VƏTƏNƏ SEVGİ HİSSİ

 

1 MART ÜMUMDÜNYA MÜLKİ MÜDAFİƏ GÜNÜDÜR

 

Bu gün Fövqəladə Hallar, MM söz birləşmələri dilimizdə tez-tez səslənməkə yanaşı, həm həyatımıza, təfəkkürümüzə daha dərindən nüfuz etməkdədir. Əslində bu onun göstəricisidir ki, sivilizasiyamızın tarixi, bizi əhatə edən aləmin mövcudluğu, varlığı fövqəladə hallarla üzvi surətdə bağlıdır.   

Əhalinin mülki müdafiəsi insanların təsərrüfat obyektlərinin müdafiəsi üçün tapşırıqların yerinə yetirilməsinə bütün qüvvəsini istiqamətləndirən, onun fəaliyyətini təşkil edən, tabeliyində olan orqan qüvvələri daim hazır vəziyyətdə saxlayan məqsədyönlü fəaliyyətdir.  

Beynəlxalq Mülki Müdafiə Təşkilatı (BMMT) Baş Məclisinin qərarı ilə 1972-ci ildən etibarən hər il martın 1-i bütün ölkələrdə Ümum-dünya Mülki Müdafiə günü kimi qeyd edilir. Hazırda BMMT- dünyanın 50-dən çox ölkəsi daxildir. Bu təşkilatın əhatə etdiyi dövlətlərdə məqsəd dinc əhalinin mühafizəsi sahəsindəki təcrübəni ümumiləşdirib yaymaq, MM kadrlarının hazırlanması təkmilləşməsi, habelə təbii fəalkətlər iri qəzalar zamanı dövlətlərarası qarşılıqlı yardımı təşkil etməkdir.   

Beynəlxalq MM təşkilatının tarixçəsi 1931-ci ildən başlayır. 1931-ci ilin mayında tibbi xidmət generalı fransız Corc Sant-Pol Parisdə "Cenevrə regionu Assosiasiyası" təşkilatını yaradır, sonralar o, "Beynəlxalq Mülki Müdafiə Təşkilatı"na çevrilir.  

General Sant-Pol 1937-ci ildə ölüb. Onun vəsiyyəti ilə Assosiasiya Parisdən Cenevrəyə köçürülüb müharibə dövründə mülki əhalinin tarixi abidələrin mühafizəsi üzrə Beynəlxalq Assosiasiya adı ilə yenidən qurulub. Generalın dostu məsləkdaşı Henri Cors Assosiasiyaya başçılıq edib, onun Baş katibi olub. Məhz Henri Corsun təşəbbüsü ilə Assosiasiya tərəfindən 1936-cı ildə İspaniyada baş verən vətəndaş müharibəsi zamanı əhalinin bəzi qrupları üçün Madriddə Qilbaoda, 1937-ci ildə isə Yaponiya Çin münaqişəsində - Şanxayda birtərəf zonalar yaradıldı dinc əhalinin qorunmasının mümkünlüyü nümayiş etdirildi.   

İkinci Dünya Müharibəsi zamanı döyüşən tərəflərdən heç biri digər ölkənin xeyirinə təhlükəsiz zona yaradılmasına razılıq vermədi.  

1954-cü ildə Berlində müharibə zamanı əhalinin mühafizəsi üçün neytral zonalar açıq rayonlar yaradılması məsələsi ilə əlaqədar Beynəlxalq Konfrans çağırıldı. Bu, BMMT-nin tarixində Mülki Müdafiə üzrə ilk Ümumdünya konfransı idi. Berlin konfransının qərarlarına əsaslanaraq, Assosiasiya qaçqınlar üçün vaxtında müvafiq rayonlar hazırlamaq ideyasının bütün ölkələr arasında yayılmasına təşəbbüs göstərdi.  

MM üzrə ikinci beynəlxalq konfrans 1957-ci ildə Florensiya şəhərində çağırıldı. Konfrans iştirakçıları qərara aldılar ki, "Cenevre regionu" Beynəlxalq Assosiasiyası əhalinin ətraf mühitin mühafizəsi ilə bağlı olan bütün məsələlərdə öz fəaliyyətini genişləndirsin assosiasiyanın mülki müdafiə problemləri üzrə beynəlxalq təşkilata çevrilsin.  

 1966-cı ildə radioloji mühafizə üzrə beynəlxalq konfrans çağırıldı. Konfrasda BMMT- üzv ölkələr, beynəlxalq təşkilatlar status almağa imkan verən Nizamnamənin mətnini qəbul etdilər. Nizamnamə təşkilata üzv olan ölkələrin birinci Baş Məclisinin qərarı ilə 1972-ci il martın 1-də qanuni qüvvəyə mindi.   

 1975-ci ildə həmin Nizamnamə BMT-nin Katibliyində qeydə alındı BMMT-nin Sazişlər toplusunda dərc olundu. 1976-cı il martın 10-da BMMT ilə İsveçrə hökuməti arasında BMMT- beynəlxalq təşkilat hüququ statusu verilməsi İsveçrədə yerləşdirilməsi barədə razılaşma imzalandı.   

 BMMT bu illər ərzində dünyanın bir sıra böyük şəhərlərində 10-dan artıq ümumdünya konfransı, 15-ə qədər Mülki Müdafiə texnikasının sərgisini təşkil etmiş, Mülki Müdafiənin təşkili, MM-nin tibb xidməti mövzularında, habelə radioloji mühafizəyə dair bir sıra beynəlxalq seminarlar keçirilmişdir.   

 Azərbaycan Respublikası 1993-cü ildə bu humanitar təşkilatın üzvlüyünə qəbul edilmiş onun keçirdiyi bütün tədbirlərdə fəal iştirak edir.   

 Mülki Müdafiə məsələləri aktuallıq baxımından "AZENCO" ASC- fəaliyyət dərəcəsinə görə öz qiymətini tapmaqdadır. Müəssisəmiz təzə-təzə təşəkkül tapsa da, strateji obyekt olaraq özünün nəyə qadir olduğunu sübuta yetirib. İlk mərhələdə Cəmiyyət özündə 650-700 nəfər işçini birləşdirdiyi halda bu gün 3500-dən çox energetikin müdafiəsi mühafizəsi obyektin Mülki Müdafiə rəhbəri Mülki Müdafiə Qərargahının ən başlıca qayğılarından birinə çevrilmişdir.   

Cəmiyyətin MM sahəsində qazandığı uğurların ən önəmli cəhəti ondadır ki, Mülki Müdafiə Qərargahı FHN Xətai rayon MM şöbəsi, şöbə rəisinin baş köməkçisi, mayor Ə.Hacıyevlə sıx əlaqə saxlanması onun əməli göstərişlərinin işdə tətbiq edilməsidir.  

MM-nin dayanıqlı işini təşkil etmək üçün obyektdə idarəetmə mərkəzi yaradılıb. Mərkəzin işi əsasən idarəetmə məntəqəsindən həyata keçirilir. Obyektin idarəetmə məntəqəsi isə obyekt rəhbərinin otağıdır. Burada əsas rabitə vasitələri kimi mobil, şəhər, daxili telefonlardan faksdan istifadə olunur. Müəssisəmizin inzibati binasında 200 nəfərdən çox energetik çalışır. Bu adamların mühafizəsi üçün 300 nəfərlik müasir tələblərə cavab verəcək sığınacağı vardır. Burada mühafizə avadanlıqları, fərdi mühafizə vasitələri, rabitə sistemi ekstremal şəraitdə işçilərin istifadəsinə verilə bilər.   

Martın 1-i Ümum-dünya MM günüdür. Bu bayramın hər il keçirilməsində məqsəd ictimaiyyətin diqqətini bu təşkilatın vacibliyinə həyati əhəmiyyətinə cəlb etmək, MM işçilərinin isə işini fədakarlıqlarını lazımınca qiymətləndirməkdir.   

Bu bayramı "AZENCO" ASC-nin işçiləri böyük sevinc fərəh hissi ilə qeyd edəcəklər. Onlar haqlıdırlar. Ona görə ki, bu müəssisədə çalışan çoxminli energetiklərin torpağa vətənə sevgilərinin, məhəbbət hisslərinin aşılanmasında Mülki Müdafiə qurumunun fəaliyyəti davamlı önəmlidir.

 

 

Mayis Kazımov,

"AZENCO" ASC-nin

Mülki Müdafiə Qərargahının rəisi

 

Ədalət.- 2009.- 28 fevral.- S. 2.