   

"Təəssüf ki, hələ Xocalı hadisəsinin azərbaycanlılara qarşı soyqırımı olduğunu heç bir ölkə tanımayıb siyasi qiymət verməyib. Halbuki Xocalı soyqırımı sülh bəşəriyyət əleyhinə yönələn əməldir ən ağır beynəlxalq cinayətlərdən biri hesab olunmalıdır. Xocalı soyqırımı zamanı 613 nəfərin, o cümlədən 106 qadının, 63 azyaşlı uşağın, 70 qocanın həyatına son qoyulub, 487 nəfər şikəst olub, 1275 nəfər sakin əsir götürülüb, 150 nəfər itkin düşüb".   

E.Süleymanova qeyd edib ki, Xocalı soyqırımını törədən erməni terrorçuları cinayət məsuliyyətinə cəlb olunmalıdır: "Ermənistan münaqişə ilə bağlı qəbul edilmiş beynəlxalq sənədlərin müddəalarını yerinə yetirməli, Azərbaycanın ərazi bütövlüyü bərpa olunmalı, azərbaycanlı qaçqın məcburi köçkünlərin pozulmuş hüquqları bərpa edilməli onlar öz doğma yurdlarına dönməli, Ermənistana beynəlxalq qurumlar tərəfindən sanksiyalar tətbiq olunmalıdır".

  

  

ŞAMXAL

 

Ədalət.- 2009.- 24 fevral.- S.5.