UNUDULMAYAN TARİX
Xocalı soyqırımının anımı tədbirində
çıxış edən
natiqlər ermənizmin
faşizmdən də
təhlükəli olduğunu
vurğuladılar
Xocalı soyqırımının 17-ci ildönümü ilə bağlı həm Azərbaycanda, həm də dünyanın bir çox ölkələrində anım tədbirləri keçirilir. Dünən bu tədbirlərdən biri Azərbaycan Respublikası Gəncliyə Yardım Fondunun konfrans zalında baş tutub.
Tədbiri giriş sözü ilə açan və Xocalı, eləcə də bütün şəhidlərimizin
ruhlarına rəhmət
diləyən Türkiyənin
"İstanbul Qardaşlıq
və Yardımlaşma
Dərnəyi" beynəlxalq
humanitar təşkilatının
Azərbaycandakı nümayəndəliyinin
baş məsləhətçisi
Ahmet Tecim bildirib ki, 17 il əvvəl erməni terrorçuları
tarixdə görünməmiş
qəddarlığa əl
atıb. Natiq eyni zamanda bu
qəddarlığa beynəlxalq
birliyin də göz yummasını təəssüflə vurğulayıb:
"Xocalı soyqırımı
təkcə Azərbaycana
deyil, bütün türk dünyasına qarşı törədilib.
Bu soyqırımı törədənlər
dünyanı aldadaraq
bütün türk dünyasını çətin
vəziyyətə salıb.
72 türk diplomatının
qətlinə, Xocalı
soyqırımına göz
yuman dünya bir erməninin ölümünü daha çox şişirdir. Ümummilli lider Heydər Əliyevin hakimiyyətə gəlməsi ilə
soyqırımın dünyada
tanınması üçün
mühüm addımlar
atılıb. İndi
bu siyasət İlham Əliyev tərəfindən davam etdirilir. İnanırıq
ki, Dağlıq Qarabağın işğalına
son qoymaqla şəhidlərimizin ruhunu
şad edəcəyik.
İnanın ki, həmin günlər
elə də uzaqda deyil".
Torpaqlarımızın tezliklə
işğaldan azad olunması ilə bağlı əminliyini ifadə edən Azərbaycan Respublikası
baş nazirinin müavini, Qaçqınların
və Məcburi Köçkünlərin işi
üzrə Dövlət
Komitəsinin sədri
Əli Həsənov daha sonra vurğulayıb
ki, ermənilərin məkrli niyyətlərini
heç vaxt yaddan çıxarmamalıyıq:
"Xocalı faciəsi
ermənilərin son iki
yüz ildə azərbaycanlılara qarşı
törətdiyi ən
ağır faciədir.
Xocalı faciəsinə
ayrıca bir faciə kimi baxmaq lazım deyil. Bir məqama
diqqət yetirək. Ermənilər törətdikləri
bütün hadisələrə
haqq qazandırmaq üçün Sumqayıt
hadisələrini törədib.
Sumqayıt hadisələri
26 fevral 1991-ci il, Xocalı soyqırımı
isə 1992-ci il 26 fevral tarixində baş verib. Burada heç bir təsadüf yoxdur. Sumqayıt hadisələri bəhanə
gətirilərək bu
olaydan 5-10 gün sonra 250 min azərbaycanlı
Ermənistandan çıxarılıb.
Bizim yaddaşımızda
faşizm sözü qalıb. Ancaq ermənilərin Xocalıda
törətdikləri daha
qəddar olub. Bu, görünməmiş
bir dəhşətdir.
Vaxt gələcək
bu qan yerdə
qalmayacaq. Azərbaycan
prezidenti İlham Əliyevin apardığı
siyasət ona yönəlib ki, ermənilər öz səhfini başa düşsünlər. Onsuz
da bu torpaqlar
azad olunacaq. Yenə də ermənilərlə qonşu
yaşamağa məcbur
olacağıq. Ancaq ermənilərin qan, torpaq hərisliyini, qəddarlıq, faşizm xislətini yaddan çıxarmamalıyıq. Cənab
prezident istəmir ki, müharibə olsun. Ancaq Azərbaycan
oğlu lazım gələrsə torpağı
üçün döyüşəcək,
canından belə keçəcək. Gənc
nəslin beyninə yeritməliyik ki, erməninin geni insan qanına hərisdir, bu millət çox qorxuludur. Təəssüf
ki, belə bir mənfur millətlə qonşu yaşamağa məcburuq.
Ayıq olmalıyıq".
Millət vəkili Elman Məmmədov çıxışında Azərbaycanın o vaxtki hakimiyyətini qətiyyətsizlikdə, Xocalı sakinlərini köməksiz qoymaqda günahlandırıb: "Biz Xocalını son damla qanımıza qədər müdafiə etdik. Bizə belə bir sual ünvanlayırlar ki, siz faciənin yaxınlaşdığını hiss edirdiniz, niyə Xocalını tərk etmədiniz? Onlara cavabım budur ki, əmin-amanlıq dövründə yaşayıb, dar vaxtda torpağı tərk etməliydikmi? Biz türk dünyasına, 8 milyonluq Azərbaycan xalqına, o zamanki başıpozuq hakimiyyətə ümid etdik. Lakin bizim ümidlərimiz boşa çıxdı və nəticədə bu faciə baş verdi".
Millət vəkili Novruz Aslanov, Xocalı rayon icra hakimiyyətinin başçısı Şahmar Usubov, prezidentin icra aparatının ictimai-siyasi məsələlər şöbəsinin baş məsləhətçisi Rasim Mirzəyev çıxışlarında şəhid ailələrinə başsağlığı verdi və onları mətin olmağa səslədi.
Tədbirin sonunda Azərbaycan Qızıl Aypara Cəmiyyətinin Xocalı rayon şöbəsi
tərəfindən "İstanbul
Beynəlxalq Qardaşlıq
və Yardımlaşma
Dərnəyi" Beynəlxalq
Humanitar təşkilatının
Azərbaycandakı nümayəndəliyinə
təqdim olunmuş siyahıya əsasən
150 şəhid ailəsinə
yardım paylanılıb.
Ömər
Ədalət.- 2009.- 26 fevral.- S.1,3.