Xocalı qətliamı
ilə bağlı çəkilən film artıq hazırdır
Türkiyəli rejissor: "Bu filmi
çəkmədən dünyadan
gedərdimsə, gözlərim
açıq qalardı"
"Xocalı qətliamı. Bu, son olsun!" adlı qısametrajlı filmin təqdimat mərasimi keçirilib. Türkiyənin
tanınmış rejissoru
Korhan Yurdsevərin lentə aldığı
film Azərbaycan-Türkiyə Tarixi Araşdırmalar Fondunun dəstəyi ilə çəkilib. 13 dəqiqəlik qısametrajlı film Türkiyə
türkcəsindədir və
Azərbaycan türkcəsinə,
həmçinin, ingilis
və rus dillərinə tərcümə
olunub. Filmdə əsasən türkiyəli
aktyorlar iştirak ediblər və aktyorlar filmə görə qonarardan imtina ediblər. Qısametrajlı filmin Azərbaycan,
Türkiyə və
ABŞ telekanallarında da
nümayişi nəzərdə
tutulur.
Filmin ABŞ, Rusiya və Türkiyədə Xocalı
ilə bağlı keçiriləcək tədbirlərdə
nümayiş etdiriləcəyini
də söyləyən
Azərbaycan-Türkiyə İş
Adamları Birliyinin baş katibi Rəşad Rəsullu filmlə bağlı hazırlanmış afişaların
da müxtəlif şəhərlərdə keçiriləcək
nümayişlərdə və
mitinqlərdə istifadə
ediləcəyini bildirib.
"Xocalı qətliamı. Bu, son olsun!" filmi ilə əlaqədar hazırlanmış xüsusi
açıqcalar ABŞ hökumət
nümayəndələrinə, Senat və Konqres
üzvlərinə göndəriləcək.
Film Ümumrusiya Azərbaycanlıları Konqresinin
vasitəsilə Rusiyanın
Moskva və digər şəhərlərində
keçiriləcək tədbirlərdə
nümayiş etdiriləcək.
K.Yurdsevər Xocalı
faciəsi ilə bağlı film çəkməyin
insanlıq borcu olduğunu bildirib: "Xocalıda ermənilərin
səkkiz aylıq hamilə qadının qarnını yarıb uşağını çıxardıqlarını
və uşağın
başını anasının
gözü qarşısında
kəsdiklərini eşidəndə
bu hadisəni bir insanın törədə biləcəyinə
şübhə etdim.
Bu filmi çəkmək
mənim borcum idi. Əgər bu filmi çəkmədən dünyadan
gedərdimsə, gözlərim
açıq qalardı".
K.Yurdsevər Xocalı ilə
bağlı tammetrajlı
film də çəkiləcəyini,
artıq ssenarinin hazırlanmasına başlandığını
söyləyib.
"Bu filmdən sonra Türkiyədə çox
insanlar papaqlarını
masanın üzərinə
qoyub daha dərindən fikirləşəcəklər". Türkiyəli
rejissor Türkiyənin
Ermənistanla sərhədləri
açacağı və
Azərbaycan torpaqlarının
işğalına son qoyulması
şərtindən vaz
keçdiyinə dair suala cavabında isə Türkiyədə
imperialist güclərin təsiri
ilə bir sıra yanlış addımlar atıldığını
da deyib: "Məncə, Türkiyə
prezidentinin İrəvana
getməsi gərəkli
deyildi. Bu filmin
Türkiyə televiziyalarında
nümayişindən sonra
Türkiyədə bir
çox şəxslərin
daha diqqətli olacağına inanıram.
Türkiyədə "ermənilərdən üzr istəyək" deyən bir sıra insanlar var ki, mən
onlara "beyin fahişələri" deyirəm.
Xocalı ilə bağlı
film artıq həmin insanları narahat etməkdədir".
V.Məmmədli
Ədalət.- 2009.- 26 fevral.- S. 4.