Xocalı soyqırımının
ildönümü Tarix
Muzeyində anıldı
"200 ilə yaxındır ki, Azərbaycan xalqı ermənilərin təcavüzünə məruz qalır. Bu illər ərzində Azərbaycan xalqının başına yüzlərlə bəlalar gətirilib. Törədilən bu soyqırımların və faciələrin dünya ictimaiyyətinə çatdırılması ən vacib amildir". Bu fikrləri dünən Azərbaycan Tarix Muzeyində Xocalı Soyqırımının 17-ci ildönümü ilə əlaqədar keçirilən tədbirdə çıxış edən Tarix Muzeyinin elmi-maarif şöbəsinin müdiri, tarix elmləri namizədi Bəhmən Kərimov söyləyib.
B.Kərimov çıxışı zamanı ermənilər tərəfindən Azərbaycan xalqına qarşı törədilmiş bu faciələri qətiyyətlə pisləyərək, düşmənin iç üzünü açmaq üçün bu faciələrin dünyaya çatdırılmasını ən mühim amil kimi qiymətləndirdi.
Tədbirdə muzeyin Azərbaycan ən yeni dövr tarixinin ekspozisiya və fondları şöbəsinin kiçik
elmi işçisi Aqil Əhmədov, muzeyin numizmatika şöbəsinin kiçik
elmi işçisi Aygün Məmmədova, muzeyin Elmi-Maarif şöbəsinin kiçik
elmi işçisi Ləman Məmmədova 17
il əvvəl Xocalıda törədilən
dəhşətli faciə
haqqında danışıblar.
Tədbirdə Bakı şəhəri
Binəqədi rayonu
244 saylı orta məktəbin şagirdləri
çıxış ediblər.
Sonda tədbir iştirakçılarına
Xocalı soyqırımına
aid fotoşəkillərdən ibarət slayd və sənədli film də göstərildi.
VÜSAL
Ədalət.- 2009.- 26 fevral.- S.2.