SUMQAYIT HADİSƏLƏRİ - 27-29 FEVRAL, 1988

 

Kimdir müqəssir? Yaxud məkrli düşmənlərin üstümüzə yaxdığı ləkəni vaxt təmizləyəcəyik?

 

Bu bir həqiqətdir ki, bugünkü faciələrimizin kökündə, özəyində dünənimiz var. Söz yox ki, bu günədək başımıza gələnlər rus imperiyasının tarix boyu xalqımıza qarşı süngüyə çevirdiyi erməni daşnaqlarının düşmənçilik əməllərinin nəticəsidir. Məhz bu qüvvələr 1988-ci il fevralın 27-29-da xalqımıza gözlənilməz zərbə endirdilər. Keçmiş SSRİ-nin ali hakimiyyət orqanlarının bilavasitə rəhbərliyi ilə Sumqayıt hadisələri törədildi bu vəhşilik aktı Azərbaycan xalqının adına yazıldı.  

Bu aksiyanın təşkilatçıları şəhərdə iğtişaşlar törətmək üçün süni şərait yaratmışdılar. Gənclərə, xüsusən texniki peşə məktəblərinin şagirdlərinə spirtli içkilər, içərisi əvvəlcədən xaricdə narkotik maddələrlə doldurulmuş siqaretlər, müxtəlif psixotrop dərmanlar s. paylamışdılar. Əhalinin arasında Azərbaycan dilini təmiz bilən müxtəlif millətlərdən (əsasən ermənilərdən) ibarət olan təxribatçı qruplar yerləşdirmişdilər. Onlar insanları inandırmağa çalışırdılar ki, guya Ermənistanda Dağlıq Qarabağda ermənilər azərbaycanlıları kütləvi şəkildə döyür, öldürür, azyaşlı qızları zorlayır s. Guya Bakının dəmiryol vağzalına vaqon-vaqon meyidlər daşınır. Sumqayıtın özündə isə guya içərisi meyit yaralılarla dolu avtobusu şəhərin küçələrində nümayiş etdirirdilər. Şəhərin Lenin meydanındakı mitinqdə hətta bir nəfər qadın döşünü camaata göstərərək onun ermənilər tərəfindən kəsilmiş anasının döşü olduğunu inandırmağa çalışırdı. Hüquq-mühafizə orqanlarının səlahiyyətləri dondurulmuşdu. Ekstremist əhval-ruhiyyəli aparanlara güldən ağır söz deyilmirdi. Şəhərə vaxtında ordu göndərilməsi tələbləri artıq fevralın 27- Sumqayıtda olan SSRİ DTK-nın müavini Bobkov tərəfindən qulaqardına vurulurdu. General Krayevin rəhbərliyi ilə fevralın 28-dən 29-na keçən gecə şəhərə daxil olmuş ordu hissələri daxili qoşunlar şəhər partiya komitəsinin binasını mühasirəyə alaraq gözləmə mövqeyində dayanmışdılar. Həmin anlarda şəhərdə məlum qüvvələr tərəfindən erməni millətindən olanlar döyülür, öldürülür, zorlanırdılar. Nəticədə 26 nəfər erməni öldürüldü. Fevralın 29-da günorta üstü ordunun proseslərə birdən-birə müdaxiləsi nəticəsində 6 nəfər azərbaycanlı tankların tırıltıları altında vəhşicəsinə həlak oldular, 400 nəfərə qədər adam xəsarət aldı, 200 mənzil talan edildi, 50 mədəni-məişət obyekti dağıdıldı, 40-dan çox avtomobil zədələndi bir hissəsi yandırıldı...  

Martın 1-dən keçmiş SSRİ Prokurorluğunun istintaq qrupu hadisələri araşdırmaq üçün fəaliyyətə başladı. Bu qrupa keçmiş SSRİ prokurorluğu baş istintaq idarəsi rəisinin müavini Nenaşev SSRİ Prokurorluğu yanında xüsusilə mühüm işlər üzrə müstəntiq Qalkin başçılıq edirdilər. Bundan başqa keçmiş SSRİ DTK-nın SSRİ Hərbi Prokurorluğunun xüsusi qrupları da fəaliyyət göstərirdilər.   

3 minə yaxın şəhər sakini günahlı-günahsız həbs olunub zindanlara dolduruldu. Onlardan bir qismi inzibati məsuliyyətə cəlb olundu, bir qismi rüşvət verərək canlarını qurtardı, 94 nəfər haqqında isə cinayət işi başlanıldı. Adıçəkilən istintaq orqanları baş vermiş hadisələrin səbəblərini, cinayətlərin törədilməsi üçün yaradılmış şəraiti, təşkilatçıları, əsl caniləri müəyyən etməyə səy göstərməmiş, hadisələrin mahiyyətini ört-basdır etməkdən ötrü ayrı-ayrı zorakılıq metodlardan istifadə edərək qondarma şahidlərin ifadələrinə əsaslanaraq uydurma ittihamələr hazırlayıb keçmiş İtifaqın müxtəlif məhkəmələrində baxılmaq üçün təqdim etmişdilər. İstintaq zamanı tutulanların zorakılıqla bir-birinə qarşı ifadələr verməsində adıçəkilən istintaq qrupuna daxil olan respublika prokurorluğunun, respublika DTK-nın, DİN-in müstəntiqlərinin müstəsna "xidmətləri" olmuşdur. Onlar Moskvadan gəlmiş ağalarının xoşuna gəlmək üçün hər cür çirkin üsullardan istifadə edirdilər...

Məhkəmələr də öz növbəsində yuxarıların göstərişi ilə hərəkət etmiş, baxılan işlərdə qanunun aliliyi prinsiplərini kobudcasına pozaraq ədalətsiz hökmlər vermişdilər. 18 oktyabr-18 noyabr 1988-ci il tarixdə Moskvada keçmiş SSRİ Ali Məhkəməsi Ə.Əhmədovun, İ.Cəfərovun, İ.İsmayılovun cinayət işlərinə baxmış, prosesdə müttəhimlərə qarşı ittihamların əsaslılığı sübut olunmuş, lakin həmin bütövlükdə yenidən istintaqa qaytarılmaq əvəzinə, İ.Cəfərovun və İ.İsmayılovun cinayət materialları yenidən istintaqa qaytarılmış, Ə.Əhmədova isə heç bir tutarlı dəlil-sübut olmadan hadisələrin təşkilatçısı damğası vurularaq güllələnməyə məhkum olunmuş hökm oxunduqdan 17 ay sonra Moskva şəhərində icra olunmuşdur. Bundan başqa, istintaq dövrü heç bir günahı olmayan, sonradan məhkəmə tərəfindən sübuta yetirilmiş II qrup insulinlə yaşayan əlil Elçin Gəncəliyev Bayıl türməsində müəmmalı şəkildə öldürülmüş (onların ailəsi hadisə günləri 3 nəfərdən ibarət erməni ailəsini öz evlərində saxlamışlar-R.S.), tərbiyəli ailədən olan idmançı Taleh İsmayılov isə 15 il müddətinə cəzalandırılaraq "siyasi məhbus" kimi Tbilisi şəhərinə göndərilmiş, bir ildən sonra oradan meyidi gətirilib valideynlərinə təhvil verilmişdir. Digər həbs olunanlar 2 ildən 15 ilədək cəzalandırılaraq müxtəlif həbsxanalarda saxlanılmışlar. Onların böyük bir qismi hal-hazırda ya dünyasını dəyişib, ya da əlildirlər. Qırmızı Ordunun dəyənək zərbəsinə tuş gələn azyaşlı Azər Babayev isə 21 ildir ki, yataqdan qalxa bilmir...  

Hadisələrin ertəsi günü dünya televiziyaları Sumqayıtdakı erməni qırğınlarından bəhs edən, dünya ictimaiyyətini şoka salan filmlər nümayiş etdirməyə başladılar. Yazıçı Maqsud İbrahimbəyov "Drujba Narodov" jurnalının redaksiyasında çıxış edərkən demişdi: "Sumqayıt hadisələrinə bir gün qalmış çəkiliş qrupu gəlib onlar çəkiliş aparıblar. Bir qədər sonra həmin film İsveçrədə göstərilib. Filmin ağlasığmaz təsviri hissəsini insan təxəyyülünü dəhşətə salan səslər tamamlayır. Məsələn, filmin "qəhrəmanlarından" biri ekrandan matı-mutu qurumuş isveçlilərə öz dostu Mişanın onun arvadının qətli səhnəsini təsvir edirdi". Həmin erməni söyləyirmiş ki, guya sumqayıtlılar dostunun arvadının başını kəsdikdən sonra tikə-tikə doğramış, ətindən kabab bişirib iştahla yeyiblərmiş. Filmdə istifadə olunan lentlərin bir hissəsi keçmiş SSRİ DTR-nin 7-ci idarəsi tərəfindən çəkilərək sonradan ermənilərə ötürülmüşdür.  

Hesab edirəm ki, gec də olsa Sumqayıt hadisələrinə, eləcə də 13-15 yanvar Bakı hadisələrinə ayrı-ayrılıqda dövlət səviyyəsində (Milli Məclisin yaz sessiyalarının birində-R.S.) ictimai-siyasi, mənəvi-hüquqi qiymət verilməlidir. Təşkilatçılar, hadisələrin başvermə səbəbləri, ayrı-ayrı soydaşlarımızın milli ictimai mənafeyinə dəyən ziyanın həcmi müəyyənləşdirilməli, uzun illər günahsız yerə həbsdə yatmış vətəndaşlarımıza bəraət verilməli bu hadisələr barədə əsl həqiqət dünya ictimaiyyətinə, beynəlxaq təşkilatlara çatdırılmalıdır. Daha susmaq olmaz!

 

 

Ramiq Süleymanoğlu,

Tədqiqatçı jurnalist

 

Ədalət.- 2009.- 27 fevral.- S. 5.