TALE BİZİ SEÇDİ...
Xocalı faciəsinə aparan
yollar...
(Əvvəli ötən
saylarımızda)
... Artıq
fevral ayının
25-dən başlayaraq Xocalı
rayon rəhbərliyi radio-telefon
vasitəsi ilə əraziyə çoxsaylı
hərbi texnikanın və hərbi qüvvələrin cəmləşdirildiyi
barədə məlumatlar
verərək həyəcanla
təcili köməklik istəyirdi.
Təbii ki, alınan məlumatlar prezidentin səlahiyyətli nüma-yəndəsi
tərəfindən yuxarıya
ötürülürdü. Ali Baş Komandan isə Moskva ilə danışdığını,
heç bir əməliyyatın aparılmayacağını
bildirərək rayon rəhbərliyini
əhali arasında panika yaratmaqda günahlandırırdı.
Fevral ayının 25-i axşam saatlarında paytaxt şirin yuxuya hazırlaşdığı bir
vaxtda dörd bir tərəfdən Xocalıya qarşı hücuma keçən erməni-rus hərbi birləşmələri irimiqyaslı
işğal əməliyyatına
başladı. Müasir silah və hərbi texnika ilə təchiz olunmuş düşmən
həmlələri qarşısında
mərdliklə dayanan
Xocalının müdafiəçilərinin
qüvvələr nisbəti
bərabər olmadığı
üçün geri çəkiləcəyi artıq
gerçəkləşirdi. Əslində heç geri
çəkilməyə də
yer yox idi.
Düşmən həmlələrini,
heç olmasa, zəiflətmək üçün
Bütün Qarabağ bölgəsi misli görünməmiş
faciəni yaşadığı
bir vaxtda respublika rəhbərliyi öz xalqına qarşı etdiyi xəyanəti gizlətmək
üçün guya Xocalıya qarşı heç bir hücum əməliyyatının
keçirilmədiyi və
orada baş verənlər barəsində
danışılanların şayiə olduğu barədə dayanmadan yalan məlumatlar verirdi. Xocalının harayı paytaxtda
eşidilmirdi. Sanki törədilən soyqırımı
Azərbaycan torpaqlarında
Azərbaycan xalqına
qarşı deyil, haradasa Mozambikdə həyata keçirilirdi.
Fevralın 26-sı gecə
Xocalının mülki
əhalisi Ağdam rayonunun Qaraqaya adlanan istiqaməti tərəfə gəldiyi
barədə məlumat
alan yerli
müdafiə dəstələri
Allahverdi Bağırovun
(Azərbaycanın Milli
Qəhrəmanı) rəhbərliyi
ilə onlara kömək etməyə getdi. Onlar pusquda düşmən
gülləbaranına tuş
gələn dinc əhalinin sağ qalanlarının çıxarılması
üçün əllərindən
gələni etdilər.
Təəssüf ki, mülki əhalinin hamısını sağ-salamat
çıxarmaq mümkün
olmadı...
Səhər hava işıqlananda gördüklərimiz bizi
şoka salmışdı. Bütün dərə-təpə
boyu erməni quldurlarının xaincəsinə
qətlə yetirdiyi dinc əhalinin-qocaların,
qadınların, uşaqların
cəsədlərini görəndə,
hətta ən ağır döyüşlərdə
həmişə kamerası
ilə yanımızda
olan Seyidağa Mövsümov və türkiyəli jurnalist qardaşımız da göz yaşlarını
saxlaya bilmədilər.
Ömrü boyu silahı
videokamera olan bu insanlar gördükləri
bu vəhşiliklərə
dözməyərək əllərindəki
kameraları bir tərəfə atdılar
və rəhmətlik
Allahverdi Bağırovdan
silah istədilər.
Allahverdi
"oğraşlar silah
işlətmək üçün
bizə kömək etmədilər. Heç olmasa,
siz burada törədilən vəhşilikləri
çəkin aparıb
gözlərinə soxa
bilək. Bəlkə
onda binamuslar buralarda nə baş verdiyinə inanalar" - dedi...
Faciənin canlı
şahidləri, hadisələri
gözləri ilə görən və yaxından izləyənlər,
Əlif Hacıyev kimi qəhrəman oğullarımızın torpaqlarımızın
müdafiəsi uğrunda
son nəfəsinədək vuruşaraq həlak olmasını, Xocalının
son nəfəsədək döyüşdüyünü,
lakin yazıqlar olsun ki, ölkə
rəhbərliyinin öz
xalqına etdiyi xəyanəti yalnız müşahidə edə bildilər.
Bu xəyanətlər hələ
davam edəcəkdi. Sonrakı qanlı
döyüşlərdə allahverdibağırovlar, canpoladrzayevlər,
ramizqənbərovlar, vəzirlər
kimi minlərlə igidlərimiz də geri çəkilməyəcək,
son nəfəslərinə qədər döyüşərək
həlak olacaqdı.
Bütün bunlar Xocalı faciəsindən,
Xocalı soyqırımından
sonra baş verəcəkdi...
Demək olar ki, bir-birindən
xəbəri olmayan, ikiyə bölünmüş
ölkəmizin hər
iki hissəsində hadisələr baş verə biləcəyi şəkildə sonluğuna
çatırdı. Qarabağda
əhali Xocalının
işğal olunması
ilə məğlubiyyətini,
Bakıda isə mitinqçilər Ayaz Mütəllibovu istefaya göndərməklə qələbələrini
"qeyd edirdi"...
Artıq elan edilmiş atəşkəsdən
istifadə edərək
may ayının 8-dək "dincəlmək" olardı.
Axı, paytaxt yeni prezidentini
seçməyə hazırlaşırdı.
Onların Qarabağ dərdi ilə, ərazi bütövlüyümüzün
qorunması ilə məşğul olmağa
heç vaxtları da yox idi...
Yəqin bu da bizim
alın yazımız
imiş. Bu faciələri
biz yaşamalıydıq. Minlərlə şəhidi biz verməliydik.
Doğma yurd-yuvalarımızı
biz itirməliydik...
ÇÜNKİ TALE BUNUN
ÜÇÜN BİZİ SEÇMİŞDİ...
Rüstəm HACIYEV
Ədalət.- 2009.- 26 fevral.- S. 3.